Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Gəncə-2016“ Avropalı Gənc Yazarların Hekayələrində“ layihəsi başlandı


“Odlar Yurdu” Gənclər İctimai Birliyi növbəti dəfə Avropanın 2016-cı ildə Gənclər Paytaxtı seçilmiş Gəncə şəhərində beynəlxalq layihə həyata keçirir


 Azərbaycan Gənclər Fondunun dəstəyi ilə baş tutan “Gəncə-2016” Avropalı gənc yazarların hekayələrində” adlı beynəlxalq layihənin əsas məqsədi “Gəncə 2016 “Avropa Gənclər Paytaxtı” statusunun təbliğ olunmasına xidmət etməkdir. “Gəncə-2016” Avropalı gənc yazarların hekayələrində” layihəsinin tərəfdaş qurumları  AR Mədəniyyət və Turizm Nazirliyi, Gəncə şəhər İcra Hakimiyyəti, Gəncə şəhər Gənclər və İdman  Baş İdarəsidir. 

Layihənin açılış mərasimi 26 noyabr tarixində Gəncə şəhərində təntənəli keçirilib. Tədbirdə Azərbaycan Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin Gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev, Azərbaycan Gənclər Fondunun Layihələr və regionlarla iş sektorunun müdiri Vaqif Seyidbəyov, Millət Vəkili Pərvin Kərimzadə, Gəncə şəhər İcra Hakimiyyəti Başçısının müavini Sevda Qurbanəliyeva, Gəncə şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Sənan Hacıyev, "İrəli" İctimai Birliyinin sədri Mirhəsən Seyidov, Türkiyə və Gürcüstan Respublikasının Gəncə şəhərindəki Baş Konsulları, ali təhsil müəssisələrinin rəhbərliyi, gənclər təşkilatları rəhbərləri, şəhər ictimaiyyəti, fəal gənclər və tələbələr iştirak etmişlər. Layihəyə 13 ölkədən (Almaniya, Böyük Britaniya Krallığı, Türkiyə, Polşa, Litva, Makedoniya, Gürcüstan, Moldova,  Çexiya , Rusiya, İtaliya, Azərbaycan, Ukrayna)   ümumilikdə 35 gənc yazar, jurnalist, bloger və aktiv gənclər dəvət olunub. Layihə müddətində dəvət olunmuş gənclərə Azərbaycan həqiqətləri, gənclər siyasəti, qazanılan uğurlar, ölkədə həyata keçirilən mötəbər beynəlxalq və yerli layihələr və s. haqqında geniş məlumatlar veriləcək. 

"Odlar Yurdu" Gənclər İctimai Birliyinin sədri  Nigar Ələsgərovanın sözlərinə görə  gənc fəallar  çəkdikləri fotolar, hekayə və məqalələri vasitəsi ilə  Azərbaycanın - Gəncə şəhərinin təbliğinə xidmət etmiş olacaqlar. Beləki, layihənin şərtlərinə görə layihə iştirakçıları 5 gün müddətində müxtəlif görüşlər və təqdimatlarda  iştirak edir,  ekskursiya və gəzintilərdə  Gəncənin 4000 illik tarixi , Avropa Gənclər Paytaxtı seçilməsi və s. haqqında ətraflı məlumatlar əldə edirlər. 

Eyni zamanda onlara xarici dildə müxtəlif kitablar, braşürlər və s. təqdim olunacaq. Layihənin son günündə iştirakçı gənclər yazdıqları  hekayələri, məqalə və  bloqları təqdim edirlər. Daha sonra hər  bir iştirakçı təəsüratlarını və yazdığı məqalələri idarə etdiyi xəbər saytlarında, blog və sosial şəbəkələrdə izləyicilərinə təqdim edirlər. 

Avropa gənci 2016-ci ildə Paytaxt şəhərini və dolayısı ilə Azərbaycanı tanımış olur. Layihə rəhbərinin sözlərinə görə  digər ölkələrdə Azərbaycanın tanıdılması prosesində  onların özlərindən istifadə vasitəsi  daha effektiv nəticə əldə olunmasına zəmin yaradır. 

Layihə cari ilin 25 noyabr  - 1 dekabr tarixləri əhatə edir. 

pia.az






Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Ən çox oxunanalar