Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Hardansa bir dələduzu tapıb,SOCAR-a işə düzəlmək…” - Vitse-prezident


Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) vitse-prezidenti Xalik Məmmədov “Facebook” üzərindən ARDNŞ-ə işə qəbulla bağlı maraqlı bir çağırış edib


Vitse-prezident ARDNŞ-ə işə qəbul prosesinin şəffaf olduğunu bildirib və iddialıları dələduzların toruna düşməməyə səsləyib.

 PİA.AZ “AzPolitika”ya istinadən Xalik Məmədovun sözügedən statusunu təqdim edir:

“Bu mövzuda mən, İRD-nin rəisi A.Bəkirli dəfələrlə mətbuatda və sosial şəbəkələrdə bilgi verməyimizə baxmayaraq, görünür ki, hələ də bəzi insanlar digər aldananların acı təcrübələrindən dərs almamışlar. Bir daha yazıram: SOCAR da işə qəbul olunmaq üçün heç bir vasitə axtarmaq, qohum axtarmaq, tanış tapmaq lazım deyil. Yetər ki, elan olunmuş vakansiya şərtlərinə uyğun biliyin, bacarığın olsun və müsahibə zamanı biliyini tam təqdim edə biləsən. Bu qədər sadə, bu qədər asan və tam şəffaf.

Amma hardansa bir dələduzu tapıb, onun şirin dilinə aldanıb varını-yoxunu verəsən ona ki, SOCAR-a işə düzələcəyəm… bu mümkün deyil və olmur. Sonra da yazırlar ki, aldanmışam, evimi yıxmışam, borc almışam… Daha nələr yazmırlar, ürək ağrısız oxumaq olmur… Əlbəttə, aidiyyatı üzrə həmin məktubları hüquq-mühafizə orqanlarına göndəririk. Çox vaxt dələduzlar məsuliyyətə cəlb olunurlar. Amma zərərçəkmiş insanların haqları qaytarılırmı? Bəs əsəb gərginliyi, itirilmiş vaxt, vəsait, nüfuz…

Hələ öz məqsədlərinə çatmaq üçün bu DƏLƏDUZLAR həyasızcasına təmiz, vicdanlı, zehmətkeş və ictimaiyyətdə nüfuz sahibi olan vəzifəli şəxslərin adına xələl gətirəcək yollara da əl atırlar. İnsanları aldatmaq üçün “filankəsin qohumuyam, filankəsin qonşusuyam, filan vəzifəli şəxsin kəndçisiyəm” kimi yalanlara inanmazdan qabaq soruşan yoxdur ki, sən o filankəsin vasitəsi ilə bir adamı işə düzəldə bilmisənmi. Odur ki, aldadan cinayət törədir, aldanan da günahsız deyilmiş…”

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar