Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“İŞİD Qafqazı qan gölünə döndərəcək”

Bu gün Azərbaycan üçün əsas təhlükəni Transxəzər qaz kəməri problemi təşkil edir


Ans press-in məlumatına görə, bu barədə Rusiya Yaxın Şərq İnstitutunun prezidentiYevgeni Satanovski Tiflisdə beynəlxalq mediaforumda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, bu gün qətərli “kolleqaların” köməyi ilə TAPİ (Türkmənistan-Əfqanıstan – Pakistan-Hindistan) boru kəməri döyüşçülər tərəfindən kəsilmiş və həmçinin Türkmənistanın cənub sərhədi də zərbə altında qalıb.“Öz növbəsində, Türkmənistan prezidenti xeyli vaxtdır Qərbin qaydaları üzrə oynayaraq, qazı Xəzər vasitəsilə Azərbaycanda tikilmiş borularla Türkiyə ərazisindən Avropa bazarına keçirməyə çalışır. Bu ancaq Azərbaycana lazım deyil, bir halda ki, onun öz qazı var və onu Avropaya ixrac edir”, – deyə Satanovski qeyd edib.

Onun iddiasına görə, Bakı Türkmənistan və Qərbin fikirlərinin bütün təhlükəliliyini anlayaraq buna mane olmağa çalışır. “Bu, müəyyən dərəcədə Xəzəryanı respublikada vəziyyətin sabitliyinin pozulması təhlükəsini yaradır”, – deyə Satanovski bildirib.

Bütovlükdə, Yaxın Şərqdən yayılan terrorizm fonunda Cənubi Qafqazda yaranmış təhlükə barədə danışan Satanovski vurğulayıb ki, əsas təhlükə Suriyada İŞİD sıralarında vuruşan döyüşçülərin mümkün geri axınından ibarətdir. Bu, xüsusilə Gürcüstan üçün təhlükəlidir.

Bir müddət əvvəl də Rusiya Yaxın Şərq İnstitutunun direktoru Yevgeni Satanovski İŞİD-ə qoşulan qafqazlı terrorçuların bölgə üçün ciddi təhlükə olduğunu açıqlamışdı. Koalisiya qüvvələrinin İŞİD-ə qalib gəldikdən sonra terrorçuların vətənlərinə dönəcəyini deyən politoloq əsas prosesin bundan sonra başlayacağını bildirib: “Geri qayıdan terrorçular Qafqazı qan gölünə döndərəcəklər. Mən buna əminəm”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Ən çox oxunanalar