Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Hərbiçilər yeni texnologiyalar üzündən məğlub olub ”- İsrail mediası


Sosial şəbəkələrlə və eləcə də digər yeni texnoloji vasitələrlə yayılan Ərdoğanın müraciəti, qiyamın yatırılmasında öz rolunu oynayıb”


Dünya mediası Türkiyədəki dövlət çevrilişinə cəhdin qarşısının alınmasına geniş yer verib

“AzPolitika.info”nun məlumatına görə İsrailin bütün mətbuat orqanları Türkiyədəki hadisələri baş xəbər olaraq verib. İsrailin əsas mətbuat orqanlarında Tütkiyədəki hadisilərə münasibəti oxucularımıza da təqdim edirik:

-“Haaretz”qəzeti

-“Haaretz” qəzetinin müxbiri Anşil Peper Türkiyədə baş verən hadisələrlə əlaqədar yazır:”Hərbçilər çevrilişin əsas prinsipərinə uyğun şəkildə hərəkət etməyə cəhd göstərsələr də ,lakin yeni texnologiyalar üzündən məğlubiyyətə uğradılar”.

Hərbi çevrilişin birinci qaydası – yayım mərkəzlərinin sürətlə zəbt olunmasıdır ki,türk qiyamçıları da bu qaydaya riayət ediblər. Ankaraya daxil olduqdan dərhal sonra,onlar dövlət televiziyasının yayım mərkəzinə girərək, jurnalistləri məcbur ediblər ki, Ərdoğan hökumətinin həbs olunması barəsində məlumatı efirə versinlər.Prezident isə bu vaxt Marmaris kurort şəhərində olub.

Məhz burada qiyamçılar öz hesablarında yanılıblar. Belə ki, onun rabitə xəttini tamamilə sıradan çıxara bilməyiblər.İstanbula qayıtmamışdan öncə, öz təyyarəsinə minən Türkiyə prezidenti, vətəndaşlara küçələrə çıxmağı və əsas meydanları tutmaqla, hərbçiləri aeroportdan qovmağa çağırıb. Tezliklə İstanbul və digər şəhərlərdə Ərdoğanın tərəfdarlarından ibarət kütlə,həmçinin də,hökumətə loyallıq göstərən ordu və eləcə də təhlükəsizlik birlikləri peyda olmağa başladı.

Peper yazır:“Şübhə yoxdur ki, sosial şəbəkələrlə və eləcə də digər yeni texnoloji vasitələrlə yayılan Ərdoğanın müraciəti, qiyamın yatırılmasında öz rolunu oynayıb. Taleyin kinayəsinə bax ki, 2013-cü ildəki hökumət əleyhinə nümayişlər zamanı interneti və sosial şəbəkələri kəskin şəkildə tənqid edən Türkiyə prezidenti,elə həmin vasitələrin köməyi ilə də xalqa müraciət etdi”

Sosial şəbəkələrlə yanaşı, məscidlərə səs gücləndiricilərin quraşdırıması kimi köhnə vasitələrdən də istifadə edilib. Bu da minlərlə insanın şəhərlərin küçələrinə çıxmasına səbəb olub.

Ərdoğan öz təcrübəsinə əsasən əmindir ki, indiyədək anti-Türkiyə məqsədləri üçün istifadə olunan yeni texnoloji vasitələrdən Türkiyənin xeyrinə istifadə etmək mümükündür.

“Ynet”informasiya portalı

-“Ynet” saytının redaksiyası qeyd edir ki, Türkiyə prezidenti Rəcəb Təyyub Ərdoğan hərbi çevrilişin təşkilində, ordunun ölkədəki siyasətə müdaxiləsinə qarşı vaxtı ilə birlikdə mübarizə apardığı və keçmişdə özünün yaxın tərəfdarı olmuş ”Hizmet”hərəkatının lideri Fətullah Güləni günahlandırıb.

Gülənin spirtli içkidən tutmuş, aborta qədər olan müxtəlif məsələlərə olan baxışları, Ərdoğanın baxışlarına nisbətən daha mülayim sayılır. Lakin bəzi ekspertlər hesab edirlər ki, bu mövqe sadəcə olaraq maskadır. Əsl həqiqətdə isə Gülən ölkədə hakimiyyəti ələ keçirmək və bundan sonra Türkiyəni islam dövlətinə çevirmək istəyir. Gülən 1999-cu ildən ABŞ-ın Pensilvaniya ştatında təcrid edilmiş və yaxşı qorunmuş malikanədə yaşayır.Amma ölkəsindən uzaqda olmasına baxmayraq, bütün bu müddətdə, Türkiyədəki hadislərə aktiv müdaxilə edib. 2014-cü ildən Ərdoğan Gülən tərəfdarlarını anti- hökumət fəaliyyətlərdə və “paralel dövlət”yaradılmasında günahlandırır. Türkiyə liderinin versiyasına görə, məhz Gülənin tərəfdarları geniş miqyaslı korrupsiya qalmaqalı təxribatını törədərək, polis və prokurorluq vasitəsilə hökuməti yıxmağa cəhd göstəriblər.

“Hizmet”-in lideri, bu ittihamların hamısını kəskin şəkildə rədd edir.Türkiyədə baş verən 15 iyul hadisələrinin yekununda Gülən bəyan edib ki, çevrilişin hazırlanmasında ittiham olunmaq, həyatında hərbçilərin təqibindən uzun müddət əziyyət çəkmiş bir insan kimi, onun təhqir edilməsi deməkdir.

“Maariv”qəzeti.

-Polisin hərbi çevrilişiin önünü ala bilməyəcək gücdə olmasından fərqli olaraq,Türkiyə vətəndaşları bunun öhdəsindən gəlməyi bacardı. Qiyamçıların Ankaradakı televiziya mərkəzini ələ keçirmələrinə baxmayaraq, Ərdoğan efirə çıxmağı bacararaq, birbaşa ölkə vətəndaşlarını demokratik hökumətin devirilməsinə imkan verməməyə çağırıb.
Ərdoğanın çıxışı və məscidlərdən edilən müraciətlər hesabına, hərbi çevrilişin çoxsaylı əleyhdarları küçələrə axışaraq, qiyamçılara qarşı ən qətiyyətli formada etiraz göstəriblər. Onlar əsgərləri, qiyamçılarla hökumət tərəfdarları arasında qarşıdurma yaşanmış “Atatürk”aeroportundan və İstanbuldakı Taksim meydanından geri çəkilməyə məcbur etdilər. Çevriliş yatırıldıqdan sonra, Ərdoğan yenidən vətəndaşlara müraciət edərək, hökumətə dəstək göstərdikləri üçün onlara minnətdarlığını bildirib. Qeyd edib ki,xalq düşmənlərlə mübarizə aparmağa hazır olanadək, o təslim olmayacaq. Ərdoğan həmçinin Fətullah Güləni qiyamın təşkilində ittiham edib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Şoyqu həbs edilən müavinini vəzifəsindən uzaqlaşdırıb

Ən çox oxunanalar