Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“İcra hakimiyyətlərinin bəzi səlahiyyətləri bələdiyyələrə verilməlidir“


Azərbaycanda dördüncü dəfə bələdiyyə seçkilərinin keçirilməsinə baxmayaraq, insanların yerli özünüidarəetmə orqanlarının fəaliyyətindən ətraflı məlumatı yoxdur


Təbii ki, bələdiyyə sisteminin Azərbaycanda özünü doğrulda bilməməsinin müxtəlif səbəbləri var. 

Ən başlıca səbəb isə icra hakimiyyətlərinin bəzi səlahiyyətlərinin bələdiyyələrə verilməməsidir. Bu məsələ tez-tez gündəmə gəlsə də, həll olunmur.

Ona görə də bələdiyyə sistemi yerlərdə insanların etimadını qazana bilməyib. Milli Məclisin deputatı Zahid Oruc da modern.az-a açıqlamasında bu sistemin özünü yerli idarəetmə orqanı kimi doğrulda bilməməsinin səbəblərini açıqlayıb. “Şübhəsiz ki,  bələdiyyə qurumları yerli özünüidarə sistemini bərqərar etmək məqsədilə formalaşdırıldı.

Bu, əhalinin idarəçilik prosesinə daha yaxından qoşulması idi. Hesab edirəm ki, ötən müddətdə bələdiyyə qurumlarının fəaliyyəti üçün müəyyən hüquqi baza yaradılsa da, bunları ən yüksək səviyyəyə çatdıra bilməmişik. Odur ki, ictimai rəydə bələdiyyələrə maraq sıfır səviyyəsinə enib. Bundan sonrakı dövrdə bu qurumun işlək bir mexanizmə çevrilməsi, cəmiyyətin real problemlərinə müdaxilə imkanlarının formalaşması, büdcədən asılı deyil”.

  Zahid Oruc deyib ki, icra hakimiyyətlərinin bəzi səlahiyyətləri yerli özünüidarəetmə orqanlarına həvalə olunmalıdır ki, bu qurum özünü cəmiyyətdə doğrulda bilsin.  
“Öz-özünə maliyyə vəsaitləri qazanan və əhalinin müxtəlif yerli problemlərinə yardımçı ola bilən bir statusa yiyələnməsi üçün həqiqətən müxtəlif mülk, əmlak vergiləri və sairə məsələlər bələdiyyə qurumlarına verilməlidir. Əks halda, nominal qurum kimi qalacaq və ona etibar olmayacaq. Bir çoxları onu, sadəcə icra qurumlarının əlavəsi sayacaq. Halbuki, güclü bələdiyyə institutları  vətəndaş cəmiyyətinin xeyrinə olmaqla yanaşı, həm də dövləti müxtəlif yükdən azad etmək üçün lazımlıdır. Eyni zamanda, bu, kollegiol orqandır. Konkret bir nəfərdən asılı deyil. Təyinatlı struktur sayılmır. Hesab edirəm ki, bələdiyyə seçkilərinin çox güclü rəqabət şəraitində keçirilməməsinin səbəblərindən biri də dediyiniz məsələlərdir. Vətəndaş böyük səlahiyyətlərlə özünü gerçəkləşdirə biləcəyinə əmin deyil”.

Deputat bundan sonra bələdiyyələrə əlavə səlahiyyətlərin veriləcəyini də istisna etmir: “Parlamentdə bələdiyyələrin statusu ilə bağlı müəyyən addımlar atılacaq. Eyni zamanda, büdcə müzakirələri zamanı maliyyə naziri Samir Şərifov da bəyan etdi ki,  bir sıra vergi ödənişlərinin yığılmasında bələdiyyələrə əlavə səlahiyyətlər veriləcək. Bütün bu işlər görülməlidir ki, onlar real bir vəziyyətdə əhalinin problemlərinin həllinə yardımçı ola bilsinlər”.  

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar