Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“İlham Əliyevlə mübarizənin həlledici mərhələsi başlayır“


Müsavat başqanı İsa Qəmbər www.musavat.org.az saytının idarəçisi Fərəc Kərimov tutulmasına münasibət bildirib


“Media forum” saytının məlumatına görə, İsa Qəmbər “Feysbuk” səhifəsində yazıb ki, müsavatçı gənc Fərəc Kərimovun həbsi hakim rejimlə demokratik qüvvələr arasında mübarizənin həlledici mərhələyə daxil olduğunu göstərir: “Biz haqq və ədalət, azadlıq və ləyaqət yolunda olduğumuz üçün qələbə bizimlə olacaq. Avtoritar rejimlərin məğlubiyyəti qaçılmazdır və Əliyev rejimi də məğlubiyyətə məhkumdur. Müsavatın, demokratik qüvvələrin, gənclərin qələbəsi labüddür və bu qələbənin qarşısını heç bir qüvvə ala bilməz. Kim nə deyir desin, özünüzə və yolumuza bir an belə şübhə etməyin, gənclər!”

Xatırladaq ki, iyulun 17-də Fərəc Kərimovun qardaşı Sirac Kərimovu Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tutublar. Onun cibindən narkotik maddə çıxarılıb. Sonradan evdə axtarış aparılıb və atalarına məxsus noutbuk götürülüb. Sirac Kərimov Cinayət Məcəlləsinin 234.4.3 maddəsi ilə ittiham edilir, işi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi aparır.

İyulun 23-də isə Fərəc Kərimov anasını müayinə üçün Bakı Sağlamlıq Mərkəzinə aparan zaman mülki geyimli şəxslər onu tutub. Axşam saatlarında bəlli olub ki, onu polis əməkdaşları narkotik ittihamı ilə saxlayıblar.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar