Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Hər il təkrarlanan ad günləri hər il təzələnən hesabatdır”


Fərid Şahbazlı aramızda yaşca ən kiçik olanımız idi. Komandanın ən yeniyetmə üzvü


Ancaq inadcıl idi… Ən kritik məsələlərdə ortaya öz mövqesini qoyub, mübahisədən çəkinmirdi… Hamımız xətrini çox istəyərdik… Hamımızın ortaq fikri: “Bu uşaq böyük adam olacaq” idi… Fərid tanıdığım 10 ildə öz aktivliyi ilə bunun qarantiyasını verdi… Göstərdi ki, inanc və iradə olduqdan sonra çox çətin keçidlərdən də keçmək olur… Bu gün 23 yaşındadır. Gəncdir. Danışığını dinlədikdə, suallara cavablarına nəzər yetirdikdə, qarşımızda ən az 35 yaşlı yetkin insan görürük… Zaman Fəridi gənckən müdrikləşdirib. Ancaq özünü hələ də 20 yaşında hiss edir. Nə deməli, qardaş? Pasportun önəmi yoxdur, əsas insanın özünü neçə yaşında görməsidir. Sənin də özünü hansı yaşda hiss edirsənsə, o yaşını təbrik edirik.

 Aqil Ələsgər

 Beləliklə, Yenicag.az redaksiyasının ilk müsahib-qonağını sizlərə təqdim edirik: Editor.az İnformasiya Portalının baş redaktoru Fərid Şahbazlı.

DOSYE

Fərid Şahbazlı 1991-ci ilin 28 noyabrında Bakı şəhərində anadan olub. 1998-2009-cu illərdə Səbail rayonu 7 saylı orta ümumtəhsil pilot məktəbində təhsil alıb. Məktəbdə oxuduğu illərdə 2 il 7 saylı orta ümumtəhsil pilot məktəbinin Şagird Parlamentinin sədri olub. Məktəb illərində dəfələrlə müxtəlif dövlət qurumları və QHT-lər tərəfindən Fəxri Fərmanlarla təltif edilib.

2009-2013-cü illərdə Odlar Yurdu Universitetində (OYU) jurnalistika ixtisasında bakalavr təhsili alıb və universiteti Fərqlənmə diplomu ilə bitirib. Universitetin ilk ilindən Tələbə Gənclər Təşkilatının İdarə Heyətinin üzvü olub, daha sonra ictimai fəaliyyətini universitetin Tələbə-Elmi Cəmiyyətinin sədri kimi davam etdirib. Universitet illərində iki il ard-arda fəal tələbə kimi OYU-nun Fəxri Fərmanı ilə təltif edilib.

2011-ci ildən etibarən “Gənc Liderlər” Uşaq Təşkilatının bazasında yaradılan və dövlət qeydiyyatına alınmış “İslahatçı Gənclər” İctimai Birliyinin sədridir.

2009-2012-ci illərdə Qaynar.info Milli Xəbər Portalına rəhbərlik edib. Hazırda Editor.az İnformasiya Portalının baş redaktorudur.

 - Fərid, əslində sənin həmyaşıdların hələ indi ictimai sektora gəlirlər. Ancaq, sən hazırda ölkəmizin ən fəal və öndə gedən gənclərindənsən. 23 yaşının tamamında hansı hissləri keçirirsən? Bu illər ərzində sənə dəstək verən çox oldu, mane olmağa çalışan?

– Əslinə qalsa, ad günlərimi xüsusi təmtəraqla qeyd etməyi sevmirəm. Sizə, doğum günü ərəfəsində mənə diqqət ayırdığınız üçün təşəkkür edirəm. Mənim düşüncəmə görə, hər il təkrarlanan ad günləri hər il təzələnən hesabatdır. İnsan hər il öz vicdanı qarşısında hesabat verə bilirsə, buna mənəvi haqqı çatırsa, demək ki, az da olsa cəmiyyət üçün, ətrafı üçün faydalı olub.

Təvazökarlıqdan uzaq olsa da, deməliyəm ki, istək və arzularıma tam olmasa da, müəyyən mənada yaxınlaşa bilmişəm. Hərdən mənə elə gəlir ki, mənim bir xeyli yaşım var və bu müddətdə çata bilmədiyim bir çox hədəflər var. Amma yadıma düşəndə ki, hələ cəmi 23 yaşındayam, həmyaşıdlarım əsasən tələbələrdir və bu yaşda hansısa fövqəladə uğurdan danışmaq olmaz, bu mənada bir qədər rahatlıq tapıram.

Digər tərəfdən, düşünmürəm ki, siz təsvir etdiyiniz qədər fövqəladə iş görmüşəm. Ölkəmizdə həm ictimai-siyasi sektorda, həm də elm, təhsil, mədəniyyət, idman kimi sahələrdə mənimlə eyni yaşda məndən dəfələrə böyük uğurlar əldə edən gənclərimiz var.

Ancaq mən bu illər ərzində çox dəyərli, bir ömür boyu təşəkkür borcu olduğum dostlar qazanmışam. Hələ ki qarşıma çıxan insanlar arasında yaxşılarının sayı üstünlük təşkil edir. Mən narazılıq etməyi sevən adam deyiləm. Paxıllara gəlincə isə, onlar həmişə olub və heç şübhəsiz ki, bundan sonra da olacaq.

Ümumilikdə isə, mən həmişə düşünmüşəm ki, Azərbaycanın ən böyük sərvəti onun insanları, xüsusilə də gəncləridir. Cənab Prezident İlham Əliyev də öz çıxışında “Biz maddi nemətlərimizi, insan kapitalına çevirməliyik” deyə çağırış etdi. Bu mənada ölkəmizdəki bütün gənclərin qarşısında duran vəzifə ölkəmizdə gəncliyin inkişafı üçün yaradılan imkanlardan istifadə edərək, özünü inkişaf etdirmək, dövlətinə və millətinə faydalı bir vətəndaş kimi yetişməkdir.

- Özünü daxilən neçə yaşlı insan kimi təsəvür edirsən? Səncə sən gənc ikən qocalmamısan ki?

-Fiziki cəhətdən özümü elə 20 yaşdakı kimi hiss edirəm. Düşüncələrimə və addımlarıma görə isə deyirlərki bir xeyli yaşım var(gülür). Yəni, bu məsələdə hər hansı kompleksim yoxdur…

- Bayaq qeyd etdin ki, sənin həmyaşıdlar tələbələrdi. Onların məşğuliyyətləri əsasən çayxanada oturmaq, “şot qoymaq”, domino oynamaq, qızlarla əylənməkdir. Bəs səndə necədir vəziyyət- bunlardan hansı sənə daha yaxındır?

– Təbii ki, hər kəsin özünəməxsus məşğuliyyəti, istirahət forması var və bunu normal qarşılamaq lazımdır. Mənim istirahətim dostlarla bir araya gəlib, çay, yemək süfrəsi ətrafında müxtəlif məsələlərlə bağlı söhbətlər aparmaqdan ibarətdir. Ara sıra dostlarla birgə futbol oynamağa da gedirik. Bundan başqa bəzi internet oyunlarını da xoşlayıram və oynayıram. Birdə səyahəti, xüsusilədə dostlarımla birgə rayonlarımızı gəzməyi sevirəm.

İctimai sektora, mətbuata gəlişini necə xatırlayırsan?

– Mən 14 yaşımdan aktiv ictimai fəaliyyətlə məşğulam. 8-ci sinifdə təhsil aldığım Səbail rayonundakı 7 saylı orta məktəbdə fəaliyyət göstərən Məktəbli parlamentinin sədri seçildim. Parlament çərçivəsində bir müddət çalışdıqdan sonra, düşündüm ki, bu fəaliyyətimizi daha geniş spektrdə davam etdirə bilərik. Çünki bəzən, elə ideyalarımız, planlarımız meydana çıxırdı ki, bunu məktəb parlamenti çərçivəsində reallaşdırmaq mümkün olmurdu.

Beləliklə, 2006-cı ildə 6 nəfərdən ibarət məktəbli ilə “Gənc Liderlər” Uşaq Təşkilatını qurduq. Bu təşkilat o zamanlar üçün ölkəmizdə çox az sayda olan və aktiv fəaliyyəti ilə seçilən uşaq qurumlarından biri idi.

Eyni zamanda 2005-ci ildən yazılarım müxtəlif qəzetlərdə dərc olunmağa başladı. O zamanlar heç bir mətbu orqan 13 yaşlı bir yeniyetmənin yazılarını dərc etmək istəmirdi. Lakin, redaksiyası evimizin yaxınlığında yerləşən “Milli Yol” qəzeti mənə bu imkanı yaratdı və ilk məqalələrim bu qəzetdə işıq üzü gördü. Bu təbii ki, jurnalistika ilə həvəskar formada məşğul olduğum zamanlar idi.

Sonradan 2009-cu ildə, Jurnalistika fakültəsinin I kursunda təhsil alarkən Qaynar.info Milli Xəbər Portalının baş redaktoru oldum. 2012-ci ilin noyabrından isə Editor.az İnformasiya Portalına rəhbərlik edirəm.

–  Həm, aktiv ictimai fəaliyyət, həm də jurnalistika ilə məşğulsan. İkisi bir arada, çətin deyilmi?

– Çətindir. Belə məsələdə insanı ayaqda saxlayan yeganə məqam çalışdığın sahəyə olan maraq və sevgidir. Hətta bir zamanlar, bəziləri mənə həm ictimai fəaliyyət, həm də jurnalistika ilə məşğul olduğum üçün istehza ilə yanaşırdılar.

Mən Odlar Yurdu Universitetinin jurnalistika ixtisasını bitirmişəm. Hazırda təhsilimi magistratura pilləsində “Halkla ilişkilər və Tanıtım” ixtisası üzrə Türkiyənin İstanbul Aydın Universitetində davam etdirirəm. Hələ məktəb yaşlarından isə aktiv ictimai fəaliyyətlə məşğulam.

Mən siyasətlə məşğul olmasam da, ümümilikdə, hesab edirəm ki, jurnalistikanı  siyasətdən kənarda görmək mümkün deyil. Jurnalistika ilə məşğulsansa, məncə dolayısı ilə həm də elə siyasətlə məşğulsan.

– Mətbuatda, sosial şəbəkələrdə çox aktivsən. Səni tez-tez hakimiyyəti müdafiə edib, müxalifətin ünvanına kəskin ittihamlar səsləndirərkən görürük.  Amma sanki, meydanda canfəşanlıq edən çox az gənc var….

– Bu fikrinizlə razı deyiləm. Ölkəmizdə cənab Prezident İlham Əliyevin rəhbərliyi altında reallaşdırılan siyasəti səmimi qəlbdən dəstəkləyən və bu siyasətə xidmət edən böyük bir gənclər ordusu var. Mən də özümü bu gənclərdən biri hesab edirəm.

Düşünürəm ki, ölkədəki hər hansı hadisəylə razılaşmamaq olar. Hansısa problemin həllini tələb etmək lazımdır və bu vacibdir. Əslində müxalifətin missiyası da ölkədəki problemləri gündəmə gətirib, həllinə nail olmaqla ümumi işə xeyir vermək olmalıdır. Amma nə yazıq ki, bu qüvvələr siyasi hakimiyyətə müxalifətçiliklə dövlətə müxalifətçiliyi səhv salıblar. Azərbaycan xalqı heç vaxt belə radikal siyasi qüvvələrə dəstək verməyib və bundan sonra da verməyəcək.

Ümid edirəm ki, radikal qüvvələrin əlində siyasi kamikadzeyə çevrilən bəzi gənclər çox tez zamanda doğru yolda olmadıqlarını anlayaraq, potensiallarını özlərini inkişaf etdirməyə və dövlətinə faydalı vətəndaş olmağa sərf edəcəklər.

Bu mənada aktiv ictimai fəaliyyətlə məşğul olan bir gənc kimi gənclərimizin siyasi maarifləndirilməsi və doğru istiqamətə yönəldilməsi həm də bir növ bizim vəzifə borcumuzdur, missiyamızdır. Əgər Azərbaycan bizim gözlərimiz önündə hər ötən gün daha da yüksəlirsə, bütün istiqamətlər üzrə nəzərəçarpacaq uğurla əldə edilirsə, ölkəmiz regionda həlledici söz sahibinə çevrilirsə və ən nəhayət, hər bir Azərbaycan vətəndaşı bu nailiyyətləri öz gündəlik həyatında hiss edirsə, o zaman bizim də borcumuz bu prosesin davamlı olması üçün mövcud siyasi kursu dəstəkləməkdir.

– Fərid, özünü 10 il sonra harada görürsən? Çoxları səni Milli Məclisdə görür, səncə bu nə ilə bağlıdır?

– Açığı deyim, mən belə uzaqgedən planlar qurmuram. Mənim üçün ictimai-siyasi fəaliyyət bir həyat tərzidir. Hansı ki, zaman keçəcək, mən bu illərə qayıdanda həyatımın bu mərhələsini xoş məqamlarla xatırlayacam. Bizim cəmiyyətdə belə bir düşüncə hakim olub ki, kim ictimai-siyasi fəaliyyətlə məşğuldursa, o mütləq ya deputat olmalıdır, ya da məmur.

Barəmdə də bu cür fikirlərin yaranması məhz bu məqamla bağlıdır. Mən isə bu düşüncədən çox-çox uzağam. Əlbəttə, ambissiyalıyam, həyat iddialarım var.

Hazırda təhsilimi Türkiyədə magistratura pilləsində davam etdirirəm. Eyni zamanda aktiv ictimai fəaliyyətdəyəm. Daima özümü inkişaf etdirməyə çalışıram. Ancaq mənə görə zaman ən ədalətli hakimdir və o hər kəsə layiq olduğu qiyməti verəcək.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar