Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Hardasan ay Ərdoğanın daşı?..” – Həftənin sitatları


Anar Gəraylı: “Akif Çovdarov məhkəmıədə deyir, “İlqarı öldürdünüz, indi növbə məndədi”. İnşallah, canım”.


Aydın Abbasov: “Gəncəyə gəlir mənbəyi kimi baxan və Gəncəyə vəzifəsındən istifadə edərək mənəvi və maddi zərər vuraraq sakinlərini incidib, küsdürüb, dövlətin qanunlarına zidd olaraq zənginləşən hər hansı bir məxluqa MANQURT deyilə bilər”.

PİA.AZ-ın redaktoru Gülyanaq İSMAYILQIZI “Həftənin sitatları” layihəsini təqdim edir.

Qeyd edək ki, bəzi sitatlar konteksdən çıxarıldığı üçün düzgün anlaşılmaya da bilər. Bunu nəzərə almağı xahiş edirik.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev: “Tərəfdaşlarımız bilir ki, bizim sözümüzlə imzamız uyğun gəlir və tərəfdaşlarımızı heç vaxt pis vəziyyətdə qoymarıq”.

ABŞ prezidenti Donald Tramp: “Yalan məlumatlar yayan KİV-lər (The New York Times, NBC, ABC, CBS, CNN) – mənim düşmənim deyillər. Onlar bütün amerikalıların düşmənidirlər”.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan: “Mərhum Turqut Ozalın da xəyalı belə bir Türkiyə idi. Bu səbəbdən sistemin dəyişməli olduğunu deyərdi. Biz də onun xəyalını gerçəkləşdirmək üçün yola çıxdıq”.

Avstraliyanın baş naziri Malkolm Törnbull: “Tramp dənizdən şikayət edən dənizçi kimidir”.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev: “Biz bu münaqişənin həlli yolunu necə görürük? Bu mövqe təkcə bizim baxışlarımıza deyil, həm də bu münaqişənin həlli ilə bağlı beynəlxalq hüquqa əsaslanır. Əvvəla, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır, erməni işğalçı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılmalıdır, azərbaycanlılar bütün işğal olunmuş ərazilərə, o cümlədən Dağlıq Qarabağa qayıtmaq hüququna malik olmalıdır. Bundan sonra regionda sülh bərqərar olacaq. Azərbaycanın ərazi bütövlüyü çərçivəsindən kənar heç bir qərar qəbul edilə bilməz. Azərbaycan heç vaxt Dağlıq Qarabağın müstəqilliyinə razı olmayacaq”.

ABŞ-ın vitse prezidenti Mayk Pens:ABŞ Ukraynanın şərqində baş verənlərə görə Rusiyanı məsuliyyətə cəlb etməyə davam edəcək”.

Suriya prezidenti Bəşər Əsəd: “Qərb Suriya üçün kimin daha yaxşı olacağını seçə bilməz: mən, yoxsa İŞİD. Bunu ancaq Suriya vətəndaşları edə bilər”.

“Yeni Çag.az” saytının baş redaktoru Aqil Ələsgər: “Hardasan ay Ərdoğanın daşı? Nə olar, istiqamətini düzgün müəyyənləşdir, nəbadə ayaqlarına düşmə bunların... ”.

Tanınmış jurnalist Azər Sarıyev: “Qərb rəhbərləri məndən bərk inciyiblər ki, onları niyə tənqid edirəm. Cavab göndərdim ki, ağıllı olun, günah özünüzdədir”.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı:Azərbaycan xalqı bölünmüş xalqdır. 19-cu əsrdə çar Rusiyası və İran arasında imzalanmış müqavilə ilə Azərbaycan iki yerə bölünüb. İran əhalisinin yarısı azərbaycanlıdır”.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev: Ermənistanın bəzi müsəlman ölkələri ilə münasibətlərini möhkəmləndirməyə və ya normallaşdırmağa yönəlmiş cəhdləri çox təəccüb doğurur. Hesab edirik ki, Ermənistanı açıq-aydın təcavüzkar kimi tanıyan İslam Əməkdaşlıq Təşkilatının qətnamələri Ermənistan ilə münasibətləri inkişaf etdirmək niyyətində olan bütün müsəlman ölkələri üçün əsas mesaj olmalıdır”.

İsrail Müdafiə naziri Aviqdor Liberman: “Mən Mettislə müzakirə zamanı qeyd etdim ki, İsrail 3 əsas problemlə qarşı-qarşıya qalıb. Bunlar İran, İran və yenə də İrandır. İranın uzaqməsafəli ballistik raketləri var və öz raket texnikasını daha da inkişaf etdirir. İran nüvə texnologiyalarına da sahibdir. Üstəlik, İran İsraillə heç bir coğrafi sərhədə sahib olmadan Livan Hizbullahını, Qəzzada isə HƏMAS-ı yaradıb və terrorizmin ən böyük sponsoru olub”.

Musavat.com saytının redaktoru Xalid Kazımlı: “Rəsmi Tehranın müstəqil Azərbaycan dövlətinin varlığını həzm edə bilməməsi, bu dövlətin mövcudluğunu öz ərazisindəki Azərbaycan ostanlarına təhlükə sayması çoxdan bəllidir. Ancaq hər şeyin də bir ədəbi var - qonşu dövlətlər dinc, yanaşı yaşamağı və bir-birinin ərazi bütövlüyünə, milli atributlarına sayğı ilə yanaşmağı öyrənməlidirlər”.

Sabiq millət vəkili Aydın Abbasov: “Gəncəyə gəlir mənbəyi kimi baxan və Gəncəyə vəzifəsındən istifadə edərək mənəvi və maddi zərər vuraraq sakinlərini incidib, küsdürüb, dövlətin qanunlarına zidd olaraq zənginləşən hər hansı bir məxluqa MANQURT deyilə bilər”.

Rusiyanın müdafiə naziri Sergey Şoyqu: “Biz Pentaqonla əməkdaşlığa hazırıq. Lakin bizimlə güc yolu ilə dialoq qurmaq cəhdləri perspektivsizdir. Bu gün Bakıda Silahlı Qüvvələrimizin Baş Qərargah rəisi Valeri Gerasimovun amerikalı həmkarı Cozef Danfordla görüşündə Pentaqondan izahat gözləyirik”.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev: “Biz beynəlxalq təşkilatların borc və kreditlərindən asılı deyilik. Bizim xərclərimiz həmişə gəlirlərimizdən az olmuşdur. Mən hər il hökumətə xərclərin gəlirlərdən az olması və əlavə maliyyə ehtiyatlarının yaradılması barədə göstəriş vermişəm. Ona görə də hesab edirəm ki, neft hasil edən ölkələr içərisində Azərbaycan böhranın öhdəsindən uğurla gəlmiş ölkələr sırasındadır”.

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə: “Torpaqlarımızın işğalı nəticəsində 1 milyondan çox qaçqın və məcburi köçkünümüz oldu. Azərbaycan qaçqın və məcburi köçkünlərlə bağlı problemləri demək olar ki, özü həll etdi. Amma bu gün Avropa miqrantlar qarşısında divarlar çəkir”.

Tanınmış jurnalist Azər Sarıyev: “İnsan kitab oxuyana qədər anasının ləhcəsində və dilində danışır”.

Azərbaycan Demokratik Partiyasının sədri Sərdar Cəlaloğlu: “Mən özümü nə Fərabidən, nə İbn Sinadan, nə də başqalarından aşağı sayıram. Onlar yaza bilərlər, amma mən niyə yox?”.

Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov: Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Azərbaycanın Dağlıq Qarabağ ərazisində yaradılmış qondarma qurumu heç bir dövlət tanımır”.

Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin: Dağlıq Qarabağ münaqişəsinin nə dərəcədə ağır və çətin olduğunu gözlərimizlə gördük”.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu:Rusiya Xarici İşlər Nazirliyi Dağlıq Qarabağdakı “referendumu” pisləməyib. ... Moskva bununla demək istəyir ki, “Rusiya Dağlıq Qarabağda fevralın 20-də keçiriləcək referendumun əleyhinə deyil və separatçılar Dağlıq Qarabağın adının “Artsax” adıyla dəyişdirilməsi hüququna malikdirlər”.

Livanın “Hizbullah” hərəkatının lideri Şeyx Həsən Nəsrullah: “Əslində, onunla bağlı narahatlığımız yoxdur. Trampın gəlişi ilə nə dəyişib ki? Ağ Evdə bir axmağın yaşamasına görə narahat olmağa dəyməz”.

“Cumhuriyet.az” saytının baş redaktoru Nəsimi Şərəfxanlı: “14 fevral Qərbin "sevgililər günü"dür. 6 il əvvəl şərqi necə sevdilərsə, Liviyada, hələ də ərəblər yataqdan qalxa bilmir....”.

“Yeni Çag.az” saytının baş redaktoru Aqil Ələsgər: “... hələ də hökumət içində Şah İsmayıla sayğısızlar az deyil, əksinə günü-gündən güclənirlər. Əvvəl Formula 1-in andıra qalmış maşınlarını sırf başqa yer qəhətmiş kimi Şah İsmayılın heykəlinin önünə qoydular. İndi isə heykəli ümumiyyətlə götürüb, gözdən-könüldən iraq bir parka qoyacaqlar ki, kimsə görüb narahat olmasın”.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov:İslam dinində şəriət eyni olsa da, mədəniyyətlər fərqlidir. Din pərdəsi altında xalqlara məxsus həyat tərzi islam həyat tərzi kimi təqdim olunur. Nəticədə Azərbaycan ailəsi ərəbləşir, farslaşır. Yad ailə modelləri bizim üçün təhlükədir. Əgər ənənəvi ailə institutu laxlayacaqsa, təbii ki son nəticədə milli dövlətçiliyə zərbə dəyəcək. Etiraf edək ki, İslamda 4 qadınla ailə qurmağa icazə verilir. Ancaq bu, ərəb mədəniyyətinə xasdır. Azərbaycan mədəniyyətində bu qəbul olunmur. İslam isə bu mədəniyyətlərin heç birini inkar etmir”.

Politoloq Zərdüşt Əlizadə: “Heç vaxt fikirləşmirdi ki, bu xalqın sonu nə olacaq? Çıxıb mitinqlərdə bar-bar bağırırdı ki, biz erməniləri tüpürcəklə boğmalıyıq. Hansı tüpürcəklə? Hansı millətin tüpürcəyi ilə erməniləri qovmaq olardı? Sən görmürsən ki, KQB erməni və Azərbaycan xalqlarını vuruşdurur ki, ortaya bir qarmaq salsın? Xəlil Rza Ulutürk isə KQB-yə xidmət edib qışqırır ki, ermənilərə lənət olsun”.

Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa: “Sərdar Cəlaloğlu adlı dünya şöhrətli alimimiz yazıb ki, bəs o, Quranın elmini, fəlsəfəsini və sosiologiyasını yazır. Mən də belə bir cümləni işlədən adamın əqli problemi olduğunu yazmışam. Adam mənim bir cümləmin mənasını anlamayıb, ancaq qosqoca Quranın elmini, fəlsəfəsini, sosiologiyasını yazdığını iddia edir. Elə bilir bəlkə bu sözləri paxıllıqdan yazmışam”.

“Azvision.az” saytının baş redaktoru Vüsal Məmmədov: “Ərəb neçə il sevib, amma "Leyli” mahnısı qoşmayıb. Azərbaycanlı isə sevən kimi dünya mədəniyyətini "Buleyli” mahnısı ilə zənginləşdirib. Qurban olum özümüzə...”

Sabiq millət vəkili Aydın Abbasov: “Bu cür özbaşınalığın səbəbkarlarına deyirəm, ayıb olsun. Sizə acıyıram. Siz ölkə rəhbərinin və bu millətin düşmənlərisiniz”

Azərbaycanın keçmiş prezidenti Əbülfəz Elçibəyin oğlu Ərturqut Əliyev: “Mən bir övlad kimi, bütün ömrüm boyu atama minnətdar və duaçı olacağam. Şərəfli və layiqli bir ömür yaşadığı, tər təmiz ad qoyub getdiyi üçün. Alnım hər zaman və hər kəsin qarşısında açıq olduğu üçün. Qoy Zərdüşt də bu barədə düşünsün. Öz vicdanı qarşısında təkbətək hesab versin, görək kim öz atasından daha çox razıdır?”.

Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa: “Ay gözəlim Azərbaycan, sənin qoynunda necə dahilər yetişmiş...Fərabi, Şeyx Nizami, Məhəmməd Füzuli, Sərdar Cəlaloğlu...”.

“Yeni Çag.az” saytının baş redaktoru Aqil Ələsgər: “Bir milləti formalaşdıran onun dəyərləri, bir insanı təsdiq edən onun prinsiplərinə sadiqliyidir. Dəyərlərinə sahib çıxmayan millətlər, prinsipsiz insanlar yox olmağa, tarixin zibilliyində məhv olmağa məhkumdurlar”.

Jurnalist Anar Gəraylı: “Ölkədə ayaq üstə heç bir dəyər qalmayıb”.

Azərbaycan Demokratik Partiyasının sədri Sərdar Cəlaloğlu: “Mən özümü alim sayıram. Əgər alim olmaq Fazilin gözündə əqli qusurdusa, bu başqa söhbətdir. Alimliyimi başqa sahələrdə də göstərmişəm. Yazım Nobel mükafatında gizli səsverməyə qədər gedib çıxıb. Fazil bəyin dediklərinin mənə heç bir aidiyyatı yoxdur. Çox yanlış danışır. Elmdə mən dünya səviyyəsinə çıxmışam. Nobel mükafatına iddiali kimi danışıram. İnanıram ki, kitabım İslam dünyasına analoqu olmayan kitab olacaq... Biriləri işləyir, bekarlar onların işini tənqid edirlər. Fazil bəy burada ikincilərdəndir”.

Politoloq Zərdüşt Əlizadə: “Bəxtiyar hələ cavan şair olanda görkəmli ədəbi tənqidçi kimi mənim atam Məmməd Mübariz Əlizadənin yanına gəlirdi. Biz Bəxtiyar Vahabzadə ilə 40 il qonşu olmuşuq. Xalq üçün yaşayan adam Bəxtiyar Vahabzadə kimi təminatlı yaşamazdı. Sadəcə, yaxşı yaşamaq üçün xalqa turançılıqdan, türkçülükdən şeirlər deyirdi. Bu da onun yaxşı çörək yeməyinə kömək eləyirdi. Xalqın hansısa sarı simini dınqıldadıb yaxşı yaşayan şairlərimiz, yazıçılarımız azmı olub?”.

TİA.AZ saytının baş redaktoru Əlişir Əhəd: “Qanunları yaxşı biləndə pozmaq asan olur”.

“Savash.org” saytının baş redaktoru Zülfüqar Savaş: “Can verən adamın son nəfəsdə məhz nə demək istədiyi həmişə maraqlı olub mənə. Dəqiqi həmin an bəlli olacaq özümə, amma hesab edirəm ki, mən həmin an "mollanı qovun" demək istəyəcəm... ”.

Xalq şairi Bəxtiyar Vahabzadənin kürəkəni, 5 saylı Kliniki Xəstəxananın baş həkimi Ziya Əsədov: “Zərdüşt Əlizadənin söylədiyi fikirləri oxudum, çox təəssüf hissi ilə qeyd edirəm ki, bu adam Bəxtiyar Vahabzadənin, Xəlil Rza Ulutürkün adını ağzına almaqdansa, türk dünyasına nifrətinin səbəbini desin. Zərdüşt Əlizadə türkçülük, azərbaycançılıq ideyasının düşməni olan atasından danışsın. Sovet hökuməti zamanında rus imperiyasının, İran dövləti ilə birlikdə gizli fəaliyyəti nəticəsində yeni nəsil yaranmışdı. Bu nəsli “Bakinest” adlandırırdılar. Bu qrupa farslar, ermənilər, bəzi rusdilli azərbaycanlılar, kürdlər daxil idi. Həmin adamlar hər zaman türkçülüyün əleyhinə olublar. İndi də bu kimi əməllərindən əl çəkmirlər”.

Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı: Azərbaycanın işğal edilmiş ərazilərində keçirilməsi planlaşdırılan qeyri-qanuni “referendum” beynəlxalq hüquq normalarına zidddir, Ermənistanın təcavüzkar siyasətinin ardıcıl xarakter daşıdığını ifadə edən təxribatdır”.

Tanınmış jurnalist Azər Sarıyev: “Abbas Zamanov, Nəsir İmanquliyev, Nəcəf Nəcəfov heç vaxt dədəqorqudluq iddiasında olmayıblar. Mediamız Dədə Qorqud olmaq istəyən gədəzırpudlarla doludur”.

Azərbaycanın keçmiş prezidenti Əbülfəz Elçibəyin oğlu Ərturqut Əliyev: “Atanın hansı millətdən olması övlada başıaşağılıq gətirməz, amma atanın satqın olması çox pis şeydir. Allah hər bir övladı belə utancdan qorusun!”.

Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov:Azərbaycan mətbuatı milli təfəkkürün, milli mənliyin formalaşmasında kifayət qədər rol oynayb”.

"Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev: “Parlamentin bəzi deputatları, komitə üzvləri əsas verməsə, jurnalistlər heç zaman onları tənqid etməzlər. Sağlam tənqiddən qaçmaq lazım deyil. Əgər Milli Məclisdə hər hansı qanun layihəsi müzakirə və ya qəbul olunursa, bu məsələlərin ictimaiyyətə çatdırılması hər zaman mətbuatın diqqətindədir”.

Şair Vəli Xramçaylı:  “20 Yanvar hadisələrindən sonra gündəlik içməyə başladım. Evimiz dağılmışdı o gecə... Bizim evimiz o vaxt “Salyanski kazarma”nın yanındaydı. Tanklar həyətə girib hər şeyi alt-üst eləmişdi. Yaxşı ki, qardaşım ailəmizi götürüb başqa yerə aparıbmış... 20 Yanvara keçən gecə də küçələrdə idim. İlhamı bizim yanımızda vurdular. Güllənin biri də mənim sağ qılçamı yüngülcə yaladı. Ancaq heç kimə bildirmədim. Bəlkə də məni qınayacaqlar, amma olanı deyirəm, düz qırx gün saqqal saxladım. Hər gün də içdim. O gündən indiyədək günə bir litr araq içirəm. Bu, mənim normamdır”.    

Aşıq Əli: “Aşıqların bəziləri çox biabırçı şəkildə, şəxsiyyətlərinə hörmət qoymadan sazı pis gündə ifa edirlər. Çox bərbad vəziyyətdir. El şənliklərində utanıram. Xalqın da hərəsinin bir zövqü var. Hər kəs sazı sevib, incəliklərini bilə bilməz. Saz sənəti ilə maraqlanmayanlar da o cür insanları görəndə, dinləyəndə elə bilirlər ki, bu belə də olmalıdır”.

İqtisadçı ekspert Vüqar Bayramov: “Siqaret bazarında dövriyyə o qədər böyükdür ki, onu hesablamaq və dövlət vergisinə cəlb etmək çətin idi. Amma şirkətlərin və eləcə də mağazaların bu prosesə hazır olmaması nəticədə qaçaqmalçıllıq yolu ilə ölkəyə daxil olan məhsulların mağazalara axınını stimullaşdırır”.

Jurnalist Tural İsmayılov: “Qadına şiddət uyğulamaq da təcavüzün bir formasıdır.... Kişi sırf fiziki baxımdan güclüdür deyə, qadını döyməməlidir, incitməməlidir.. Elə qadınlar var ki, onlar neçə kişidən mərddir... Kişi kimi qadın deyirlər ... Amma sayısız gözəl ananın dəyanətinin “bir qramını” da daşıya bilməyəcək “kişilər”  var...”

İqtisadçı ekspert, Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban: “Əgər iki analoqu olmayan dövlətin Baş gərargah rəisləri görüş yeri üçün Heydər Əliyev Mərkəzini seçirlərsə...böyük ehtimalla proqnoz etmək olar ki, PENTAGON da öz növbəti sammitini keçirmək üçün Heydər Əliyev Konqres Mərkəzini seçər... ”.

“Cumhuriyet.az” saytının baş redaktoru Nəsimi Şərəfxanlı: “Tanrının əlini sıxası olsam tək bir söz deyərdim: belə gözəl əlin sığalı nə gözəl olardı, amma silləndən də narazı deyildim... ”.

Jurnalist, köşə yazarı Zamin Hacı: “2015-ci il bizdə dövlət səviyyəsində “Kənd təsərrüfatı ili” elan olunmuşdu, yəqin yadınıza gəlir. Bəs bunun kənd təsərrüfatımıza hansısa xeyri oldumu? Əlbəttə! Çox fantastik uğurlar var. Misal üçün, keçən həftə mən məhəllədəki köşkdən kartof alırdım, satıcı yoldaş düz 4 müxtəlif kisədə kartof nümunələrini mənə təqdim etdi: “Bu İranındır, bu Rasiyadan gəlib, bu Gürcüstan, bu da Pakistandır”.

Analitik Hüseynbala Səlimov: “İllər çox şeylər haqqında təsəvvürlərimizi dəyişib. Daha əvvəlki vaxtlarda olduğu kimi ABŞ deyəndə bayılmırıq - çox məqamlar adiləşib, fəqət, yenə də baxıb görürsən ki, Amerika elə Amerikadır...”

Yazar Mirmehdi Ağaoğlu: “Elm əgər bu qədər mütərəqqidirsə - təbii ki, mütərəqqidir – o zaman seçdiyiniz metodlar niyə aqressiv, aşağılayıcıdır. Özünü niyə inkivizitor kimi aparır və səndən olmayanları təhqir edir, ağılsız adlandırırsan?”

İTV-nin aparıcısı Anar Yusifoğlu: “Hər gecənin qaranlığı ürəyi işıqlandırır. Gündüzün işığı içimizi qaraltdığı kimi...”

Jurnalist Tural İsmayılov: “Rüşvətxorun qanundan, paxılın imandan, haramzadanın dindən, kinlinin dostluqdan, mollanın ədəbiyyatdan danışdığı və yazdığı yerdə yaşamaq özü də bir güc nümunəsidir...”

PİA.AZ-ın əməkdaşı Gülşən Şərif: “Keçmişin hər halına hörmətlə yanaşa bilmək gələcəyin uğurlu zəmanətidir...”

Politoloq Zaur Mammadov:Ermənistanın son zamanlar apardığı siyasət Azərbaycanı faktiki olaraq müharibəyə təhrik edir”.

Jurnalist Anar Gəraylı: “Akif Çovdarov məhkəmədə deyir, İlqarı öldürdünüz, indi növbə məndədi. İnşallah, canım”.

“Savash.org” saytının baş redaktoru Zülfüqar Savaş: “Öz gözündə siğəni görmür, Valentində “oşibka” axtarır... ”.

Gülyanaq İSMAYILQIZI
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Müharibə başlayandan bəri Belqorod vilayətində 120 nəfər ölüb

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Avropa çempionatı: Azərbaycan paraüzgüçüsü gümüş medal qazanıb

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Ən çox oxunanalar