Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Günəşli” yatağında baş vermiş qəzanın aradan qaldırılmasına 7 gəmi cəlb olunub

Sentyabrın 26-da Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Günəşli” yatağındakı 19-cu stasionar dərin dəniz özülündə 71 saylı quyuda təmir işləri aparılarkən baş verən qaz təzahürü barədə məlumat “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinə daxil olan kimi dərhal Gəmiçilik tərəfindən təxirəsalınmaz tədbirlər görülüb


Gəmiçiliyin saytında yerləşdirilmiş məlumata görə, SOCAR və Fövqəladə Hallar Nazirliyi ilə daimi əlaqə saxlayaraq, tələb olunan bütün gəmilər hadisə yerinə mobilizasiya olunmuş və dənizdə aparılan əməliyyatların koordinasiyası təmin edilib. 

Hadisə yerində Gəmiçiliyin “Nefteqaz-64” və Nefteqaz-10” gəmilərində qərargah yaradılıb və hadisə yerinə cəlb olunan gəmilərin işi koordinasiya olunub, əməliyyata cəlb olunan gəmilərin fəaliyyəti vahid mərkəzdən idarə edilib.

Qəzanın aradan qaldırılmasında və saat 18-dən sonra başlamış yanğının söndürülməsinə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinə (AXDG) məxsus “Nefteqaz-10” və “Nefteqaz-64”, AXDG-yə məxsus, FHN tərəfindən idarə olunan “Vixr-5” və “Vixr-7” gəmiləri ilə bərabər, BP Azərbaycan şirkətinin rəhbərliyinin razılığı və köməkliyi ilə həmin şirkətə xidmət göstərən gəmilər də cəlb edilib.Belə ki, Xəzərdə ən böyük yedək-təchizat gəmisi olan Gəmiçiliyin “Lənkəran” gəmisi, AXDG - BUE Caspian Alyansının həmin şirkətə xidmət göstərən “Topaz Dignity”, “Caspian Protektor”, “Caspian Voyager” gəmiləri və onların heyətləri qəzanın aradan qaldırılmasında xüsusi rol oynayıb.

Səhər saatlarında alov söndürüldükdən sonra özüldə təmir-bərpa işləri başlayıb. Hazırda Gəmiçiliyin G.Şıxlinski və Şirvan-2 kran gəmiləri, Nefteqaz-64, Aura, Om təchizat-yedək gəmiləri, AXDG-yə məxsus, FHN tərəfindən idarə olunan “Vixr-5” və AXDG - BUE Caspian Alyansının “Caspian Server” gəmiləri qəzanın nəticələrinin aradan qaldırılması ilə əlaqədar aparılan işlərə cəlb olunub.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

Prezident İlham Əliyev Putinlə təkbətək görüşüb - Yenilənib

Ən çox oxunanalar