Çərşənbə, 17 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Gülən işi”ndə kritik dönüş – ABŞ iki qiymətli əzizinin birindən imtina edir


Türkiyənin NATO üzrə əsas müttəfiqi yol ayrıcında;


Ankaranın Ağ Evə seçim üçün verdiyi vaxt tamama yetir, ekstradisiya ilə bağlı danışıqlar bu gün bitir; Vaşinqton ya Güləndən, ya da... Türkiyədən vaz keçməlidir; gözlər Baydendə, Amerika desə ki... 

ABŞ-Türkiyə münasibətlərində 15 iyul çevriliş cəhdi ilə başlanan gərgin dönəm aydınlaşmağa və durulmağa üz tutub. Xəbər verdiyimiz kimi, artıq iki gündür Fətullah Gülənin ekstradisiyası məsələsi ilə məşğul olan ABŞ-ın Ədliyyə Nazirliyi və xarici siyasət idarəsi təmsilçilərindən ibarət 4 nəfərlik nümayəndə heyəti Türkiyədədir. Onlar rəsmi Ankaranın ekstradisiya tələbi üçün hüquqi əsasların yetərli olub-olmadığını dəqiqləşdirməklə məşğuldur.

Avqustun 24-də, yəni bu gün araşdırmaların bitəcəyi gözlənilir. Səfərin sonuncu günü nümayəndə heyətinin Türkiyə rəsmi şəxsləri ilə görüşləri nəzərdə tutulub. Eyni gündə - avqustun 24-də isə Birləşmiş Ştatların vitse-prezidenti Co Bayden Türkiyəyə gələcək. Gözlənilir ki, məhz vitse-prezident Gülən məsələsi ilə bağlı mühüm bəyanatı verəcək.     
Baydenin Türkiyəyə səfər proqramı da açıqlanıb. «Report» «Haberturk»ə istinadən bildirir ki, səfərinin sonunda onu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan qəbul edəcək. Lakin Co Bayden öncə Türkiyə Böyük Millət Məclisinə (TBMM) gedərək parlamentin sədri İsmail Kahramanla mediaya qapalı görüş keçirəcək. Görüşdən sonra iyulun 15-də dövlət çevrilişinə cəhd gecəsi bombalanan TBMM-in binasını gəzəcək. Nahardan sonra amerikalı ali qonaq baş nazir Binəli Yıldırımla Çankaya iqamətgahında təkbətək görüş keçirəcək. Görüşdən sonra onlar mətbuat üçün açıqlama verəcəklər.


Prezident iqamətgahında Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan da amerikalı qonaqla təkbətək görüş keçirəcək. Media üçün qapalı olacaq bu görüş başlamazdan əvvəl KİV təmsilçilərinə yalnız foto çəkməyə icazə veriləcək. Elə həmin gün axşam saatlarında Co Baydenin səfəri başa çatacaq.

***** 
Maraqlıdır ki, dünən Avropa Birliyi də 39 günlük fasilədən sonra Türkiyəyə nümayəndə heyəti göndərib. Bu barədə Avropa Parlamentinin Brüsseldəki ofisindən bildirilib. Avroparlamentin Türkiyə üzrə məruzəçisi Kati Pirinin ofisindən yayılan yazılı açıqlamada deyilir ki, Piri və Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Elmar Brok Türkiyədə görüşlər keçirəcək. Fətullahçı terror təşkilatının (FETÖ) bu il iyunun 15-də dövlət çevrilişinə cəhdindən sonra Ankaraya gerçəkləşən bu səfər avqustun 25-dək davam edəcək. Məqsəd Türkiyədəki mövcud vəziyyət barədə məlumat əldə etməkdir.



Avropadan olan səfər ABŞ-dan yüksək çinli nümayəndə heyətinin ziyarəti fonunda heç də təsadüfi görünmür. Bu yerdə yada salaq ki, Türkiyə Avropa Birliyini və Avroparlamenti də terror məsələsində Ankaraya yetərincə dəstək verməməkdə günahlandırır və bu təşkilatları dövlət çevrilişinə cəhddən sonra ölkəyə səfər reallaşdırmamağa görə tənqid edir. 


***** 

Beləliklə, həm ABŞ-ın, həm də Avropa Birliyinin Türkiyəyə xüsusi önəm verdiyi bir daha üzə çıxır. Bu da məntiqlidir - çünki qardaş ölkə Qərb üçün, NATO üçün regionda vazkeçilməz bir ölkədir. O üzdən Vaşinqton və Brüssel Ankara ilə körpüləri bərpa etməkdə indi xeyli dərəcədə qətiyyətli görünür və düz də edirlər. Xüsusən də nəzərlər Amerikaya, Co Baydenin Türkiyə səfərində verəcəyi açıqlamalara dikilib. 

Ola bilsin qapalı görüşlərdəki anlaşmaların mahiyyəti dərhal bəlli olmasın. Lakin Türkiyə ali rəsmilərinin, xüsusən də prezident Ərdoğanın jest və açıqlamalarından ilkin qənaətləri hasil eləmək elə də çətin olmayacaq yəqin ki. İstənilən halda məhz bu gün iki dövlət, yaxud iki köhnə müttəfiq arasında bitmiş “Gülən problemi” ilə bağlı yekun qərarın konturları görünəcək. 



Bəs “Gülən işi”ndə kritik dönüş olacaqmı? 

Böyük ehtimalla, bəli. Ona görə ki, Ağ Evə seçim üçün ayrılan vaxt limiti tükənib: Vaşinqton bütün hallarda nədənsə imtina eləməli, necə deyərlər, hazırda ona əziz olan iki qiymətli subyektdən birindən vaz keçməlidir - ya Güləndən, ya da nə qədər ağır və riskli olsa da... Türkiyədən. Seçim - Ağ Evindir.    

*****

Onu da xatırladaq ki, F.Gülənin özü ABŞ-ın onu Türkiyəyə verməyəcəyinə inanır. Gülən deyib ki, Ankaranın təqdim etdiyi materiallarda onun ekstradisiyası üçün qanuni əsaslar tapılmayacaq. Ancaq ötən sayımızda da altını cızdığımız kimi, “Gülən işi” nə qədər hüquqi prosedura kimi təqdim edilsə də, artıq o, həm də siyasi məsələyə çevrilib. Siyasi məsələni isə siyasi hakimiyyətlər həll edir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İcra başçısı keçirdiyi tenderdə oğlunu qalib elan etdi    

Ukrayna Prezidenti Rusiya ilə danışıqlara hazır olduğunu bildirib

Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən baş redaktor və müxbir həbs edilib

Prezident İlham Əliyev Şirvan suvarma kanalının təməlini qoyub    

Körfəz ölkəsində sel fəlakəti: Çox sayda ölən var, ordu səfərbər edildi - Foto

Avtomobilinizi sığorta edərkən diqqətli olun – Ən çox şikayət olunan şirkətlər

İlkin Süleymanovun məhkəməsi dayandırıldı: Hakim dəyişdirilir

Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib, yenisi təyin olunub - Sərəncam

Vətəndaşların nəzərinə: Sabah bəzi ərazilərdə qaz olmayacaq

Ümumvətəndaş pasportlarının verilməsi prosesində problem yaranıb

QMİ Həcc ziyarəti üçün kvotanın azaldılmasının səbəbini açıqlayıb, çağırış edib

Ən çox oxunanalar