Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Göyçay”


Hafiz Hacıyev: “Yaxın zamanlarda ciddi addımlar atılmalıdır. Atılmasa, ölkədə vəziyyət gərginləşəcək”


Göyçayın icra başçısı Mehdi Səlimzadənin avqustun 23-də, FüzuliCəbrayılın işğalı günündə rəhbərlik etdiyi rayonda genişmiqyaslı konsert təşkil etməsinə dair səhih məlumatlar yayılıb. 

Bildirək ki, “Göyçayda FüzuliCəbrayıl rayonlarının işğal günündə konsert” başlıqlı yazımızda bu barədə geniş bəhs etmişdik. FüzuliCəbrayılın işğalı günündə rəhbərlik etdiyi rayonda genişmiqyaslı konsert təşkil etməsinə münasibət bildirərkən Müasir Müsavat Partiyasının(MMP) sədri Hafiz Hacıyev icra başçısı haqda sərt ifadələr işlədib: “Göyçayın icra başçısı Mehdi Səlimzadə bu xalqı, ölkəni və ölkə başçısı İlham Əliyevi saymır”.

PİA.AZ bildirir ki, partiya sədrinin Cümhuriyyət.az-a açıqlamasında bildirdiyinə görə, M.Səlimzadə Dağlıq Qarabağı unutdurmağa çalışır: “O, çalışırlar ki, işğal altında olan torapqlarımız yaddan çıxsın. Unutqanlıq və millətin aşağılanması prosesi başlanıb. Ərazilərimizin iğalı günündə matəm keçirmək əvəzinə konsert keçirirlər. İşğal günlərində məmurlarımız təmtəraqlı ad günləri qeyd edirlər. Bununla da xalqa qıcıq verirlər. Yəni demək istəyirlər ki, ey xalq biz sizi saymırıq. Siz bizim nökərimizsiniz. Yəni sadə, sivil vətəndaşa 3-cü sort varlıq kimi baxırlar. Millətə sitəm verirlər. M.Səlimzadə bununla dövlətə və dövlət başçısına sataşır. Bunun başqa izahı yoxdur. Dövlət başçısı öz ad gününü gedib qaçqınlarla, cəbhədə əsgərlərlə keçirir. Onların dərdləri, qayğıları və problemləri ilə maraqlanır. Təssüf ki, ərazilərimizin işğalı günündə təmtaraqlı ad günü keçirməkdən və konsert düzənlətməkdən çəkinmirlər. Bir sözlə, M.Səlimzadə ölkə baçısını və milləti saymır. Amma bir gün bu millət ayılacaq. 20 yanvarda Yazovun tanklarının qabağından qaçmayan millətik. İntiqamını almaq üçün ölümə gedən xalqıq”.

H.Hacıyev bəyan edib ki, M.Səlimzadə ölkə başçısını nüfuzdan salmaqla məşğuldur: “Bu adam Prezidentə qarşı çox böyük xəyanət yolu tutub. Xalqla Prezident arasında uçurum yaradır. Düşünürəm ki, onun davranışları yaxşı sonluqla nəticələnməyəcək”.

Təşkilat sədrinin cumhuriyyet.az-a bildirdiyinə görə, işğal olunmuş rayon sakinləri də M. Səlimzadə və bunun kimi digər məmurlara etiraz etməlidirlər: ” Qaçqınların özləri də buna getmir. Bakıda işlərini qurublar. Hamısına ev verilib. Ona görə də, haqları uğurunda mübarizə aparmırlar. Hərəsinin Bakıda 1-2 evi var. Bizneslə məşğuldurlar. Onların da günahı çoxdur”. H. Hacıyev söyləyib ki, bir vaxtlar ulu öndər Heydər Əliyevə xəyanət edənlər indi hakimiyyətdə təmsil olunurlar: “Kim dövlətə və dövlət başçısına xəyanət edənlərin hamısı yüksək vəzifədədir.H.Əliyevə xəyanət edən, onun Azərbaycana qayıdışına əngəl törədən və H.Əliyev haqda meşoklarla danos yazanlar, indi yüksək vəzifələrdədirlər. Övladları isə eyş-işrət içərisində yaşayır. O cümlədən mənim əziz qardaşım İlham Əliyevə xəyanət edənlər, yüksək vəzifələrə çəkilirlər. Bu çox qorxulu tendensiyadır. Bunu arxasında kimlər dayanır? Niyə belə edirlər? Bununla nəyi sübut etməyə çalışırlar? Məmurları, insanları İ.Əliyevə xəyanət etəyəmi dəvət edirlər? əslində bu saulların cavablarını bilirik. Yaxın zamanlarda həmin adam da vəzifəsi ilə vidalaşacaq. Onun pisliklərini xalq unutmayacaq. Onların qısasını nəvələrindən alacaqlar”.

Müsahibimiz onu da əlavə edib ki, İ.Əliyevin ətrafının 70-80 faizi ona xəyanət edir: ” Bunu onun özü də bilir. Ona xəyanət edənlərin, tapşırlarını sabotaj edənlərin kimliyni Prezident də bilir. Düşünürəm ki, yaxın zamanlarda ciddi addımlar atılmalıdır. Atılmasa, ölkədə vəziyyət gərginləşəcək”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Gürcüstan prezidenti ölkəni bürüyən aksiyalara münasibət bildirdi

Ən çox oxunanalar