Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Həmsədrlərin Almaniya səfəri müəmmalı məsələdir”



“ATƏT-in Minsk Qrupunun təmsilçiləri fəaliyyət göstərdikləri bu illər ərzində ilk dəfədir ki, mövcud olduğu formatdan kənara çıxır və danışıqlara yeni dövləti cəlb etməyə çalışır”


Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Zahid Oruc ATƏT-in Minsk Qrupu həmsədrlərinin Almaniyaya gözlənilməz səfərini şərh edərkən deyib. Onun sözlərinə görə, Almaniyanın Cənubi Qafqazdakı maraqları Fransadan daha böyükdür:
 
“Bununla belə, məsələyə sırf Avropa Birliyinin mənafeləri baxımından yanaşdıqda, burada heç bir dövlətə əlahiddə üstünlük verməyə dəyməz. Çünki ABŞ-ın Qarabağ siyasətini bölüşməyən dövlətin Qərbin adından çıxış edərək Minsk Qrupuna qoşulması qeyri-mümkündür. Ukrayna ətrafındakı hadisələr göstərdi ki, Almaniya postsovet məkanında baş verən münaqişələrin həllində effektli rol oynaya bilər. Lakin onların təkbaşına hərəkət etmək səlahiyyəti olmadığından, üstəlik də bu ölkə bütün resurslarını tənzimləməyə cəlb etmədiyindən, hər hansı uğurlu təcrübədən danışmaq mümkün deyil. Ona görə Qarabağ danışıqlarına təsir göstərən amillərdən biri kimi Rusiya-Ukrayna konfliktinin hansı formada nəticələnməsi bizim üçün çox əhəmiyyətlidir”.
 
Millət vəkili bütün hallarda, həmsədrlərin Berlinə getməsinin məqsədinin müəmmalı olduğunu bildirdi:
 
“Yaxın günlərdə Xarici İşlər Nazirliyinin məsələyə dilomatik konfidensiallığı gözləmək şərtilə müəyyən açıqlama verəcəyinə inanıram. Təəssüf ki, hazırda ticari embarqoların tüğyan elədiyi beynəlxalq şəraitdə Qarabağa görə Türkiyədən başqa heç bir dövlət Ermənistana sanksiyalar tətbiq etmək niyyətində deyil. Ona görə Berlin danışıqlarına fövqəladə önəm verməyə heç bir ehtiyac yoxdur”.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Azərbaycanda 42 yaşlı prokuror qəfil vəfat etdi

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq

49 yaşında dünyasını dəyişən Əməkdar artistin ölüm səbəbi bilindi - Yenilənib    

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

Əməkdar artist Cavanşir Məmmədov dəfn olunub - Yenilənib

Ən çox oxunanalar