Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Hanı 10 milyon, hanı “Hafka”?”


Qalmaqallı azərbaycanlı oliqarx, “Hafka” kimi tanınan Hafiz Məmmədov növbəti “Fransa inqilabı”na səbəb olub


Virtualaz.org saytı xəbər verir ki,bu gün Fransanın Lans şəhərində bu şəhərin adını daşıyan futbol klubunun yüksək liqaya buraxılmamasına etiraz olaraq nümayiş keçirilib.

Fransa KİV-lərinin xəbərlərinə görə yerli vaxtla saat 11-də Lans şəhərinin Bolleart-Delelis küçəsinə toplaşan 1000-ə yaxın “Lans” azarkeşi Peşəkar Klublara Nəzarət Komissiyasının (DNCG) klubu yüksək liqaya buraxmamaq qərarına etiraz edibər. Aksiya “Lans”ın himninin oxunması ilə başlayıb. Nümayişçilər klubun prezidenti Jerve Martelin istefasını, “Lans”ın əsas səhmdarı olan Hafiz Məmmədovun isə bu biabırçılğa cavab vermək üçün ortaya çıxmasını tələb ediblər. Nümayişçilər əllərində “Jerve, biz həqiqət istəyirik!”, “Jerve, ya 1-ci liqa, ya istefa!”, “Bəs hanı 10 milyon?” və nəhayət “Hanı o Hafiz Məmmədov?” şüarları yazılmış plakatlar tutublar.

Çıxışlardan sonra “Lans” azarkeşləri şəhər meriyasının qarşısına yürüş ediblər, aksiya iştirakçılarından biri qrupu merlə görüşmək üçün binaya daxil olub. Aksiyanı çoxsaylı KİV-lər izləyiblər. Fransa telekanalları “Lans” tərəfdarlarının etiraz aksiyasından geniş reportajlar verib.

Xəbər verildiyi kimi DNCG “Lans”ın bu mövsüm üçün tərtib edilmiş büdcəsinin peşəkar liqanın maliyyə reqlamentinə uyğun olmadığı üçün klubu yüksək liqaya buraxmayıb. Fransa Futbol Federasiyası bu qərarı qüvvədə saxlayıb. “Lans”ın yüksək liqaya buraxılmamasının səbəbi kimi klubun əsas səhmdarı olan Hafiz Məmmədovun vəd etdiyi 10 milyon avronu hesaba köçürməməsi göstərilib. H.Məmmədov bu ilin may ayında Fransada “Lans”ın yüksək liqada oynaması üçün klubun büdcəsinə 17 milyon avro vəsait verəcəyinə dair sənəd imzalayıb.

DNCG bu pulların ən azı 10 milyon avrosunun iyunun 27-nədək “Lans”ın bank hesabına köçürülməsi şərtini qoyub. Lakin pullar bu vaxta qədər köçürülməyib. “Hafka” ona məxsus “Bank of Azerbaijan”ın adından 10 milyon avronun köçürüləcəyinə dair təminat sənədi göndərsə də bu sənəd ciddi qəbul edilməyib. “Hafka”nın “Lans”a vəd etdiyi pulları verə bilməməsinin səbəbinin onun Azərbaycandakı biznesində yaranmış maliyyə böhranı ilə bağlı olduğu təxmin edilir.

Fotolar




Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 18 məsələ var

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Ən çox oxunanalar