Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“İlhamın həbsində əlimin olduğunu yazırlar”


“Əgər İlham Mirzəyev həbsdə olmadığı vaxt bu barədə fikirlərimi soruşsaydınız, onda çox şey danışardım”.


PİA.AZ axar.az-a istinadən xəbər verir ki, bu sözləri “Adam içində” verilişinin aparıcısı, tele-jurnalist Elgiz Əkbər öz verilişinin 06.02.2014-ci il tarixli yayımında İlham Mirzəyev haqqında dediyi sözlərə münasibət bildirərkən dedi. 

E.Əkbər qeyd edir ki, mənim indi deyəcəyim bütün sözlər yıxılana balta vurmaq kimi başa düşüləcək: “Saytlar bu məsələdə bir qədər qabağa gedib İlhamın həbsində mənim əlimin olduğunu yazırlar. Bu, tamamilə yanlış fikirdir. İndi İlham haqqında deyəcəyim sözlər çox pis səslənər. Buna görə məni qınaya da bilərlər. Onsuz da yıxılana balta vuran çox olur. Mən də nələrsə danışsam çox ayıb olar”. 

Onun sözlərinə görə, aralarında yaranmış mübahisənin səbəbkarı İlham Mirzəyev özüdür: “Bu mübahisəni İlham Mirzəyevin özü başlayıb. O öz verilişində proqramım və mənim ünvanıma atmacalar atmışdı. Mən də öz proqramımda onunla bağlı fikirlər səsləndirdim. Ancaq mən onun haqqında danışsam da, adını çəkməmişəm. Bu hadisə olub fevral ayının 6-da. Üstündən nə qədər vaxt keçib. Ona qarşı irəli sürülən ittihamların mənimlə heç bir əlaqəsi yoxdur. Sabah Elgiz Əkbər də bir yanlışlığa yol versə, qanun qarşısında cavab verəcək. Onda da deyəcəklər ki, Elgiz Əkbəri İlham Mirzəyev həbs etdirdi. Bu absurddur”. 

Qeyd edək ki, ANS TV-dəki "Adam içində" verilişinin aparıcısı Elgiz Əkbər fevralın 6-da proqramında dələduzluq maddəsi ilə həbs edilən İlham Mirzəyev haqqında fikirlər səsləndirmişdi. Xatırladaq ki, İ. Mirzəyev aprelin 11-də saxlanılıb. Onun əməlləri ilə əlaqədar Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır. Bildirib ki, İ. Mirzəyev vətəndaşların çoxsaylı müraciətləri nəzərə alınaraq tutulub. 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Ən çox oxunanalar