Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Hərbi çevrilişin qarşısı alınmasaydı, dəhşətli hadisələr yaşanacaqdı“


“Qiyam qalib gəlsəydi, Türkiyədəki bütün xalqlara faciələr gətirəcəkdi... Türkiyə bayrağı altında bütün xalq birləşdirilməlidir”


Azərbaycan Kürdləri İctimai Birliyinin sədri, Azərbaycanda Azərbaycan və kürd dilində dərc edilən “Diplomat” qəzetinin baş redaktoru Tahir Süleyman Türkiyədə 15 iyulda hərbi çevrilişə cəhd və bundan sonra siyasi təşkilatların davranışları ilə bağlı “Yeni Müsavat”a açıqlamalar verib. 

Tahir Süleyman bildirdi ki, qardaş Türkiyənin Suriyaya çevrilməsi planının darmadağın edilməsindən Azərbaycandakı kürdlərlə yanaşı, Türkiyədə yaşayan milyonlarla kürd xalqı da sevinib, Türkiyə dövlətinin qorunması üçün meydanlara axışan xalqın içində minlərlə kürd də olub: “Biz həmişə hərbi çevrilişlərə qarşı olmuşuq. Bu gün də hərbi çevrilişə qarşıyıq. Heç bir dövlət və xalq hərbi çevrilişdən fayda görməyib. Hərbi çevrilişlər dövlətə və xalqa fəlakətlərdən başqa heç nə gətirməyib. Şükürlər olsun ki, Türkiyəni Suriya kimi darmadağın vəziyyətə salacaq məkrli hərbi çevriliş planı baş tutmadı. 

O xain planın gerçəkləşməsinə cəhd olan gündən indiyə qədər keçən 10 gündə baş verənləri, Türkiyədə əhalinin, siyasi təşkilatların davranışını izlədikdə Türkiyə cəmiyyətinin necə ayıq-sayıq olduğu, dövlət üçün təhlükə yarananda hər kəsin necə bir araya gəldiyini görməmək mümkün deyil. Hətta PKK-nın özü belə, hərbi çevrilişi pislədiyini bəyan etdi. Bəzilərində belə təsəvvür var ki, Türkiyə iqtidarına müxalifətdə olan iri siyasi partiyalardan CHP və MHP hərbi çevriliş məsələsində Ərdoğan iqtidarına siyasi dəstək versə də HDP heç bir formada dəstək verməyib. Bu fikir yanlışdır. HDP və onun həmsədri Səlahəddin Dəmirtaş ilk gündən bəyanatla çıxış edərək hərbi çevrilişin dövlət üçün təhlükə olduğunu, qəbuledilməz olduğunu bəyan etdi. Bu, dövlətçilik üçün təhlükə anında dövlətə və iqtidara siyasi dəstək deyilmi?”

T.Süleyman dedi ki, meydanlara axışan əhalinin sıralarında minlərlə kürd də olub, kürdlərin daha sıx yaşadığı bölgələrdə HDP-nin və digər kürd siyasi təşkilatlarının təşkilatçılığı ilə bu 10 gündə çoxlu sayda mitinqlər keçirilib: “Həmin mitinqlərdə Türkiyədə demokratiyanın qurulmasına dəstək, hərbi çevrilişə etiraz ifadə olunub. Diyarbəkirdə əhali meydanlara töküldü və hərbi çevrilişin baş tutmaması münasibətilə yüzlərlə qurbanlar kəsildi. Bütün bunlar Türkiyə dövlətinin qorunmasında, Türkiyədə demokratiyanın inkişafında kürdlərin maraqlı olduğunu bir daha ortaya qoyur. Türkiyə xalqı demokratiyanın, dövlətin müdafiəsinə qalxdı və Türkiyənin Suriya kimi fəlakətə uğramasının qarşısı alındı. Bu hərbi çevrilişin qarşısı alınmasaydı, Yaxın Şərqdə olduğu kimi Türkiyədə də dəhşətli hadisələr yaşanacaqdı. Bu isə Türkiyədə yaşayan bütün xalqlara faciələr gətirəcəkdi. Bunu kürd xalqı da yaxşı bildiyindən hərbi çevrilişə qarşı öz mövqeyini qoydu və bu gün də kürdlər yaşayan bölgələrdə mitinqlər keçirilir. Prezident Ərdoğan şəxsən özü bəzi kürd təşkilatlarına, o cümlədən Hudapar adlı siyasi təşkilata demokratiyanın müdafiəsinə qalxdıqları üçün təşəkkürünü bildirib”.    

T.Süleyman onu da qeyd etdi ki, hərbi çevriliş cəhdi iqtidarın siyasətində ordu ilə bağlı boşluqların olduğunu da ortaya çıxarmış oldu: “Türkiyə iqtidarı bundan nəticə çıxarmalı və indiyə qədər buraxılan boşluqlar, yanlışlıqlar düzəldilməlidir. Türk ordusunun müəyyən hissəsinin ölkə rəhbərliyinin deyil, kənar qüvvələrin əmrinə keçməsi həm də illər boyu buraxılan boşluqlardan irəli gəlib. Türkiyədə əsl demokratiya qurulmalıdır, Türkiyənin bayrağı altında bütün xalq birləşdirilməlidir. Hər kəsə demokratik haqlar verilməlidir. Ölkənin bütövlüyü bundan keçir”. (musavat.com)  

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

Prezident İlham Əliyev Putinlə təkbətək görüşüb - Yenilənib

Ən çox oxunanalar