Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Gün ərzində bir qazan xaş yediyim vaxt olub“


Müğənni İradə İbrahimova pəhrizindən, ailəsindən, sevdiyi yeməklərdən danışıb


PİA.AZ sənətçinin "Formaggio" dərgisinə müsahibəsini təqdim edir:

- Az qala səni tanımayacaqdım. Nə qədər arıqlamısan...

- Düz 50 kilo... İpəyin doğumundan sonra 100 kiloqram idim. Sonra qərar verdim ki, belə olmaz və indiki çəkimə nail olmaq üçün düz 3 il sağlam yolla arıqladım.
 
- Pəhrizini bilmək olarmı?

- Səhər tezdən dururam... Pendir, pomidor, xiyar... yaşıl çay, bir dilim kəpəkli çörək, vəssalam. Günorta və axşam isə burada zeytun yağlı yeməklər var.. onlardan yeyirik.
 
- Bəs Ceyhun nə yeyir?

- O da artıq mənim pəhrizimlə qidalanmağa başlayıb. Əslində, bu, pəhriz deyil, sağlam qidalanmadır.
 
- Bu qərarına səbəb nə oldu?

- Səhnəyə qayıtmaq istəyim... Mən heç qarderobumu dəyişmədim ki... 36 ölçüdə idim. Paltarlarıma baxırdım və deyirdim: sən belə olmusan və belə də olmalısan.
 
- İradənin soyuducusundan nə əksik olmaz?

- Qoz, quru qaysı, qatıq, meyvə. Hə... bir də dondurma. İlin bütün aylarında bizim soyuducuda dondurma olur. Təəccüblü də olsa mən dondurmanı İpək üçün alıram. Onu uşaqlıqdan belə öyrətmişəm. Ay bu soyuqdu, uşağa vermə, belə şey olmadı. Hətta soyuducudan çıxartdığım suyu belə İpəyə içirdirəm. Onun belə öyrəşməsini istədim.
Çünki anam eyni şeylərin tam əksini etmişdi və nəticəsi də pisdi: bir az soyuq su içim, boğazım o dəqiqə ağrımağa başlayır.
 
- İradə evdə nə bişirir?

- Nə gərəkirsə... Amma İpəyin plovu heç əksik olmaz. Plov olmayanda qızım ac qalar.
 
- Ac niyə? Burada hər addımbaşı fast-food yeridir...

- Bu barədə heç düşünmürəm də... Bizim rasionda fast-food sözü qadağandır.
 
- Amma yəqin ki, tez-tez restoranlarda olursunuz...

- Ceyhun ət yeməyini çox sevir. Burada çox məşhur “Nüsrət” və “Günaydın” ət lokantası var ki, biz onların davamlı müştəriləriyik. Orada hətta çörək belə vermirlər. Amma bir restoran var: “Qayə”... Çox elit bir restorandır. Qarşımıza bir parça ət qoydular... bizdən elə məbləğ aldılar ki...
 
- Bəs evdə hansı ət xörəklərinə üstünlük verirsən?

- Evdə müxtəlif şorbalar, lobya və badımcan bişirirəm. Düyünü mənə Bakıdan göndərirlər. Burdakı düyülərin tərkibi ziyanlıdır. Hətta İpək üçün manna, qarabaşaq, yulafı belə bizimkilər göndərirlər.
 
- Yəni burada qarabaşaq, yulaf yoxdur?

- Bəlkə də var. Amma mən öz ləzzətimi axtardığım üçün bəzi ərzaqları gətirdirəm.
 
- Elə yeri gəlmişkən... o doğma ağız dadını burada tapa bilirsənmi?

- Əsla. Buranın suyu belə fərqlidi. Baxın, mən çayı, kəklikotunu belə Bakıdan gətirtmişəm. Amma bizim çay süfrəsində nələr olmur? Mürəbbələr, şirniyyatlar, çərəzlər... bir mərasim kimi... Bura gələndən çay içməyi də tərgitmişəm.
 
- Ceyhun Bakı xörəklərindən nəyi sevir?

- Lülə kababı... Tez-tez deyir ki, Bakıya gedən kimi ancaq lülə-kabab yeyəcəm.
 
- Bəs sən nə istərdim?

- Xaş... oyy... ürəyim necə xaş istədi. Təsəvvür edin ki, mənim gün ərzində bir qazan xaş yediyim vaxt olub. Bir də xəngəl arzulayıram... Mən xəmir yaya bilmirəm ki...
 
- Bəlkə bu gün axşama sizdə bir xəngəl qonaqlığı verək? Yaymağı məndən, bişirib süfrəyə verməyi səndən...

- Yox vallah, zəhmət çəkməyin. Onsuz da tezliklə gəlirəm. Burada o sarımsaqlı qurutu, o soğançanı, o əti haradan tapacam? O dad yalnız Bakıdadır.
 
- Bəlkə bir az da yaradıcılığından danışaq.

- İnşallah, tezliklə, Türkiyədə bir disk çıxaracam. İçərisində həm türk, həm də Azəri mahnıları var. Diskdən sonra albom, albomdan sonra klip... Klipdən sonra da efirlərə çıxıb, mahnılarımı tanıdacam.
 
- 8 ilə Azərbaycanda məşhur olan İradə İbrahimovaya Türkiyədə tanınmaq üçün nə qədər zaman lazımdır?

- Ooo... Çox uzun bir zaman... Mən Azərbaycanda elə bir dövrdə səhnəyə çıxdım ki, o zaman gənc müğənnilərə çox böyük bir ehtiyac vardı. Və oxuduğum “Ürəyinin götürdüyü yerə get” mahnısı ilə çox az bir zamanda tanındım. Amma burada da piardan asılıdı. Bəlkə də səni qısa müddətdə İradə İbrahimova kimi tanıtdılar.
 
- Bu yaxınlarda müğənni Günay İbrahimli mənimlə söhbətində dedi: Sənətə gələndə söylədilər ki, “İradə İbrahimovanın yeri boşdu. İstəsən, oranı tuta bilərsən”. Səncə, İradənin yerini tutmaq mümkündümü?

- İradənin yerini tutmaq üçün gəlmək ağılsızlıq olardı. Niyə? Çünki hər kəsin öz şarmı, öz dəsti-xətti var... Amma sizə bir şey deyim? Demək, yerim görünür ki, elə deyirlər. Bakıya gedəndə verilişlərə dəvət edirlər, müsahibələr götürürlər, bu, mənə stimul verir. Demək ki, mən varam.
 
- Buradan Azərbaycan şou-biznesi səninçün necə görünür?

- Heç cür... tamamilə qopmuşam. Amma bilirsiniz nə düşünürəm? Mən Türkiyədə məşhurlaşsam bu, mənə çətinlik yaradacaq. Çünki burada çox sərbəstəm, qızımla istədiyim yerə gedirəm, makiyajsız, adi geyimdə gəzirəm. Məşhurluq bunları məndən alacaq.
 
- Yaradıcılığa başın qarışar, İpəyin “bəbək” arzusu ürəyində qalar...

-(gülür) Yox, əsla... Bu barədə düşünürəm. Amma oğlan ya qız... bizimçün fərq etməz, təki xeyirli övlad olsun.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ən çox oxunanalar