Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Günah Həsən müəllimdədir, özünü də bu vəziyyətə saldı, bizi də...”


Gəncə Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham olunan Həsən Əliyev, Elman Məmmədov və Taleh cinayıt işi üzrə növbəti məhkəmə prosesi dünən davam etdirilib


Virtualaz.org saytının məhkəmədə iştirak edən müxbirinin verdiyi məlumata görə, məhkəmədə ilk öncə zərərçəkmiş Ramazan Səlimovun istintaq zamanı və məhkəmədə verdiyi ifadələr arasındakı ziddiyətlər araşdırılıb.

Həsən Əliyevin vəkili Sadiq Rəsulov bildirib ki, zərərçəkmişin ifadələri arasında kifayət qədər ziddiyət var, buna görə istintaqa təqdim etdiyi də ilk ərizəsindən sonuncuya qədər məhkəmədə elan olunmasını xahiş edib. Prokuror R.Səlimova “ifadənizdə göstərmisiniz ki, Həsən Əliyev sizə deyib ki, sizi icra başçısı təyin etdirə bilər. Belə təklif olubmu?Bu təklifdən sonra bu fikrə düşmüsüz? Bu barədə nə deyə bilərsiz?”sualına R.Səlimov belə bir təklifin olduğunu təsdiqləyib.

Prokuror:

-Siz 600 manata spirtli içki dəsti alıb Siyəzən rayonunun icra başçısına aparmısınızmı?

R.Səlimov:

-Bəli.

Prokuror:

-Qobustanın icra başçısına 9 min manata qol saatı almağınız doğrudurmu? “Kişmiş” restoranında Mingəçevirin, Şamaxının icra başçıları ilə görüşmüsünüzmü?

R.Səlimov:

-Bəli.

Prokuror:

-İfadənizdə göstərmisiniz ki, Həsən Əliyevin ad gününə qızıl fiqur hədiyyə etmisiniz. Doğrudurmu?

R. Səlimov:

-Bəli.

Prokuror:

-Elman sizə bayırda 100 min manat verib və deyibmi ki, bir daha Həsən Əliyevi narahat etməyin, pulu hissə-hissə mən verəcəm?

R.Səlimov belə bir ifadə verdiyini təsdiqlədi.

Daha sonra vəkil İradə Cavadova istintaq zamanı R.Səlimovun ifadələrində bəzi yanlışlıqlara yol verildiyini açıladı. Vəkilin sözlərinə görə, istintaq materiallarında bəzi yerlərdə R.Səlimovun H.Əliyevi 2009-cu ildən tanıdığı, bəzilərində isə 2011-ci ildə tanış olduqları göstərilib. R.Səlimov H.Əliyevi 2011-də tanıdığını, müstəntiqin tarixləri düzgün qeyd etmədiyini, texniki yanlışlıqlara yol verdiyini bildirdi: “50 dəfə yazdırıblar, qol çəkmişəm. Müstəntiq Vüqar Nəsibov dedi ki, illəri səhv salmışıq, düzəliş edirik. Sonradan düzəliş olunub. İfadələrin çoxunu oxumamışam, qol çəkmişəm”.

Vəkil Sadiq Rəsulov zərərçəkmişin 16-cı Polis Bölməsi ilə bağlı verilən izahat və ifadələr arasında ziddiyətlər olduğunu, buna aydınlıq gətirilməsini məhkəmədən xahiş etdi: “Əvvəl deyirdi ki, Həsənğır Cinayətlər Məhkəməsinin yanında 300 min manat vermişəm. Sonra başqa cür ifadə verib. Saat neçədə, harda və nə vaxt o pulu Həsən müəllimə verib? Bunu dəqiqləşdirmək istəyirik”.

R.Səlimov:

-Mən bilmirdim ki, belə olacaq, bu şeylər baş verəcək. Həsən müəllim nə vaxt deyirdisə, mən o zaman gəlirdim. Gərək jurnalist çağıraydım,  şəkil çəkdirəydim. Eyni sualları təkrar verirlər. Nə qədər soruşmaq olar ki, saat neçədə olub?

S.Rəsulov:

-İş materiallarında anten məlumatlar var. Biz bunu aydınlaşdırmaq istəyirik. Siz 17 avqust 2013-cü il tarixdə Baş Prokurorluğa yazdığınız izahatda göstərmisiniz ki, Elmanı yaşadığınız evə aparmısız və pulları ona göstərmisiniz.

R.Səlimov cavabında həmin vaxt o evdə yaşadığını, avqustun 17-də isə Rüstəm Usubovun qəbulunda olduğunu dedi.

H.Əliyev:

-Pulları harada vermisən onu de.

Bundan sonra prosesdə fasilə elan olundu. Fasilədən sonra Həsən Əliyev zərərçəkmişin ifadəsindəki ziddiyətlərlə bağlı ona bəzi suallar ünvanladı.

H.Əliyev:

-Mən bu pulu mənbəyini eşitmək istəyirəm. Çünki ittiham bununla bağlı verilib.

R.Səlimov:

-O sənədləri gələn məhkəmədə gətirəcəm hamısını.

 H.Əliyev:

-“Kişmiş” restoranına pul verməyə gələndə saat neçə idi? Baş Prokurorluğa verdiyiniz ifadədə göstərmisiniz ki, pul ağ rəngli maşında verilib, sonradan isə qara rəngli maşındverildiyini yazmısınız.

R.Səlimov bunun da texniki səhv olduğunu deyəndə H.Əliyev əsəbləşdi:

-Müstəntiq hamısını səhv yazıb?

R.Səlimov:

-Sizə işləyir.

H.Əliyev:

-2012-ci ilin martın 18-də mənim ad günümü qeyd etdiyimizi göstərmisiniz. Hansı restoranda olub bu?

Zərərçəkmiş restoranı xatırlamadığını dedi.

H.Əliyev:

-Öyrədilmiş adamdır. 6 saylı notariat kontoruna gedəndə saat neçə idi?  Zəhmət çək, cavab ver. İttiham etmək asandır. İfadənizdə göstərmisiniz ki, Həsən müəllim zəng vurdu, getdim, məni Mingəçevirin,  Şamaxının, Tərtərin icra başçılarına təqdim etdi.Sonra da göstərmisiniz ki, üç nəfərlə tanış edib.

R.Səlimov:

-Həmin vaxt prezidentin müşavirəsi idi. İcra başçılarının hamısı paytaxtda idi. Mən rayonlara getmədim, burada görüşdüm.

H.Əliyev:

-Cavab versin görüm onu hansı icra başçılarının yanına aparmışam, kimə hədiyyə vermişəm.

R. Səlimov:

-Bəzi mötəbər şəxslərin adlarını hələ çəkmirəm. Onların bir-ikisinə 10-15 min manatlıq hədiyyə verilib. İstintaqa 34 min manatlıq qəbz vermişəm.

Bundan sonra sabiq hakim Həsən Əliyevə ifadə vermək təklif olundu. H.Əliyev hazırkı mərhələdə ifadə vermək istəmədiyini dedi. Hakim digər təqsirləndirilən Elman Məmmədova ifadə verməyi təklif etdikdə vəkil İ.Cavadova buna etirazını bildirdi: “Bizə Həsən Əliyevin ifadəsi lazımdır, Elmanın yox. Məhkəmənin mövqeyi bəllidir. Xahiş edirəm birinci Həsən Əliyevi dindirəsiniz”.

H.Əliyev özünü yaxşı hiss etmədiyini məhkəmənin nəzərinə çatdırdı. Eyni zamanda susmaq, imtina etmək və istədiyi zaman ifadə vermək onun hüququ olduğunu açıqladı.

Prosesdə təqsirləndirilən Elman Məmmədov sərbəst ifadə verdi. O, ifadəsində Ramazanı istintaq materiallarında göstərildiyi kimi 1995-ci ildən tanımadığını göstərib: “Ramazanla mən “Flaqman” restoranında tanış olmuşuq. 2010-2011-ci illərdə tanımışam onu. Bizi tanış edən şəxs naxçıvanlıdır. Özü bilir kimdir. Həmin şəxs dedi ki, bunu bir işə düzəldək, Rusiyada zavodu olub, satıb. Mən də apardım Qəzənfər Novruzovun yanına. (Binəqədinin icra başçısının keçmiş müavini-red.) Ramazanı Həsən müəllimlə mən tanış etmişəm. Siz ikiniz birləşəndən sonra bir il ərzində heç mənə zəng də vurmadınız. Bir ildən sonra Həsən müəllim zəng vurub dedi ki, Ramazan məndən şikayət edib, özünü də tutublar, gedək bölməyə. Biz bölməyə gələndə Tariyel, Qüdrət, Şövqü də orada idi. Dedilər ki, Ramazan buradadır, siz gedin. Mən də dedim ki, sənin rəisin məni tanıyır. 16 cı polis bölməsinin rəisi Hikmət Usubova dedim ki, bunları mən tanış eləmişəm, bu söhbəti yoluna qoy. Bölmədə demisən ki, 300 min manat vermişəm Həsən Əliyevə. 300 min manat sonradan 600 min manat oldu? Axı o vaxt mən səndən qəbzi soruşanda and içib dedin ki, cırıb atmışam”.

Təqsirləndirilən şəxs ifadəsində R.Səlimova pulu 16-cı Polis Bölməsində verdiyini açıqladı: “Pulları bölmədə Ramazan, qızı, həyat yoldaşı, Hikmət, Şövqü və Məhərrəmin yanında vermişəm, demişəm ki, hissə-hissə gətirib verəcəm. Pul kabinetdə verilib. Həsən müəllim demişdi ki, məni orada təhqir etdilər. Ona dedim ki, sən o pulu Ramazandan alsan da, almasan da, verməlisən. Çünki vəzifədəsn, ləkələyəcəklər. Həsən müəllimə haqq olur,hakim adamsan, bir yoxla, bəlkə aldadırlar səni.

Mən bu gün burada düzgün danışdığıma görə yatıram. Mənim Ramazana nə pisliyim keçmişdi axi? Bu işdə günahım nə olub? Niyə mənə şər atır? Ramazan, mən sənin bağını, evini tanıyıram? On beş H.Əliyevlə dost olmuşuq. Uşaqlarım ona “əmi” deyir. Heç nəyi danmıram, cəzam nədir, alacam”.

Daha sonra təqsirləndirilən dövlət ittihamçısının və vəkillərin suallaırnı vavablandırdı.

Dövlət ittihamçısının “istintaqa verdiyiniz ifadələıri təsdiq edirsinizmi?”sualına E.Məmmədov “öz əlimlə yazdıqlarımı təsdiq edirəm” deyəcavab verdi.

Dövlət ittihamçısı:

-Siz Ramazan Səlimovla Mərdəkandakı bağ evinə getmisinizmi?

E.Məmmədov:

-Mən onun nə evini, nə bağını tanıyıram. İlk dəfə onu Misir Mərdanovun qardaşının yanına Rabitə Nazirliyinə (İlham Məmmədovu nəzərdə tutur-red) aparmışam. O iş də alınmayıb.

Dövlət ittihamçısı:

-Bəs Həsən

Əliyevi haradan tanımısınız? Münasibətləriniz necə yaranıb?

E.Məmmədov:

-Binəqədidə məhkəmə sədri işləyəndən tanımışam. Ağdam, Şuşa qaçqınları ilə bağlı hər hansı bir problem olanda Həsən müəllimə müraciət edirdim, sağ olsun, sözümü yerə salmırdı.

Dövlət ittihamçısı:

-300 min manatla bağlı qəbz imzalanıb. Bunu bilirdinizmi?

E.Məmmədov:

-Mən orada olmamışam. Həsən müəllim dedi ki, qəbz yazıb vermişəm, indi Ramazanı tapa bilmirəm. Ramazandan soruşanda özü dedi kio, qəbzi almışam, amma pul verməmişəm. Sonra da and içdi ki, qəbzi cırıb atmışam. Mən heç bilməmişəm ki, bunların əlaqəsi varmış sonradan. Bu iş pozulandna sonra məni axtarıb tapıblar.

Dövlət ittihamçısı:

-Həsən Əliyevin kiməsə borcu olubmu?

-E.Məmmədov:

-Bir dənə “Şərurlu İsfəndiyar”a borcu var idi.

Dövlət ittihamçısı:

-Hikmət Usubovla nə kimi münasibətiniz olub?

E.Məmmədov:

-Atasıyla münasibətim normal olub. Həsən deyəndə ki, bu işlə maraqlan. Dedim ki, hay-küy edirlər. Hakim adamsan, pis vəziyyətə düşərsən. Polis bölməsinin əməkdaşı olan Şövqü deyir ki, Ramazanın qoluna qandal vuranda dedi ki, 300 mini var Həsən Əliyevdə. Bu işə sonradan gətirib 600 minə bağladılar.

Dövlət ittihamçısı:

-Talehi haradan tanıyırdınız?

E.Məmmədov:

-Oğlumun dostu olub. Cavidlə də dost olublar.

Dövlət ittihamçısı:

-Həsən Əliyev sizə əlavə nəsə verib?

E.Məmmədov:

-Həsən müəllim deyirdi ki, Quran gətirin əl basım ki, Ramazan mənə pul verməyib. Günahın hamısı Həsən müəllimdədir. Özünü də, bizi də bu vəziyyətə saldı.

Sonra təqsirləndirilən şəxs vəkil İ.Cavadovanın suallrını cavablandırdı.

İ.Cavadova:

-Siz Ramazandan pul istəyib-imisiniz?

E.Məmmədov:

-Mən nə günə qalmışam ki, Ramazandan pul istəyim. Nə qədər istəyirsiniz sual verin, işimizi alaq, gedək.

Vəkil İ.Cavadova isə E.Məmmədovdan şikayətçi olmadıqlarını dedi.

Məhkəmə prosesi bu gün davam etdiriləcək.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Şoyqu həbs edilən müavinini vəzifəsindən uzaqlaşdırıb

Ən çox oxunanalar