Çərşənbə, 17 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Gözlə qayıdacam mən“

PİA.AZ Qarabağ veteranı İsmayıl Ağayevin "Gözlə qayıdacam mən" şeirini oxucularına təqdim edir


Gündüzləri birtəhər
Yəqin ki, keçib gedər
Axşamlar da başını
Yəqin qatar körpələr
Gözünə getməz yuxu
Sənindir dərdin çoxu
Gözlə, qayıdacam mən...

Qəlbindəki kədər, qəm
Yenə yuxunu qovur
Qəhər də səni boğur
Dünən sevinclə gülən
 Gözlərinə yaş dolur
Gözlə, qayıdacam mən...

Ayrılmaram sevgindən
Bunu özün bilirsən
Qəlbin qəmlə dolmasın
Eşidəndə sən hərdən
Körpələrin dilindən
Atam nə vaxt gələcək?
Gözlə, qayıdacam mən...

Döyüş yolum uzanır
Demə qəlbim qocalır
Ömürdən ötən günlər
Məni sənə bağlayır
Demə bunlar yalandır
Belə düşünmə hərdən
Gözlə, qayıdacam mən...

Vətən məni çağırıb
Əlimə silah verib
Harayına yollanıb
İndi adi əsgərəm
Keşikdə dayanıram
Hələ dardadır vətən
Gözlə, qayıdacam mən...

Vətənim azad olar
Yurdumuza gün doğar
Qayıdar yurd yerinə
Didərginlər, qaçqınlar
Üzə gülər yazımız
Sevinər el,obamız
Alnı açıq üzü ağ
Geri qayıdaram mən
Sevinərsən ürəkdən
Gözlə, qayıdacam mən...

29.05.1995

Gülyanaq İsmayılqızı
pia.az


Image result for naxiş


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İcra başçısı keçirdiyi tenderdə oğlunu qalib elan etdi    

Rusiyanın sülhməramlı kontingenti Azərbaycanı tərk edib

Körfəz ölkəsində sel fəlakəti: Çox sayda ölən var, ordu səfərbər edildi - Foto

Ukrayna Prezidenti Rusiya ilə danışıqlara hazır olduğunu bildirib

Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən baş redaktor və müxbir həbs edilib

Prezident İlham Əliyev Şirvan suvarma kanalının təməlini qoyub    

İlkin Süleymanovun məhkəməsi dayandırıldı: Hakim dəyişdirilir

Avtomobilinizi sığorta edərkən diqqətli olun – Ən çox şikayət olunan şirkətlər

Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib, yenisi təyin olunub - Sərəncam

Bu yay ulduz kimi parlayacaq BÜRCLƏR açıqlandı - Sevgi, pul, toy...

Vətəndaşların nəzərinə: Sabah bəzi ərazilərdə qaz olmayacaq

Milli Məclisin növbəti plenar iclasının tarixi və gündəliyi açıqlanıb

Ən çox oxunanalar