Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“İlham Əliyev postsovet məkanında ən bilikli prezidentdir“


Keçən həftə Avropa İttifaqı - Azərbaycan Parlament Əməkdaşlığı Komitəsinin nümayəndə heyəti Bakıda səfərdə olub. Azərbaycan Prezidenti İlham Əliyev Avropa Birliyinin nümayəndə heyətini qəbul edib və konstruktiv danışığın gedişatında Avropa Parlamentinin ölkəmiz barəsində iki il əvvəl qəbul etmiş olduğu qərəzli qətnaməni kəskin tənqid edib


Azərbaycan dövlət başçısının tənqidi qonaqlar tərəfindən necə qarşılanıb?

 Haqqin.az və virtualaz.org saytlarının müxbiri Əkbər Həsənov bu və digər suallarla nümayəndə heyətinin tərkibində Bakıda olmuş qonaqlardan biri- Avropa Parlamentinin Latviyadan olan deputatı, bu strukturda sosial-demokrat fraksiyasının nümayəndəsi, xarici işlər üzrə komitənin üzvü, eyni zamanda Avronest Parlament Məclisinin deputatını əvəz edən Andrey Mamıkinə müraciət edib.

Virtualaz.org-un məlumatına görə, A.Mamıkin bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevlə görüş onlarda böyük təəssürat yaradıb: “Prezident Əliyev dildən-dilə asan keçir, əla biliyə, çox geniş dünyagörüşünə malikdir. Düşünürəm ki, İlham Əliyevi bütün postsovet məkanında ən bilikli prezident adlandırmaq olar. Formal nöqteyi-nəzərdən onunla bizim görüşümüz məhz belə keçdi. Amma danışığa gəlincə, biz faktiki olaraq Avropa Parlamentinin iki il əvvəlki başıbəlalı qətnaməsini müzakirə etdik və deyə bilmərəm ki, bu mənim həyatımda ən yüngül danışıq idi”.

“Siz onunla razısınızmı ki, Avropa Parlamentinin həmin qətnaməsində Azərbaycanın ünvanına deyilən tənqidlər haqsız idi” sualına cavabında A.Mamıkin bildirb ki, indi qətnamənin qeyri-dəqiqliyinin faktoloji dərininə getmək istəməzdi: “Hansıları ki, yeri gəlmişkən, Prezident Əliyev də xatırlatdı. O, qətnamənin yalnız dörd bəndini oxudu və hər birində də böhtan faktlarını qeyd etdi. Başqa məqam- məhz ədalət haqqında demək istəyirəm. Qətnamənin tonu özü haqsız idi - lovğa, dikbaş, “tərbiyəçi”. Yolverilməz və qəbulolunmaz ton. Avropa Parlamenti bəlkə də bu qətnamə ilə Azərbaycan hakimiyyətini tənqid etmək istəyirdi, amma bütün xalqa tüpürdü. Bu yolverilməzdir…”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paşinyan bu dəfə Azərbaycanı deyil, Türkiyəni hədəf aldı...

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Azərbaycanda pensiyaçıların sayı 2026-cı ilə qədər azalacaq

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Ən çox oxunanalar