Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Hökumətdə manatla bağlı fikir ayrılığı mövcuddur”


İqtisadçıdan dolların kursu ilə bağlı


"Son günlər devalvasiya narahatçılığı yenə artıb. Gün ərzində bununla bağlı narahatdolu məktublar alırıq. İnsanları milli valyutanın taleyi maraqlandırır. Bu da təbiidir. Devalvasiya hamının mənafeyinə toxunur. Həm bankların, həm sahibkarların, həm də sadə vətəndaşların".

Strateq.az xəbər verir ki, bu sözləri iqtisadçı Samir Əliyev deyib.

Onun sözlərinə görə, hamını indi bir sual düşündürür: manatı nə gözləyir:

"Etiraf edim ki, bu sualı cavablandırmaq çox çətindir. Hətta hökumətin daxilində bununla bağlı qeyri-müəyyənlik mövcuddur. Ən azı maliyyə blokunda Mərkəz Bankla Maliyyə Naziriyi arasında həmişəki fikir ayrılığı qalmaqdadır.

Yayın əvvəlində sentyabra qədər kəskin məzənnə dəyişikliyinin olmayacağını qeyd etmişdim. Kəskin məzənnə dəyişikliyi baş vermədi. Doğrundan da yüksək tələbata rəğmən manat dollara münasibətdə dəyərini iyunda 3.3%, iyulda 3% itirdi. Yəqin ki avqust ayında da ucuzlaşma həmin səviyyədə olacaq. Halbuki mayda manat 1,1% bahalaşa bilmişdi. Bu 3 ay ərzində yumşaq devalvasiyanın şahidi olduq. Manat bu müddətdə dəyərini 9% itirdi. Iyun ayından başlayaraq valyuta hərraclarında tələb təklifi 10-12 dəfə üstələməsi manatın məzənəsində təsirini göstərdi. Hətta neftin bahalaşması manatı xilas edə bimədi. Tələbatın yüksək olmasının səbəbləri çoxdur: idxalın artması, bankların borc öhdəliklərini yerinə yetirməsi, bağlanan bankların qaytarılan əmanətlərinin dollarlaşması, turizm mövsümü və s. Qısası banklarda dollar qıtlığı var. Bankdan kənar dollarlar ya ölü kapital kimi yatır, ya da kapital şəklində ölkəni tərk edir".

Ekspert bildirir ki, sentyabrdan başlayaraq yeni şərait yaranır. Ancaq təəssüf ki, manatın sabitliyi təmin edəcək şərait yoxdur. Hətta Mərkəzi Bank valyuta hərracına 600 milyon dollar çıxarıb bankların tələbatını tam ödəsə belə, zəmanət yoxdur ki, növbəti hərracda yeni tələbat yaranmayacaq:

"Səbəb sadədir. Ölkədən rəsmi və qeyri-rəsmi şəkildə kapital axını mövcuddur. Ölkəyə isə həmişəkindən dəfələrlə az dollar gəlir. Ölkəyə valyuta gətirən kanallardan ancaq biri – Neft Fondu işləyir. Mərkəzi Bank xeyli vaxtdır bazarda iştirak etmir və hələki azalmış ehtiyatlarını qoruyur. Digər kanal olan SOCAR-ın başı öz problemlərinə qarışıb.92 markalı benzinin idxalı SOCAR-a ayda təxminən 40 milyon dollara başa gələcək və istisna deyil ki, həmin vəsait bazardan götürüləcək. Ona görə də əsas yük Neft Fondunun üzərinə düşür. Fond 2016-cı ildə 3,2 milyardlıq dollar satıb və hələki onun üçün nəzərə tutulan normadan artıq dollar satmaq niyyətində deyil. Mərkəzi Bank təxminən 800 milyonluq dollar satıb və ehtiyatlarının 4 milyarddan aşağı düşməsinə imkan verməyəcək".

Samir Əliyevin sözlərinə görə, qeyri-neft ixracına da bel bağlamaq olmaz. İlin 7 ayında xarici ticarət dövriyyəsində 167 mln 466 min dollarlıq mənfi saldo yaranıb. 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə qeyri-neft ixracında 30% azalma var. Belə vəziyyətdə tədiyyə balansında da mənfi saldonun olması şübhəsizdir:

"Neftin qiyməti isə 45-50 dollarlıq həddə qərarlaşıb və ciddi bahalaşma gözlənilmir. FED isə bu il 3 iclas keçirəcək və getdikcə ehtimalın azalmasına rəğmən, bir dəfə uçot dərəcəsini artırmaq güman olunur. Deməli, manata qüvvət verəcək daxili və xarici amillər hələki baş vermir. Ona görə də proqnozlar əsasən manatın necə və hansı həddə qədər ucuzlaşa biləcəyi üzərində qurula bilər. manatın bahalaşması üçün şərait yoxdur.

Bayaq qeyd etdiyimiz kimi, hazırda hökumətin daxilində manatın məzənnəsinə münasibətdə fikir ayrılığı mövcuddur. Bir tərəf yumşaq, digər tərəfsə kəskin devalvasiyaya maraqlıdır. Hələki birincilər prosesi nəzarətdə saxlayır. Ona görə də gözlənilməz hal (neftin kəskin ucuzlaşması, siyasi gərginlik, maliyyə panikası) olmazsa, ilin sonuna doğru manat dollara münasibətdə rəsmi məzənnəsi tədricən ucuzlaşacaq və ən azı 1.80 səviyyəsinə düşəcək. Əgər əvvəlki devalvasiyada olduğu kimi ikincilər təşəbbüsü ələ alsalar (büdcə icrasında problemlər səbəbindən), onda manat ucuzlaşması daha kəskin ola bilər. Hər bir halda yumşaq devalvasiya siyasəti davam etdirilməlidir. Çünki kəskin devalvasiyanın acı nəticələri hələ də aradan qalxmayıb".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar