Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Gürcüstanda vəziyyət o qədər də yaxşı deyil“


Azərbaycanlı deputat: “Gürcüstanda rüşvət və korrupsiya yenidən başlayıb”


“Gürcüstanın icra hakimiyyətləri və digər dövlət orqanlarında  rüşvət və korrupsiya faktlarının artması məsələsi gündəmə gəlib. Cinayət işlərinin sayı da durmadan artır. Mixail Saakaşvili dövründən fərqli olaraq, indi Gürcüstanda vəziyyət o qədər də yaxşı deyil”.

Bunu Modern.az saytına sabiq prezident Mixail Saakaşvilinin lideri olduğu Vahid Milli Hərəkatı Partiyasının Gürcüstan parlamentində təmsil olunan deputatı Azər Süleymanov deyib. O, indiki hakimiyyətin fəaliyyətinin Gürcüstanın daxilində yaratdığı sosial atmosferi şərh edərkən bildirib ki, Saakaşvilinin zamanında insanlar daha yaxşı, firavan yaşamağa can atıblar.

Deputatın sözlərinə görə, Gürcüstan cəmiyyəti hakimiyyət dəyişikliyi ilə hər şeyin daha da yaxşı olmasına ümid etsə də, onların arzuları reallaşmadı: “Əhali yanacağın, ərzağın qiymətinin ucuzlaşacağını gözləyirdi. Amma hər şey fərqli oldu. Bəzi məhsulların qiyməti üç-beş faiz bahalaşdı”. 

A. Süleymanov bildirib ki, sosial durumun pisləşməsini göstərən amillərdən biri də iyunun 15-də Gürcüstanda yerli özünüidarəetmə orqanlarına keçirilən seçkilərə əhalinin etinasız yanaşmasıdır: “Əhalinin yetmiş faizi həmin seçkilərdə iştirak etmədi. Bu isə o deməkdir ki, indiki iqtidara inam azalır”.  


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar