Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Heydər Əliyev sübut etdi ki, o, doğrudan da, Azərbaycanda olmalı idi”


"O zaman 20 yanvar hadisəsinə faktiki olaraq siyasi qiymət verilməmişdi. Rusiya mətbuatında qeyd olunurdu ki, guya bir qrup ekstremist Bakıda yaşayan ermənilərə divan tutmaq istəyirmiş, Sovet ordusu da gəlib onları xilas edib, Bakıdakı ekstremistləri də dağıdıb. Bu belə dəyərləndirilirdi. Amma faktiki olaraq biz hadisələrin əhatə dairəsini, Bakıda baş verənlərin mahiyyətini yaxşı bilirdik. Əlbəttə, həqiqəti yalnız Qərb mətbuatından aldığımız məlumatlar əsasında müəyyən edir, Heydər Əliyevin proseslərə münasibətindən öyrənirdik”


APA-nın məlumatına görə, bunu Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov "Birinci mətbuat konfransının tarixi” sənədli filmində bildirir.
 
"Moskvada bir qrup hazırlanmış adam Heydər Əliyevin keçirdiyi mətbuat konfransı zamanı ona söz deyəndə biz tələbələr həmin o adamlara qarşı ciddi etiraz etmək istədik. Amma Heydər Əliyev bizi sakitləşdirdi, dedi ki, dəyməyin, işiniz olmasın. Gülümsəyərək üzünü zala tutub dedi ki, mən 20 yanvar faciəsinə qiymətimi verirəm. Kim bunu necə dəyərləndirir, özü bilər. Burada verilən suallara da mən cavab verirəm. Heydər Əliyevin topu-tüfəngi, ordusu yox idi. Onun səlahiyyəti, hakimiyyəti yox idi ki, bu hadisəni, vəhşiliyi törədənlərə qarşı tədbir görsün. Onun bir səsi, iradəsi və milli ruhu var idi. O, milli əhval-ruhiyə, milli iradəyə arxalanaraq insanlara sözünü çatdırdı, hadisələrə qiymət verdi. Faktiki olaraq Azərbaycan xalqının kortəbii anti-Moskva hərəkatına bir sistemlilik gətirdi. Onun düşünülmüş fəaliyyəti milli azadlıq hərəkatını hədəfləri bəlli olan bir hərəkata çevirdi. Bu onun tarixi xidmətidir və onun adına həkk olunmuş xidməti biz hər zaman xatırlayacağıq”, - deyə Əli Həsənov filmdə bildirir.
 
PA rəsmisi vurğulayır ki, 1990-cı ildə təqiblər başlayandan sonra Heydər Əliyev Bakıya gələndə onu müşayiət edən iki adamdan biri olub: "Bilərəkdən Moskva Dövlət Universitetinin aspirantı kimi mən də onu Bakıya və buradakı təqiblərdən sonra Naxçıvana qədər müşayiət etmişəm. Faktiki olaraq Heydər Əliyevin proqramında, niyyətində, məqsədində yenidən siyasətə qayıdış yox idi. Heydər Əliyev ehtiyacdan Azərbaycanda hakimiyyətə gəldi və sübut etdi ki, o doğrudan da Azərbaycanda olmalı idi. Müstəqil Azərbaycan dövlətinin o çətin günlərində ona məhz belə bir müdrik, siyasətin bütün çalarlarını bilən adam lazım idi”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar