Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Gözə girənlərin“ Xədicə şousu


Artıq bir həftədən çoxdur ki, ölkənin gündəmini zəbt edən "Xədicə mövzusu" bundan revanş əldə etmək istəyən bəzi "siyasətçilərin", xüsusən də "qələm adamlarının" və "jurnalistlərin" özlərini yuxarıların "gözünə soxmaq" uğurunda ölüm-dirim yarışına sövq edib


Hətta həbs edilərkən ona qarşı konkret hansı ittihamın irəli sürüldüyünü belə düz-əməlli bilməyən bir dəstə "yalaq" Xədicə İsmayılın tutulmasına böyük inadla "siyasi don" geyindirməklə məşğuldurlar.

Hökumət mənsublarının və prokuraturanın dəfələrlə Xədicə İsmayılın məişət probleminə, məişət cinayətinə görə həbs olunduğunu elan etməsinə baxmayaraq "sınıq qələmdanlar" yenə yuxarılara yarınmaq üçün Xədicəni hakimiyyətə, dövlət adamlarına söymək, və onları təhqir etməkdə ittiham edərək pafoslu, populist, yuxarılara yaltaqlıq dolu yazılar yazaraq və çıxışlar edərək özləri də bilmədən onsuz da Qərbin müəyyən dairələri tərəfindən siyasiləşdirilmək istənən bu məsələni siyasiləşdirirlər.

Belə halların çoxalması artıq qarşısıalınmaz bir prossesə çevrildiyindən Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov şəxsən bu məsələyə aydınlıq gətirmək məcburiyyətində qaldı. Əli Həsənov verdiyi açıqlamada bildirdi ki, bir çox media qurumlarında Xədicə İsmayılın həbsinə düzgün şərh verilmir. Bu da yersiz söz-söhbətlərə və Azərbaycan əleyhinə bəzi dairələrin mənfi fikirlər səsləndirməsinə səbəb olur.

Əli Həsənovun açıqlamasını olduğu kimi diqqətinizə çatdırırıq:

“Respublika Baş Prokurorluğunun açıqlaması onun həbsində hər hansı siyasi motivi istisna edir. Buna görə də bəzi yerli və xarici dairələrin, təşkilatların məsələ ilə bağlı səsləndirdikləri bəyanatlar qərəzlidir, əsassızdır və bir mərkəzdən idarə olunan proses təəssüratı bağışlayır. Düşünürük ki, bu siyasiləşmiş bəyanatlar həm də hüquq mühafizə orqanları tərəfindən Azərbaycan qanunvericiliyinə uyğun olaraq bu işlə bağlı obyektiv istintaqın həyata keçirilməsinə təzyiq xarakteri daşıyır.

Hüquqi, demokratik dövlət olan Azərbaycanda bütün azadlıqlar, o cümlədən söz və məlumat azadlığı, hər bir vətəndaşın sərbəst şəkildə öz fikirlərini ifadə etmək hüququ tam təmin edilib. Azərbaycanda mövcud qanunlar çərçivəsində fəaliyyətinə, siyasi baxışlarına, fikirlərinə görə heç bir jurnalist həbs olunmur və bundan sonra da həbs olunmayacaq”.

Yəni ay "yalaqlar" başa düşdük, bilirik, bəsdir, az çeynəyin bu mövzunu, az siyasiləşdirin. Axı söyməyin də, yaltaqlanmağın da, özünü gözə soxmağın da bir həddi var. Axı özünüzü "işləyirsiniz" göstərmək istədiyiniz hökumət də bildirir ki, Xədicə İsmayıl siyasi görüşlərinə görə həbs olunmayıb.

Sizin "Vətənə xəyanət"də ittiham etdiyiniz şəxsi prokurorluq məişət cinayətinə, konkret bir vətəndaşı intihar həddinə çatdırdığına görə barəsində həbs-qəti imkan tədbiri seçim, hələ istintaq da davam edir. Sosial şəbəkələrdə Xədicə İsmayılın əleyhinə status, köşə yazıb cır yapon xoruzları kimi hakimiyyətin və ictimaiyyətin qarşısında pırpızlananlara Əli Həsənovun dediklərində çox ciddi və üstüörtülü mesaj var. Amma yenə "yalaqların" yaltaqlılğı bitmir ki, bitmir. Bu "təəsübkeşlər" görəsən qaş düzəltmək əvəzinə vuruv göz çıxartdıqlarının fərqindədirlərmi?

Qafqaz ÖMƏROV

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Digər yazıları

“Maydan hərəkatı”: səbələr və nəticələr

Böyük Azərbaycan və Rusiyanın “Qafqaz əsiri“

Təriqət savaşı: Gülənçiliklə Nurçuluğun fərqi

Şanxay zirvəsi və ya “Rusiyanın xilası“ əməliyyatı

Xaos və kürdlərin bitməyən “azadlıq mübarizəsi“

Azərbaycan - Özbəkistan: bir qardaşlığın qısa tarixçəsi

“Qara çərşəmbə axşamı“ və Rusiya ilə birlikdə çökən Ermənistan

Ən çox oxunanalar