Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“İhlas“ Holdinqin icraçı direktoru FETÖ-yə dəstəyə görə tutulub


Anadolu prokurorluğunun FETÖ-yə (Fətullahçı Terror Təşkilatı) maddi dəstəklə bağlı apardığı araşdırma zamanı daha bir neçə nəfər həbs edilib


Tutulanlar arasında "İhlas" Holdinqin icraçı direktoru Cahit Paksoyun da olduğu 18 nəfər var.

Virtualaz.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, tutulanlar "terror təşkilatına üzv olmaq", "terror təşkilatını maliyyə yardımı ilə təmin etmək" və digər maddələrlə təqsirli bilinirlər. Məlumatda bildirilir ki, ötən günlərdə 17 şübhəli həbs olunmuş, 46 nəfər sərbəst buraxılmışdı. İstintaq gedən ərəfədə isə şübhəli bilinərək tutulanların sayı 35 nəfərə çatıb və 60 nəfər sərbəst buraxılıb. Onların aralarında “Fi Yapı” şirkəti İdarə Heyətinin sədri Fikrət İnanın da olduğu 7 şübhəlinin tutulması üçün əməliyyatlar davam etdirilir.

"İhlas" Holdinq tərəfindən bir müddət öncə verilən açıqlamada Paksoyun yerinə başqa bir şəxsin icraçı direktor təyin ediləcəyi bildirilmişdi. Cahit Paksoy Akfa Holdinq istintaqı zamanı nəzarətə alınmışdı.

Qeyd edək ki, AKFA Holdinq və holdinqə bağlı 44 şirkətin 120 əməkdaşı FETÖ-yə yardımda şübhəli bilinir, 102 əməkdaş isə nəzarətə götürülüb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

İlham Əliyevdən Şuşa şəhəri ilə bağlı sərəncam    

Ən çox oxunanalar