Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“İctimai rəy məcbur edir ki, TV-lər başqa cür davransın”


“İctimai qınaq, ictimai rəy məcbur edir ki, televiziyalar başqa cür davransın”


Bu sözləri Axar.az-a media eksperti Zeynal Məmmədli 11 şəhid verdiyimiz halda televiziyalarda konsert proqramlarının verilməsi məsələsini şərh edərkən söyləyib.
 
O, televiziyaların konsert proqramlarını dayandırmağın yerinə xəbər verməyə can atmalarının vacib olduğunu bildirib:
 
“Bu tipli məlumatlarda heç nə dəqiqləşməyibsə, televiziyanın yayım cədvəlində dəyişiklik eləməsi sadə məsələ deyil. Televiziyalardan ummaq lazım deyil ki, onlar niyə konsert verir. Əsas istənilməli şey onların bacardıqları qədər xəbər verməyə can atmaları olmalıdır. Önəmli olan budur. Televiziyalarda başqa proqramların getməyinin məsələyə nə dəxli var. Ortalıqda real itki yoxdur. Əsgərlərin həlak olmaları ilə bağlı bir neçə xəbər var. Durub bu dəqiqə bütün televiziyalardan əyləncəli verilişlərini dayandırmasını tələb edə bilmərik. Məsələn, Türkiyəni götürək. Onların, demək olar ki, şəhid vermədikləri gün yoxdur. Bunun üçün onlar xəbərlərdə məlumat verirlər, müxtəlif proqramlarda məsələni diqqətdə saxlayırlar. Əgər televiziyalar hiss eləsələr ki, onların bu cür davranmağı onların gəlirini azaldır, o zaman onlar heç vaxt konsert proqramını verməyəcəklər. Ona görə də ictimai qınaq, ictimai rəy məcbur edir ki, televiziyalar başqa cür davransın. Amma başqa cür davranmasa, əhali də bunu normal qarşılayırsa, bu halda buna nə şərh vermək olar?!” 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ən çox oxunanalar