Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Hədələdim və nail oldum”- Vəfa Quluzadə Ərdoğanın səfərini şərh edir


“Ərdoğanla İlham Əliyev ilk növbədə Dağlıq Qarabağın işğaldan azad olunması və Soçi görüşündən öncə ölkəmizə qarşı təcavüzkar təxribatı müzakirə edəcək”.

 
Publika.az-a açıqlamasında bu sözləri sabiq dövlət müşaviri, politoloq Vəfa Quluzadə Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğanın Azərbaycana bu gün başlayacaq səfərini şərh edərkən deyib.

Təhlükəsizlik, hərbi əməkdaşlıq...

Türkiyənin regionda böyük dövlət olduğunu deyən V.Quluzadə hesab edir ki, Soçi görüşündən öncə baş verən düşmən təxribatlarının qarşısını almaq məsələsi prezidentlərin görüşündə prioritetlərdən biri ola bilər: “Türkiyə Azərbaycanın böyük dəstəkçisidir və güman ki, prezidentlərin görüşündə təhlükəsizlik məsələləri müzakirə olunacaq. Bundan başqa, iki ölkə arasında hərbi əməkdaşlıq və bir çox digər məsələlər masaya yatırılacaq. Mümkün olanlar həll olunacaq, digərləri gələcək üçün saxlanılacaq”.

“Bunu prezidentlərdən başqa heç kim bilmir”

Naxçıvanda Türkiyənin hərbi bazasının yerləşdirilməsi haqqında səslənənlərə gəlincə, sabiq dövlət müşaviri bildirib ki, bu kimi məsələləri prezidentlərdən başqa heç kim bilmir: “Bu, birbaşa yüksək səviyyədə həll olunan məsələdir. Lakin hesab edirəm ki, Naxçıvanda türklərin əsgəri bazasının yerləşdirilməsi hələlik real deyil, hətta bundan sonra da real olmaya bilər. Çünki onlar da, biz də türkük. Biz öz diviziyamızı Naxçıvanda yerləşdirməli, Türkiyənin döyüşlərdən çıxmış ekspertləri, terrorla mübarizə aparmış komandirləri bizim qüvvələrlə əməkdaşlıq etməlidir. Onsuz da bizim ordumuz Naxçıvanda hər cür möhkəmlənib və bundan sonra da belə olacaq. Bu baxımdan, Türkiyənin hərbi bazasının burada yerləşdirilməsi bəlkə də lazım deyil. Bütün hallarda xarici əsgəri bazanın ölkədə yerləşdirilməsi arzu olunan deyil”.

“Məqsədim Rusiyanı hədələmək idi, etdim və nail oldum”

Vaxtilə özünün də belə bir fikir səsləndirdiyini deyən V.Quluzadə əslində bununla Rusiyanı hədələdiyini açıqlayıb.
“Mən də vaxtilə NATO bazalarının Azərbaycanda yerləşdirilməsi fikrini dilə gətirmişəm. Bunu deyəndə bilirdim ki, qeyri-real məsələdir. Amma bununla mən Rusiyanı hədələmək məqsədi daşıyırdım. Etdim və məqsədimə nail oldum. O vaxt Rusiya Xarici İşlər Nazirliyi mənə qarşı bəyanat səsləndirdi, İran da eyni addımı atdı. 1999-cu ildə onlar qorxurdu ki, Azərbaycan Amerika ilə razılaşacaq və bu baş tutacaq. Lakin Amerika razılaşmadı, əslində Azərbaycana da öz torpaqlarında xarici hərbi bazanın yerləşdirilməsi lazım deyildi. Sadəcə olaraq, bu məsələni yalnız və yalnız Azərbaycanın reytinqini qaldırmaq üçün gündəmə gətirmişdik. Rusiyaya işarə vermək istəyirdik ki, biz bunu da edə bilərik. Lakin bu gün ümumiyyətlə lazım deyil. Hər iki dövlət türkdür və bir-birinə yetərincə dayaq dururlar”, - deyə V. Quluzadə açıqlayıb.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar