Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“İŞİD Qafqaza yönələ bilər”



Bazar günü Milli Şuranın “Məhsul” stadionunda keçirdiyi aksiyada bir neçə nəfərin İŞİD-in bayrağını qaldırması aksiyanın əsas hadisəsinə çevrildi


 Dünyanın əsas probleminə çevrilən radikal islamçı qruplaşmanın bayrağının Bakıda siyasi müxalifətin aksiyasında qaldırılması birmənalı qarşılanmadı. Bu olayın təxribat olması versiyası irəli sürüldü.

Bayraq qaldıranların həbs olunmaması, polisə tutulub təhvil verildikdən sonra bölmədə izahatı alınaraq buraxılması şübhələri artırıb. Hüquqşünas Müzəffər Baxışov “Yeni Müsavat”a bildirib ki, İŞİD dünyada düşmənçilik yaratdığını və terror təşkilatı olduğu üçün onun bayrağının kütləvi aksiyada qaldırılması qanunla qadağandır: “Hər hansı milli, irqi, dini ayrı-seçkiliyi yaradan bayraqların mitinqdə qaldırılması qadağandır”. Onun sözlərinə görə, nifaq salmaq niyyəti ilə bayraq qaldırılması sübuta yetirilsə, Cinayət Məcəlləsinin 283.1 və eləcə də mütəşəkkil dəstə ilə əlbir olaraq bayrağı qaldırıbsa, 283.2 maddəsi ilə istintaq aparıla və ağırlaşdırıcı hal kimi qeyd oluna bilər. Əgər şəxsin əməli sübuta yetirilərsə, 3 ildən 5 ilədək azadlıqdan məhrumetmə nəzərdə tutulur. 

Ancaq bu hadisənin daha bir maraqlı tərəfi də bayrağı qaldıranlardan birinin yerli sələfi liderlərindən olan Qamət Süleymanovun qaynı olmasıdır. Doğrudanmı, Bakıda müxalifətin aksiyalarına gedərək İŞİD-in bayrağını qaldıracaq insanlar var? Bu hadisənin necə baş verdiyi ehtimallarını bir kənara qoysaq, faktın özü ciddi narahatlıq üçün əsas yaradır. Çünki Suriyada savaş başlayandan bu yana yüzlərlə azərbaycanlı ölkəni tərk edərək  radikal dinçi qruplaşmalara qoşulub. Bəzi məlumatlarda onların sayının 400 nəfərdən çox olduğu qeyd edilir. Dəqiq statistika məlum olmasa da, tez-tez gələn ölüm xəbəri (sonuncusu dünən gəldi - K.) Yaxın Şərqdəki münaqişələrdə azərbaycanlıların olduğunu təsdiqləyir. Ötən ay isə təhlükəsizlik orqanları 26 nəfəri radikal dini qruplara, əsasən də İŞİD-ə qoşulanlar olmaqla həbs edib. Belə görünür təhlükə artıq Bakıya da çatır. 

Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl müxalifətin keçirdiyi aksiyada İŞİD bayrağının qaldırılmasını şübhəli sayır. Onun fikrincə, hər hansı İŞİD üzvü Azərbaycanda özbaşına bayraq qaldıra bilməzdi: “İŞİD-in özünün qaydaları var. Onlar harada, nə zaman, hansı addımı atacaqlarını, belə desək, ciddi şəkildə planlaşdırırlar. Bəri başdan haradasa mövcud olmağa hazırlaşırlarsa, orda özlərini nümayiş etdirib hədəfə çevirmirlər. Biz hamımız bilirik ki, o mitinqdə İŞİD bayrağı qaldıran adamlar tutulmayıb, polisdən buraxılıblar. O bayrağın haradan gətirildiyini, necə qaldırıldığını, harada istehsal olunduğunu belə hüquq-mühafizə orqanları bir günün içində araşdırıb üzə çıxara bilərlər. Bu, olduqca şübhəli məqamdır və təxribat ehtimalı olduqca çoxdur. Düşünürəm ki, bu bayraq İŞİD tərəfdən deyil, hansısa siyasi maraqlara hesablanmış şübhəli və ucuz bir təxribat olub”.

İlham İsmayıla görə, Azərbaycana İŞİD təhlükəsi hər zaman olub, indi daha güclüdür: “Diqqət etdinizsə, Rusiya müdafiə naziri Bakıya səfəri zamanı İŞİD təhlükəsindən danışdı. Sergey Şoyqu dedi ki, İŞİD-ə qarşı mübarizədə birgə hərəkət edəcəklər. Çünki bilirlər ki, Şimali Qafqazda fəaliyyət göstərən radikal islamçı qruplar əsasən Azərbaycan ərazisindən istifadə edirlər. Görünür ki, Rusiya kəşfiyyatında məlumat var ki, perspektivdə İŞİD Şimali Qafqaza yönələ bilər. Yəni artıq böyük güclər İŞİD-dən Rusiyaya qarşı istifadə edə bilərlər. Buna da ciddi əsaslar mövcuddur. Çünki Şimali Qafqaz zaman-zaman radikal qruplar tərəfindən idarə olunub, indi də bu qrupların təsiri qalır orda. Onları tamamilə silə bilməyiblər”.

İ.İsmayılın fikrincə, bir qədər əvvəl xüsusi xidmət orqanlarının həbs elədiyi 26 nəfər görünənlərdir: “Gör indi nə qədər görünməyən, üzdə olmayan simpatizanlar var. Təbii ki, Azərbaycanda vəziyyət İraqda, Suriyada, ya da Pakistanda və Əfqanıstanda olduğu kimi deyil. Ancaq o da var ki, başlı-başına buraxılsa, arxayınlaşsaq, bu tendensiya həddindən artıq sürətlə yayıla bilər. Din həssas sahədir. Hər kim İŞİD-i deyil, İslamı fikirləşir. İŞİD onsuz da özünü gözdən salıb. Burda bir İslamı gözdən salma projesi də var. Xüsusi qəddarlıq səhnələrinin sosial şəbəkələrdə, mediada yayılması dinə qarşı olduqca böyük antipatiya yaradıb. Bu mənada bu qruplaşmanın Azərbaycanda fəaliyyət göstərməsi real görünməsə də, təhlükəni tamamilə inkar etmək olmaz. Hətta SSRİ kimi ateist dövlətdə, dinin qadağan olunduğu, sərhədlərin bağlı olduğu şəraitdə dini mövzu xüsusi xidmət orqanlarının fəaliyyətində aparıcı yer tuturdu. Bundan ötrü xüsusi şöbə də vardı. Çünki din insanların həssas yeridir. SSRİ hökuməti də buna ciddi yanaşırdı”.(musavat)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Şoyqu həbs edilən müavinini vəzifəsindən uzaqlaşdırıb

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar - Yenilənib

Ən çox oxunanalar