Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Haqqımda yazılan xəbərləri yalan adlandırıram“


Bakının Sabunçu rayonunun sabiq polis rəisi Rza Hacıyev qətl törətməsi barədə yayılan xəbərlərə münasibət bildirib


R. Hacıyev apa-ya açıqlamasında deyib ki, Türkiyədə qətl törətməsi barədə yayılan məlumat yalandır: " Bu, mənə qarşı təxribatdır".
 
R. Hacıyev deyib ki, o, hazırda Bakıda istirahət edir. Sabiq polis rəisi deyib ki, o, bir neçə ay əvvəl Türkiyədə olub, amma iş adamı Telman İsmayılova məxsus oteldə qalmayıb: “Mən bu ilin fevralında şəxsi işlərimlə əlaqədar Türkiyədə olmuşam. Lakin Telman İsmayılova məxsus oteldə qalmamışam. O oteldə qalmağa maddi imkanım da yol vermir. Bu yalan məlumatı kim haradan necə düzüb-qoşub mənə də maraqlıdır. Bir daha haqqımda yazılan xəbərləri yalan və iftira adlandırıram. Hazırda Bakıdayam, istirahət edirəm”.
 
Qeyd edək ki, bu gün “musavat.com” saytı öz mənbələrinə istinadən sabiq polis rəisi Rza Hacıyevin Türkiyədə qətl törətməsi barədə məlumat yayılması ilə bağlı xəbər yayıb. Saytın yazdığına görə, Antalyadakı “Mardan Palase” otelində R. Hacıyevin tanışı olduğu bildirilən 24 yaşlı Arzu Zeynalovanın üzərində zorakılıq əlamətləri olan meyiti aşkarlanıb. Məlumatda o da qeyd olunub ki, R. Hacıyevin döyərək öldürdüyü A. Zeynalova Daxili İşlər Nazirliyinin yüksək çinli əməkdaşının qızıdır. 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

Ən çox oxunanalar