Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Hüquq-mühafizə orqanlarına müraciət etməyi düşünürük”


İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri, iqtisadçı alim Vüqar Bayramov musavat.com-a onu ölümlə təhdid edən Rusiyanın radikal “Pleskov Slavik Qrupu” barəsində danışıb


V. Bayramov bildirib ki, məsələ kifayət qədər ciddidir: 

“Nəzərə alsaq ki, söhbət kifayət qədər radikal və eyni zamanda millətçi qrupun çağırışından gedir, o zaman məsələ ciddidir. “Pleskov Slavik Qrupu” Rusiyada ən radikal millətçi qruplardan biridir. Onlar praktik olaraq bu kimi radikal çağırış və addımları ilə məşhurdurlar. Bizimlə bağlı hesabat ingilis, rus dillərində dünyanın müxtəlif ölkələrinə yayılıb. Həmin radikal qrupun da bir sıra ölkələrdə tərəfdarları var. Xüsusilə, onların tərəfdarları MDB ölkələrində daha çoxdur. Həmçinin, Avropa və Asiya ölkələrində də bu qruplaşmanın tərəfdarlarının olduğu güman olunur. İndiki məqamda biz, proseslərin daha çox necə dəyişəcəyini gözləyirik. Əgər problem dərinləşərsə, mərkəzimizə və eyni zamanda mənə qarşı hədələr artarsa, o zaman Azərbaycan dövlətinə, hüquq-mühafizə orqanlarına müraciət edəcəyik. Baxmayaraq ki, həmin qrupun üzvləri Rusiyada yaşayırlar, güman edirəm ki, hüquq-mühafizə orqanlarımız bizə yardımcı olacaqlar”.

V.Bayramov bildirib ki, burada konkret olaraq söhbət bir şəxsin zəhərlənməsi ilə bağlı çağırışdan gedir: “Bu çağırış isə elektron formada bütün dünyaya yayılırsa, məsələyə heç də sadə yanaşa bilmərik. Eyni zamanda həm də bizim mərkəzin adını yahudi şəbəkəsi ilə  bağlayaraq, hədəfə alıblar. Sanki arqument bundan ibarətdir ki, əgər, Azərbaycanda güclü beyin mərkəzi varsa bu, Azərbaycana tərəf idarə edilə bilməz. Bu məsələ həm də Azərbaycanın intelektual fikrinə qarşı hörmətsizlikdir. Bir daha qeyd edirəm ki, söhbət çox radikal çağırışdan gedir. Bu istiqamət üzrə bir sıra dövlət orqanları və eləcə də konkret olaraq, hüquq-mühafizə orqanları ilə məsləhətləşmələr aparmağı düşünürük”.

Qeyd edək ki, Rusiyanın radikal “Pleskov Slavik Qrupu” İqtisadi və Sosial İnkişaf Mərkəzini yəhudilərin yaratdığı mərkəz adlandıraraq, onun sədrini zəhərləməyə çağırıb. 

Bu qrupun son hesabatında yazılıb: “CESD-nin sədri Vaşinqton Universitetinin məzunu, Amerika şinelindən çıxmış Vüqar Bayramov səciyyəvi Xəzər yəhudisidir. Əgər, onunla yemək yesəniz, sadəcə, onu zəhərləyin”.(musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Ən çox oxunanalar