Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Gənclərdən nümunə götürürəm“ - Bahar Muradova

“Azərbaycan müstəqilliyini elan etdikdən sonra üzləşdiyi ağır proseslər ölkə gəncliyini təhdid edirdi”


Bu fikirləri Milli Məclis sədrinin müavini Bahar Muradova deyib. 

Onun sözlərinə görə, bütün ölkələrdə müsbət və mənfi məcrada hərəkət edən proseslərdə gəncliyin nümayəndələri iştirak edir: “Müxtəlif dairələr onların imkanlarından bəhrələnmək istəyir. Ona görə də müstəqilliyin ilk illərində Azərbaycan gəncliyinin gündəlik həyatı, gələcək perspektivləri təhdidlərə məruz qalırdı. Lakin ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı mövcud problemlərin həllində xüsusi rol oynadı”. 

B.Muradova vurğulayıb ki, bu gün ölkədə gənclik adına görülən bütün işlər Azərbaycan dövlətinin mənafeyinə və maraqlarına xidmət edir: “Azərbaycanda gənclərin bütün istiqamətlərdə fəaliyyət göstərmələri üçün geniş imkanlar yaradılıb. Bu gün gənclərimiz dövlətdə və cəmiyyətdə öz yerini müəyyən edib. Artıq gənclər proseslərin ardınca deyil, önündə getməyə başlayıb. Gəncliyə qoyulan kapital öz səmərəsini verir.

Eyni zamanda, bu gün Milli Məclisdə gənclərin çoxluq təşkil etməsi danılmaz faktdır. Təcrübəmdən çıxış edərək deyə bilərəm ki, bəzi məsələlərdə bugünkü gənclikdən nümunə götürürəm. Çünki indiki gənclər ideya verir və istiqamətlər göstərir. Hətta indiki gənclər həyatın bütün sahələrinə nüfuz edəcək güc halına gəlib. Bu gücün önündə isə Yeni Azərbaycan Partiyasının Gənclər Birliyi gəlir”, - deyə B.Muradova vurğulayıb. 

Qeyd edək ki, bu gün Milli Məclis sədrinin müavini Bahar Muradovanın Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin bir qrup gənci ilə görüşü olub. Görüşdə Milli Məclisin yeni seçilmiş gənc deputatlarıda iştirak edib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Ən çox oxunanalar