Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Həyat yoldaşım qərarımı bilir...“


PİA.AZ ANS telekanalının ən məşhur simalarından olan “Uşaqdan böyüyə” layihəsinin rəhbəri və aparıcısı İrəm Nəbiyeva Publika.az-a olan müsahibəsini təqdim edir


- “Uşaqdan böyüyə” layihəsi çox uğurlu oldu. Həm bu sahədə boşluq vardı, həm də layihə özü maraqlıdır...

- Elədir. Veriliş uğurlu alındı. 2010-cu ildən efirə gedən verilişin aparıcısıyam. Artıq yubileyimiz də olub. 5-ci ildir ki, layihə uğurla davam edir.
 
- Necə oldu belə bir veriliş yaratmağı düşündünüz?

- Mən həm yerli, həm də əcnəbi telekanalları izləməyi xoşlayıram. Özüm də aparıcıyam. Maraqlı olan şeylərə baxmaq lazımdır. Türkiyədən Bergüzar Korelin təqdimatında uşaq verilişini gördüm. Aktrisa həmin vaxt hamilə idi. Mənə çox maraqlı gəldi. Fikirləşdim ki, niyə Azərbaycanda belə bir veriliş olmasın?! Və beləliklə, “İrəmlə uşaqdan böyüyə” verilişi yarandı. Koreldən fərqli olaraq, mən əvvəl verilişi yaratdım, daha sonra ailə qurdum. Ana olaraq aparıcılıq etməyim isə Rəbbimizdən asılıdır. İnşallah, mən də ana olaram.
 
- Daim çoxbilmiş uşaqlarla birlikdəsiniz. Bu, sizi yormur?

- Nə danışırsınız? Uşaqlarla birlikdə olmaq məni sadəcə xoşbəxt edir. Axı bu qədər uşağın cəmi bircə İrəm bacısı var (gülür).
 
- Kişilər bəzən xanımının televiziyada mütəmadi görünməsinin əleyhinə olur. Sizin yoldaşınız televiziyada çalışmağınıza necə baxır?

- Həyat  yoldaşım Cenk işini hələ ki Ankarada davam etdirir. Biz ailə qurmazdan öncə Cenk bilirdi ki, mən uşaqlarla bağlı televiziya verilişinin aparıcısıyam. Cenk ilə tanış olanda mən ona “abi”, yəni qardaş deyə müraciət edirdim. Nə vaxtsa ailə quracağımızı təsəvvür belə edə bilməzdim.
 
- Bəs harada yaşayırsınız, Azərbaycanda, yoxsa Türkiyədə?

- Mən Azərbaycanda yaşayıram. Ayda ən azı 1-2 dəfə Türkiyəyə gedib-gəlirəm. Mən gedə bilməyəndə Cenk Bakıya gəlir.
 
- Bəs nə vaxta qədər belə olacaq? Çətin olmur?

- Bu çətinliklər müvəqqətidir. İşlə bağlı olan məsələlərdir.
 
- Bəs günlərin birində karyeranızla həyat yoldaşınız arasında bir seçim etmək məcburiyyətində qalsanız, hansını seçəcəksiniz?

- Cenk seçim etməyimi istəməz. Çünki qərarımı bilir... (gülür)
 
- Özünüzü başqa bir layihədə də sınamaq istərdiniz?

- İstənilən layihənin öhdəsindən uğurla gələrəm! Mənə olan güvəni doğrultmağı sevirəm! Ən əsası, gördüyüm işə sevərək sarılmaq və tamaşaçıya hörmətlə yanaşmağı  üstün tuturam. Səni var edən tamaşaçıdır, ay özünə “aparıcı” deyən bəzi özünü  bəyənmişlər! Evində ailənə olan sevgini və sayğını efirdən də tamaşaçıya göstərmək lazımdır!

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Azərbaycan Kuboku: "Qarabağ" cavab matçında da "Neftçi"yə qalib gələrək finala yüksəlib

Ən çox oxunanalar