Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Hardadı bəs əsl İslam???” - Həftənin sitatları


Rövnəq Abdullayev: “Mən müşahidə etmişəm ki, havalar soyuyan kimi, insanların qaza tələbatı artır”


Vüsal Məmmədov: “Biz öz missiyasını ala-yarımçıq yerinə yetirən KƏM sədrlər gördük; Biz Ermənistanda verdiyi bəyanatda zilə çıxıb, Bakıya gələndə zildən düşən BƏM sədrlər gördük; Biz təyyarədə yaxşıca vurub, aeroportda jurnalistlərlə kefli görüşən DƏM sədrlər gördük; Biz cavab tapa bilmədiyi haqlı suallar yağışının altında cumculuq islanan NƏM sədrlər gördük; Biz HƏMsədr heç görmədik ki…”.

PİA.AZ-ın redaktoru Gülyanaq İSMAYILQIZI “Həftənin sitatları” layihəsini təqdim edir.

Qeyd edək ki, bəzi sitatlar konteksdən çıxarıldığı üçün düzgün anlaşılmaya da bilər. Bunu nəzərə almağı xahiş edirik.

Azərbaycan prezidenti İlham Əliyev: “Müstəqil siyasət aparacağıq, xalqın iradəsi əsasında irəli gedəcəyik”.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan: “Türkiyəyə deyirlər ki, Mosula girmə. Necə girməyək? İraqla 350 km sərhədimiz var, heç İraqla əlaqəsi olmayanlar oradadır”.

Azərbaycanın Respublikası Prezidentinin köməkçisi Əli Həsənov: “Əgər milli iqtisadiyyatımız müstəqilliyin ilk illərində tamamilə xarici kapitaldan asılı idisə, son illərdə bu nisbət əsaslı şəkildə dəyişərək yerli kapitalın payı üstün səviyyəyə yüksəlmişdir. Azərbaycanın neft amilindən və xarici kapitaldan asılılığının kəskin şəkildə azalması iqtisadi inkişafın da əsas yükünün qeyri-neft sektoruna transfer edilməsinə şərait yaratmışdır”.

Azərbaycan prezidenti İlham Əliyev: “Dağlıq Qarabağa dair ağlabatan kompromis mümkündür”.

Azvision.az saytının baş redaktoru Vüsal Məmmədov: “Biz öz missiyasını ala-yarımçıq yerinə yetirən KƏM sədrlər gördük; Biz Ermənistanda verdiyi bəyanatda zilə çıxıb, Bakıya gələndə zildən düşən BƏM sədrlər gördük; Biz təyyarədə yaxşıca vurub, aeroportda jurnalistlərlə kefli görüşən DƏM sədrlər gördük; Biz cavab tapa bilmədiyi haqlı suallar yağışının altında cumculuq islanan NƏM sədrlər gördük; Biz HƏMsədr heç görmədik ki…”.

Azərbaycan prezidenti İlham Əliyev: Azərbaycan cəmiyyəti milli ideya ətrafında birləşib və ölkəmiz üçün radikal islamçılıqla bağlı potensial risk və ya təhdid yoxdur”.

Sosial şəbəkə istifadəçisi Hamlet Miriyev: “Şəriət qaydaları ilə idarə olunan İndoneziyada, bir xanım skamyada nişanlısı ilə yaxın oturduğu üçün həps olunub, məsçidin qarşısına gətirilərək xalqın qarşısında 32 qırmanc vurulub... Əsl İslam İndoneziyadakı deyil, Əsl İslam qadınlar edam edilən İrandakı deyil, Əsl İslam xalqı partladan terrorçuların yaşadığı İraqdakı deyil, Əsl İslam dindən pul qazanan Ərəbistandakı deyil, hardadı bəs əsl İslam???”.

Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev: “Mən müşahidə etmişəm ki, havalar soyuyan kimi, insanların qaza tələbatı artır”.

Yazar Mirmehdi Ağaoğlu: ““Rövnəq" sözü ərəbcədən tərcümədə “gözəllik”, “parlaqlıq”, “zinət”, “təravət”, “işıq” deməkdir. Müəllim, könüllərimizə bu gün həqiqətən gözəllik, parlıqlıq, təravət, işıq gətirdin. Evimizi isitməsən də könlümüzü isitdin. Arada belə elə, biz qazsız da yaşayarıq”.

BMT-nin baş katibi Pan Gİ Mun: “Yoxsulluq təkcə az qazancla qiymətləndirilməməlidir. Bu yoxsulluq özünü səhiyyə, təhsil və digər əsas xidmət imkanlarından məhdud istifadədə, həmçinin insanların təməl haqlarının pozulmasında göstərir. Biz bütün ölkələrin hakimiyyətlərini, təşkilatları və bütün insanlığı yoxsulluq şəraitində yaşayan insanların səsini eşitməyə çağırırıq. Gəlin birgə hər gün yoxsulluq şəraitində yaşayan insanların üzləşdiyi alçaldılmaya və sosial təcridə son qoyaq”.

Tanınmış jurnalist Azər Sarıyev: “Çəkməçiləri söyməyin. Tufli gölməçəyə girmək üçün nəzərdə tutulmayıb”.

Azərbaycan prezidenti İlham Əliyev: “25 il əvvəl Azərbaycan Ali Soveti ”Müstəqillik haqqında" dövlət aktını qəbul edib. Bununla belə, müstəqilliyimizin elan edilməsindən 1 il əvvəl 1991-ci ildə Heydər Əliyev cəsarətli addım ataraq sovet rəhbərliyini Qanlı Yanvar faciəsini törətməkdə ittiham edib, Kommunist Partiyasının sıralarını tərk etmişdi”.

İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin rəhbəri, iqtisadçı ekspert Azər Mehtiyev: “Dövlət büdcəsi ayrı-ayrı dövlət qurumların saxlanması üçün vəsait ayırdıqca və onlara ayrılan vəsaitin nəticəsi ortaya qoyulmadıqca bu bədxərclik davam edəcək”.

Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov: Ermənistan Dağlıq Qarabağ münaqişənin həllində maraqlı deyil, “nə hərb, nə də sülh vəziyyəti”ni saxlamaq istəyir”.

İqtisadçı ekspert, Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban: “Madurodan yaxşı qurtardıq: and-aman elədik ki, nə hasilatı artıracıq, nə də ixracı...Yaxşı ki, BP-Azerbaijanın hasilatı 9 ayda 1.6 mln barel artırmasından nə Maduronun, nə də OPEC-in xəbəri olmayıb...”

Tanınmış vəkil Aslan İsmayılov: “Yaxşı ki, Azərbaycan məmurları təbiəti pulla ala bilmirlər və onun qarşısında acizdirlər. 20 ildir dediklərimizi 2 gündə yağan yağış göstərdi”.

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev: “Hacıbala Abutalıbov həbs edilməlidir... Zamanında ayrılan milyardlarla vəsaitin kimlər tərəfindən mənimsənildiyi araşdırmalıdır və onlar barəsində cəza tədbirləri görülməlidir”.

“Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı:İngilis dilində “yaltaq” sözü işlənmir artıq. Niyə? Ona görə ki, o sözə ehtiyac yoxdur”.

Türkiyənin baş naziri Bineli Yıldırım: “Türkiyənin ərazi bütövlüyünü təhdid edən, vətəndaşları üçün təhlükə olan istər PKK, PYD, YPG olsun, istərsə də İŞİD, onlara qarşı mübarizədə nə lazımdırsa heç kimdən izacə, izn almağa ehtiyacımız yoxdur”.

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan: “Türkiyənin cənubunda terror qurşağı yaradılmasına yol verilməyəcək. Bunu dost da, düşmən də bilməlidir”.

Azərbaycan prezidenti İlham Əliyev: Azərbaycan iqtisadiyyatının neft-qaz amilindən asılılığı tamamilə azalacaq”.

İqtisadçı ekspert, Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban: “Elə ki...neftimizin “çəlləyi” $50-ni aşdı...məmurların “mədəaltı vəzilərindən” xüsusi şirə qaynamağa başlayır: qazın, pul silin...”

Avropa Birliyi Şurasının sədri Donald Tusk: Rusiyanın strategiyası Avropa Birliyini zəiflətməkdir. Biz reallığı görürük, bizdə heç bir illüziya yoxdur”.

Azərbaycan Strateji Təhqiqatlar Mərkəzinin rəhbəri, politoloq Natiq Miri: “Ərdoğan Hələb şəhərinin azad olunması üçün Putinə yardım edir”.

YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov:BMT-yə, ATƏT-in Minsk Qrupunun həmsədrlərinə məktub yazsınlar. Dağlıq Qarabağ təkcə iqtidarın deyil ki! Həm də müxalifətindir. Ona görə də nəyin dialoqunu aparacağıqsa, onu izah etsinlər. Sonra yerdə qalan məsələləri mən şərh edərəm”.

Tanınmış vəkil Aslan İsmayılov: “2016-cı il Azərbaycanında, bu gün də əsas problemimiz olan qul təfəkkürü dəyişməyincə heç bir tərəqqidən söhbət gedə bilməz”.

ADR Hərəkatının lideri, iqtisadçı alim Qubad İbadoğlu: “Ölkədə qənaət rejiminə keçidlə bağlı deyilənlər daha çox təbliğat xarakteri daşıyırDövlətin idarəetmə xərcləri 60% artıb”.

Azərbaycanın Respublikası Prezidentinin köməkçisi Əli Həsənov: “Ölkəmizin müstəqilliyinin ilk illərində Xəzərin karbohidrogen ehtiyatlarının dünya bazarlarına çatdırılmasını nəzərdə tutan layihələrin reallaşması  heç də asanlıqla başa gəlməmiş, müxtəlif beynəlxalq, regional və yerli geosiyasi maraqların toqquşması ilə müşahidə olunmuşdur”.

TİA.AZ saytının baş redaktoru Əlişir Əhəd: “Azərsu” nun “Qorx”mazından Bakının kanalizasiya sisteminin fontan vurmaması üçün xərclədiyi 2 milyard manatın hara xərcləməsini soruşmağa “Qorx”mayan tapılarmı görəsən?

Sosial şəbəkə istifadəçisi Hamlet Miriyev: “Peşman olursan bir balaca dini tənqid edəsən,o saat 1994 təvəllüdlü biri statusa rəy yazır : “Ay savatsız,ged biyaz kitaf oxu,dünya görüşüvü artır,sora başda axıllı-axıllı danışmaxa””.

Xalq artisti Aygün Kazımova: “Mən “Şamplena”yam, o da “Sanpleno” oldu. Elza  artıq mənim samuray bacımdır”.

İqtisadçı ekspert, Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban: “İslahatlar belə şeylərdən başlamalıdır... Nazirlərin, Komitə sədrlərinin regiona səfərləri...Hamısı eyni ssenari ilə başlayır: qucaq-qucaq gül əllərində gəlib H.Əliyevə ehtiramlarını bildirirlər. Sonra özləri ilə Bakıdan apardıqları KİVlər qarşısında ədalı fotolar və şikayətə gələnlərin acizanə təzimləri...”

“Yeni çag.az” saytının baş redaktoru Aqil Ələsgər: Bakıdan yazılan statusların 1/10-i qazın kəsilməsindəndir. Soruşmaq ayıb olmasın, Gürcüstandakı erməni kilsələrində vəziyyət necədir? Qazları azalıf eləməyif? Multikulturist ilində ermənilərdən ayıfdı, bizim canımız bərkdi, bir az da donax, nə olajax

Yazar, jurnalist Hüseynbala Səlimov: “Dünyada milli azadlıqdan uca nə ola bilər?! Biz nə etdiksə, hansı yanlışlıqları yapdıqsa, bunun naminə, bunun xatirinə etdik! Ən azı bugünkü halımıza, vəziyyətimizə baxıb yalan danışmadığımıza tamam əmin ola bilərsiniz -  hamımız, necə deyər, bir həsirik, bir də ki, Məmməd Nəsir!..Bəli, elə günahlar var ki, onları bağışlamaq olar. Bizi hərəkət etdirən azadlıq təşnəsi idi. Nə etdiksə, nə qüsur, hətta nə qələt yapdıqsa, yalnız və yalnız bunun naminə etdik...”

“Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı: “Mən elə başa düşürdüm ki, həm İstanbulda, həm də Frankfurtda internet əlindən tərpənə bilməyəcəm. Görünür, hələ də insanlığın problemləri qalır. Amma Bakıda parkın ortasında Roma ilə rahat-rahat danışa bilməyəndə, Barselonadakı dostumuzun səsindəki kəsintini hiss edəndə, Parislə  təmasımız rahat olmayanda, naz edirik. Naz bizim genimizdədi ya…”.

Jurnalist Pərvin Kazımoğlu: “Müstəqilliyin bəhrəsini onun əleyhinə səs verənlər görür. O, 31 nəfərdən bəziləri bu gün deputat mandatı daşıyır, bəziləri qırmızı pasportlu səfirdi, dövlət komitəsinə sədrlik edir, bəziləri də dünənə qədər hansısa yüksək statusu - baş nazirin müavini, nazir, deputat, səfir - daşıyırdı. Müstəqillik üçün canından keçənlərin bir çoxu isə səfalət içində yaşayıb, səfalət içində ölür...”

Politoloq  Qabil Hüseynli:  “Akif Çovdarov elə bir fiqurdur ki, onun haqqında Azərbaycan dilində olan mümkün ifadələri tapıb yerinə qoymaq mümkün deyil”.

Millət vəkili, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa:Azərbaycanı müstəqil dövlət hesab etmək olar. Ancaq yaralı müstəqilliyimiz var”.

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev: “Qış gəlməmiş nə qaz, nə işıq var, yağış yağıb deyə kanalizasiyalar daşır”.

Müğənni Səidə Sultan: “Mən sizin üçün yerdən çıxma müğənni deyiləm ki, çıxıb deyəsən ki, “Səidəni səhnəyə mən gətirmişəm”. Nəinki sən, başqası da artıq danışsa, başını yerindən üzərəm! Adımı çəkmə, çəkməyim! Artıq danışma, danışmayım! Hər kəs gedib öz işi ilə məşğul olsun. Bil, nə danışırsan, kimə sataşırsan. Özünü də korifey hesab etmə!”.

Azvision.az saytının baş redaktoru Vüsal Məmmədov: “Nə vaxtsa kraliçanın Elton Cona cəngavər rütbəsi verəcəyini bilsəydilər, yəqin, orta əsr cəngavərləri kütləvi şəkildə intihar edərdilər”.

ADR Hərəkatının lideri, iqtisadçı alim Qubad İbadoğlu: “Höküməti idarə edənlər ölkənin inkişafına yönələn vəsaitdən kəsib özlərinin sosial-maddi təminatına yönəldirlər”.

Millət vəkili Vahid Əhmədov: “Mən iqtisadçı kimi özüm də bu proseslərdən baş açmıram. Özlərinin nə əməliyyatları varsa, 5-10 gün milli valyutanı möhkəmləndirirlər, daha sonra isə milli valyutanı buraxırlar. Axı bu insanlarla bu cür davranmaq olmaz! 30-40 məktubu elə banklardakı bu cür hallarla bağlı elə mən şəxsən özüm, Rüfət müəllim, sizə göndərmişəm”.

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev: “Heydər Əliyevin Azərbaycana qayıdışına əngəl törədənlər bu gün nazirdir, Milli Məclisdə Komitə sədridir”.

Azərbaycan Strateji Təhqiqatlar Mərkəzinin rəhbəri, politoloq Natiq Miri: “Mosulun azad olunmasında bütün Qərb ölkələri, İranABŞ iştirak edir. Yeganə arzuolunmaz ölkə Türkiyədir”.

Ermənistan silahlı qüvvələrinin raket və artilleriya qoşunlarının qərargah rəisinin müavini, polkovnik Artavazd Yağmuryan: ““İsgəndər”lərin tətbiq olunması ilə bağlı heç bir problemimiz yoxdur. Bu raketləri tətbiq etmək üçün Moskvadan icazə almaq məsələsinə gəldikdə isə xatırladıram ki, aprel döyüşləri zamanı bizim bölmələrimiz artıq döyüş hazırlığı vəziyyətinə gətirilmişdi və erməni rəhbərliyi qərar qəbul etsəydi istənilən an zərbə endirə bilərdik”.

Jurnalist Zülfüqar Savaş: “Biri vardı, özünə şər atırdı ki, guya baş redaktordu. Allah haqqı, bir dəfə zəng edib, soruşur ki, nöqtədən sonra böyük hərflə yazmalıyam ya yox? Dedim ki, bu dilçilikdə hələ problemli məsələdi, bununla bağlı yekdil rəy yoxdu. Sənə necə xoşdusa elə də yaz”.

Tanınmış jurnalist Azər Sarıyev: “Jurnalist həmkarlarımızın əksəriyyəti ayaqları suyun içində işə çatıblar. Əsl həmkar həmrəyliyi belə olar”.

Deputat Madər Musayev: “Düzü, 25 ildir ki, kimsə məndən 1991-ci ildə olub-keçənləri soruşmayıb. “Niyə Müstəqillik Aktına imza atmamısan” sualını verən də olmayıb. 25 il bundan qabaq Müstəqillik Aktına imza atanlar və atmayanlar həmişə müzakirə mövzusu olur. Adım müstəqilliyə imza atmayanlar arasında olsa da, bunu məndən istəyib-istəmədiyimi soruşmayıblar. Həmin vaxt kimsə mənə yaxınlaşıb soruşmamışdı ki, “sən müstəqillik istəyirsən, yoxsa, yox?!”.

“Yeni çag.az” saytının baş redaktoru Aqil Ələsgər: “Deyirəm, Hadı Rəcəbli kimi deputatın olacağına, 0,5 kq-yağsız mal əti, 1 ədəd-orta irilikdə kartof, 1 ədəd-baş soğan, zövqə görə 1-2 diş-sarımsaq (xoşlamayan vurmasın), 100 qram-süd, 1 dilim-çörək (qara daha yaxşıdı,olmasa da olar), 1-yumurta, istiot və duz, varsa,farş üçün ədviyyat (priprava dlya farşa) olaydı, əntiqə Molotof kotleti bişirib, yeyərdik, mədəmiz bulanmazdı...”

Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova: “Minsk Qrupunun üzvləri Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında konstruktiv rol oynaya biləcəksə, Rusiya bunu yalnız alqışlaya bilər”.

Teleaparıcı İradə İsaq: “Evlilik həyatının ilk yarım ayından sonra gəldiyim qənaət: Qurban olum Məhəmmədin şəriətinə, doğrudan da kişinin dörd arvadı olmalıdır (çox olsa da olar). Mütləq və hökmən! Kişinin bütün kaprizlərinə dözmək bir qadının işi deyilmiş. Mən bu cür qadınlara məəttələm. Qəhrəmansınız, vallah”.

Teleraparıcı, jurnalist Aynur Talıbova: “Dövlət televiziyamızın bəhs elədiyi kimi, Bakıdakı neft yekəbaşlarının paxıllığını çəkib ölənlərdən ibarət bir qəbiristanlıq 100 faiz yoxdur”.

Xalq artisti Aygün Kazımova: “Mənə pul çatmır. Ərim maliyyə naziri olsa, belə pulu çatmaz, müflis olar”.

Azvision.az saytının baş redaktoru Vüsal Məmmədov: “Ateistlər üçün xüsusi məzarlıq salınır. Krematoriya da yaradılsa, məsələ tamamlanar. Ateist olanda nə olar, biz də öləndən sonra adam kimi yandırılmaq istəyirik... ”.

Gülyanaq İSMAYILQIZI
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar