Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“İndi Azərbaycanda demokratiya daha kamil təsisatdır”


“Azərbaycanın Konstitusiyasında insan hüquq və azadlıqları geniş təsbit edilmişdir. Lakin həyatımızda baş verən pozitiv dəyişikliklər, vətəndaşların iqtisadi, sosial və siyasi proseslərdə iştirak əmsalının əhəmiyyətli dərəcədə artması həyatımızın real parametrinə çevrilib”


“Report” xəbər verir ki, bunu Baş nazirin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov partiyanın rəsmi saytına müsahibəsində “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktı ilə bağlı məsələlərə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, son illərdə insanların ictimai həyatda iştirakçılığının artırılması yönündə ciddi addımlar atılmış, hüquq və azadlıqlar sferasının genişlənməsi və qorunması mexanizminin təkmilləşməsi daxili siyasətin prioritetlərindən biri kimi qəbul edilib: “Azərbaycanda insan hüquq və azadlıqları sistemi Avropa standartlarına daha çox uyğunlaşdırılmışdır. Bütün bu dəyişikliklərin Konstitusiyada əks olunması, hesab edirəm ki, tamamilə təbii və başadüşüləndir”.

Ə.Əhmədov qeyd edib ki, Konstitusiyaya dəyişikliklərin müəyyən hissəsi insanların iqtisadi hüquqları ilə əlaqədardır: “Azərbaycan azad iqtisadi münasibətlərin formalaşması və oturuşmuş sistemə çevrilməsi yolunda əhəmiyyətli məsafəni artıq qət etmişdir. İrəli sürülən təkliflər iqtisadi azadlıqlar sisteminin yeni inkişaf mexanizminə çevrilməsi niyyətini əks etdirir”.

YAP-ın Sədr müavininin sözlərinə görə, Azərbaycan demokratiyanın oturuşması yönündə iradəsini daim ortaya qoymuş, demokratiyanın təkmilləşməsi həmişə diqqət mərkəzində saxlanılmışdır: “İndi Azərbaycanda demokratiya Konstitusiyanın ümumxalq səsverməsi yolu ilə qəbul olunduğu 1995-ci illə müqayisədə daha kamil təsisatdır. Lakin unudulmamalıdır ki, demokratiyanın inkişaf tarixi onun fasiləsiz bir proses olduğunu sübuta yetirmişdir. Bu gün dünyanın ən demokratik ölkələri sayılan dövlətlərdə belə insan hüquq və azadlıqlarının daha da inkişaf etdirilməsi proses olaraq müşahidə olunmaqdadır. Konstitusiya Aktında passiv seçki hüququ üçün müəyyən edilmiş aşağı yaş həddinin aktiv seçki hüququ üçün təyin olunan yaş həddi ilə eyniləşdirilməsi məhz bu kontekstdə dəyərləndirilməlidir”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar