Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Gördüm ki, uşaq çox üşüyür...”


AÇ-2016-nın seçmə mərhələsini başa vurmağa hazırlaşan Azərbaycan millisi bu gün son oyununu keçirəcək


Sofiyada Bolqarıstanın qonğı olacaq Robert Prosineçkinin yetirmələri İtaliyaya 4 gün əvvəlki məğlubiyyəti unudub meydana çıxmalı və tsikli qələbəylə başa vurmalıdır. Komandanın düşərgəsində hamı məhz xoş sonluq haqda düşünür.
 
Millimizin əsas oyunçularından sayılan Rahid Əmirquliyevin Publika.az-a müsahibəsindən də bunu hiss etmək çətin deyil. O, İtaliyayla oyundan da danışdı. Eyni zamanda diqqətdən yayınmayan bir məqama – himn səslənərkən üst formasını qarşıda dayanan uşağa verməsinə də aydınlıq gətirdi.
 
- Öncə İtaliya yığması ilə baş tutan oyunla bağlı fikirlərinizi öyrənək...

- İtaliya millisi ilə oyun çox çətin keçdi. Rəqib güclü idi. Bizimlə oyunda bəlkə də bu tsikldə ən yaxşı oyunlarını nümayiş etdirdilər. Doğma azarkeşlərimiz qarşısında istəyirdik ki, yaxşı oyun göstərək və sərfəli nəticə qazanaq. Təəssüflər olsun ki, alınmadı.
 
- Komandamız sanki rəqibdən çəkinirdi...

- Bilirdik ki, rəqib güclü komandadır. Ancaq nə qorxurduq, nə də çəkinirdik. Çalışdıq öz oyunumuzu nümayiş etdirək. Hərdən alınırdı, hərdən sanki rəqib bizi rahat oynamağa qoymurdu.
 
- Komandamız harada səhvlərə yol verdi?

- Demək olar ki, 3 qolu da öz səhvlərimiz üzündən buraxdıq. Rəqibi yaxşı analiz etmişdik. Güclü tərəflərini aydınlaşdırmışdıq. Amma səhvsiz futbol olmur. İtaliya elə komandadır ki, səhvləri bağışlamır.
 
- İkinci hissədə zəif çıxış etdiniz. Bunun səbəbi nədir?

- Düzdür, ilk hissədə yaxşı oynadıq Ancaq fasilə ərəfəsində buraxdığımız qol bizə çox pis təsir etdi. Ola bilsin ona görə ikinci hissədə toparlana bilmədik. Ancaq onu da qeyd etmək lazımdır ki, bizə imkan vermirdilər öz oyunumuzu nümayiş etdirək.
 
- Sizcə nəticə ilə nümayiş etdirilən oyun üst-üstə düşürmü?

- Düşünürəm ki, layiqli qələbə qazandılar.
 
- Qarşıda seçmə tsiklin son oyunu var. Bolqarıstanla oyundan nə gözləyirsiz?

- Bolqarıstan millisini yaxşı analiz etmişik. Rəqibin güclü və zəif tərəflərini  bilirik. Bizi çox ağır oyun gözləyir. Ona görə oyuna çox ciddi şəkildə hazırlaşmışıq. Tsikldə axırıncı oyunumuzdur. İstəyirik ki, layiqli oyun göstərək, layiqli qələbə qazanaq. Bununla da azarkeşlərimizi sevindirək. Sofiyaya gəzməyə gəlməmişik. Əlimizdən gələni etməyə hazırıq ki, yaxşı oyun göstərək və buradan qələbəylə qayıdaq.
 
- Matç başlamamışdan əvvəl himnlər səslənərkən qarşınızda dayanan uşağa formanızı vermişdiz. Bu da diqqətlərdən yayınmadı. Uşaq üşüdüyünü dedi, ya necə oldu ki, formanızı vermək qərarına gəldiniz?

- Uşaq heç nə demədi. Özüm gördüm ki, uşaq soyuqdan çox üşüyür. Ona görə də çıxardıb öz köynəyimi ona verdim. Buna göz yuma bilməzdim.

pia.az
 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

İlham Əliyevdən Şuşa şəhəri ilə bağlı sərəncam    

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

Azərbaycanda ucuzlaşan ərzaq məhsulları hansılardır? - Video

Ən çox oxunanalar