Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Gürcüstanda Azərbaycana qarşı təxribat hazırlanır”


QAT “Təkəli prosesi” ilə bağlı ölçü götürməyə çağırdı


Qarabağ Azadlıq Təşkilatı bəyanat yayıb. QAT-ın mətbuat xidmətindən Teleqraf.com-a daxil olan bəyanatda Gürcüstanda ermənilər tərəfindən Azərbaycana qarşı təxribat hazırlandığı bildirilib. QAT bununla bağlı ciddi narahatlıq ifadə edib. 

Qeyd olunub ki, Gürcüstanda hazırlanan təxribata Ermənistan vətəndaşı, “Qafqaz Sülh Təşəbbüsləri” Qeyri-Hökumət Təşkilatının rəhbəri Georgi Vanyan rəhbərlik edir: “O xeyli vaxtdır ki, “Təkəli prosesi” deyilən plan əsasında Ermənistan xüsusi xidmət orqanlarının məkrli niyyətlərini həyata keçirməyə başlayıb. Georgi Vanyan bu məqsədlə Gürcüstanın Marneuli rayonu ərazisində, Təkəli kəndi ilə “Sınıq körpü” (“Qırmızı körpü”) keçid məntəqəsi arasında torpaq sahəsi alıb, həmin ərazidə “Dostluq bazarı” yaradacağını bəyan edib. O ilkin olaraq 4 hektar torpaq sahəsini ələ keçirmişdi, indi həmin ərazini 100 hektara çatdırmağa çalışır. 

Bizdə olan məlumatlara görə, artıq məsələni həll edib. Bu ərazi Təkəli kəndi ilə “Sınıq körpü” sərhəd-keçid məntəqəsinin arasında yerləşir, digər tərəfdən isə Ermənistanla birləşir. Artıq bu əraziyə Ermənistandan avtomobil yolunun çəkilişinə başlanıb. Hər kəs üçün aydın olmalıdır ki, ermənilər burada “dostluq bazarı” deyil, bazar adı altında Azərbaycana qarşı təxribat və təhlükə bazası yaratmaq istəyirlər. Ermənilər istənilən vaxt burada təxribat törədə və Gürcüstanda yaşayan azərbaycanlıların “Sınıq körpü”yə çıxışını bağlaya bilərlər. Digər tərəfdən ermənilər buradan keçəcək “İpək Yolu”na da istənilən vaxt təhlükə yarada biləcəklər”.

Bəyanatda təəssüflə bildirilir ki, ermənilər bu məkrli planlarını həyat keçirmək üçün bəzi azərbaycanlılardan da istifadə edirlər: “Georgi Vanyan və onun dəstəsi azərbaycanlıların yaşadıqları Təkəli kəndini özlərinə yuva seçiblər, toplantılarını orada keçirirlər. Onlar Ermənistan rəhbərliyinin və bəzi ermənipərəst beynəlxalq mərkəzlərin maliyyəsi ilə vaxtaşırı burada toplantılar keçirir, adamları pulla şirnikləndirərək bu prosesə cəlb edirlər. Bu toplantılarda Azərbaycandan Zərdüşt Əlizadə, Seymur Baycan, Xamis Məsimov kimi xadimlər iştirak edir. Onlar bilərəkdən və ya bilməyərəkdən düşmənin niyyətlərinə, Azərbaycan üçün təhlükə mənbələrinin yaradılmasına yardımçı olurlar. Ermənilər növbəti belə toplantını Zərdüşt Əlizadə və digər manqurtların iştirakı ilə sentyabrın 21-də keçirməyə hazırlaşırlar. Bu manqurtlar başa düşmək istəmirlər ki, keçirilən toplantılar gözdən pərdə asmaqdan başqa bir şey deyil, ermənilərin niyyəti başqadır. Pul hərisliyi bu adamları ermənilərin əlində alətə çevirib”.

QAT tələb edib ki, bütün bunları nəzərə alan Azərbaycan hüquq-mühafizə orqanları bu faktlarla bağlı dərhal və ciddi araşdırmalar aparmalı, Azərbaycana qarşı yönəlmiş təxribatları zərərsizləşdirmək üçün təsirli tədbirlər görməlidir: “Azərbaycan tərəfi Gürcüstan xüsusi xidmət orqanlarının diqqətinin bu məsələyə cəlb olunması üçün addımlar atmalıdır. Təkəlidə gedən proseslərin qarşısı alınmalı, ermənilərin məkrli niyyətlərinin həyata keçməsinə imkan verilməməlidir. Azərbaycandan gedib Təkəli tədbirlərində iştirak edənlərlə bağlı ölçü götürülməlidir. Təkəli kəndinin əhalisi də adlarının ləkələnməsinə imkan verməməli, ermənilərin orada qurduqları oyunbazlıqlara son qoymalıdır. Azərbaycan və Gürcüstan dövlət, həmçinin cəmiyyət səviyyəsində birgə hərəkət etməli, erməni fitnəkarlıqlarının qarşısını vaxtında almalıdırlar”.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Azərbaycanda tanınmış alim əşyaları ilə birlikdə küçəyə atıldı - Video

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Ən çox oxunanalar