Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“General Beydullayev həbs olunacaq“


“Böyük ehtimalla gələn həftə general-mayor Məmməd Beydullayevin həbs məsələsi gündəmə gələcək”


Bu sözləri “Axar.az”a açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov deyib. O, gələn həftə keçmiş Baş İnspeksiya rəisi general-mayor Məmməd Beydullayevin həbs məsələsinin gündəmə gələ biləcəyini söyləyib:

“Artıq bir neçə vəzifəli şəxsə istintaqa gəlməklə bağlı sorğu göndərilib. Ya bu, ya da gələn həftə respublika hərbi prokurorluğunda dindiriləcəklər. Böyük ehtimalla gələn həftə general-mayor Məmməd Beydullayevin həbs məsələsi gündəmə gələcək. Düzdür, Beydullayev indi öz yaxasını kənara çəkib. Mən istintaq getdiyinə görə, bəzi məqamları açıqlaya bilmərəm”.   

Ekspert Hərbi Dəniz Qüvvələrində baş verən hadisələrlə bağlı Müdafiə Nazirliyinin məlumatlı olduğunu bildirib:   “O zaman məxfi sənədlərlə bağlı yoxlama aparılıb. Bəzi çatışmazlıqlar olub. Maraqlıdır ki, yoxlamadan sonra onu aparan zabit nazirə məruzə edib. Bu günlərdə həbs olunan HDQ-in Hidroqrafiya bölməsinin rəisi 1-ci dərəcəli kapitan (polkovnik) Qasım Quliyev vəzifədən azad olunub. Amma üzərindən bir gün keçəndən sonra Səfər Əbiyevin əmrini ləğv ediblər və həmin yoxlamada ortaya çıxan nöqsanları müəyyən edən şəxs Müdafiə Nazirliyinin Təlim Tədris Mərkəzinə xidmətə göndərilib. Çox maraqlıdır ki, Hərbi Dəniz Qüvvələrində baş verən hadisələrlə bağlı Müdafiə Nazirliyinin xəbəri olub. Amma hansısa adamlar öz maraqları çərçivəsində müəyyən qanunsuzluqlara yol veriblər. Orada Beydullayevlə yanaşı digər adamlarında adı var. İndi istintaq gedir və onların adını çəksəm hər şey ola bilər”.  

 Uzeyir Cəfərov gələn həftə Səfər Əbiyevində istintaqa çağırılma ehtimalının olduğunu qeyd edib:   “İstənilən halda böyük ehtimalla Səfər Əbiyevin istintaqa çağırılması gözlənilir. Şahin Sultanov bəzi məsələlərin onunla bağlı olmasını öz üzərindən atıb. Çünki bayaq dediyim məsələdə Səfər Əbiyev 1-ci dərəcəli kapitanın əmrini verib, ona görə də gələn həftə böyük ehtimalla S.Əbiyev istintaqa cəlb olunacaq. Çox maraqlıdır ki, həmin kapitan Səfər Əbiyevin zamanında vəzifədən uzaqlaşdırılıb və yenidən bərpa olunub. Amma son zamanlar onunla bağlı müraciətlərə və fəaliyyətinə yenidən nəzər salınıb. İstintaq bəzi ciddi məsələlərə aydınlıq gətirəcək”.   

Qeyd edək ki, dünən Hərbi Dəniz Qüvvələrinin komandanı vitse-admiral Şahin Sultanov həbs edilib. Onun barəsində 3 ay müddətinə həbs-qəti imkan tədbiri seçilib. Buna qədər isə HDQ-da nüfuz sahibi olan arxa cəbhə təminatı xidmətinin rəisi, polkovnik-leytenant Hüseynov Seyfi Ramazan oğlu, sabiq müdafiə naziri Səfər Əbiyevin yaxın adamı, “kod 555” adı ilə tanınan ehtiyatda olan miçman Elxan Hacıyev və hərbi birləşmənin ərzaq xidmətinin rəisi, polkovnik-leytenant Hafiz Bauşev və Gəmilərin Xilasetmə Dviziyonunun komandiri, 3-cü dərəcəli kapitan (mayor) İlkin Əsgərov, HDQ-in Hidroqrafiya bölməsinin rəisi 1-ci dərəcəli kapitan (polkovnik) Qasım Quliyev həbs olunub. Hərbi birləşmənin Mənzil İstismar Sahəsinin rəisi, Elxan Hacıyevin oğlu Rövzat Hacıyev isə işdən çıxarılaraq, istintaqa cəlb ediliblər. Bu hərbçilər də vəzifə səlahiyyətlərindən sui-istifadə etmək və dövlət əmlakını mənimsəməkdə ittiham olunurlar. Dünən həmçinin general-mayor Məmməd Beydullayevdə istintaqa cəlb edilənlər sırasında yer alıb.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Qadınların kişi seçəndə etdiyi səhvlər: İlk 3

Ən çox oxunanalar