Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“İndi bunun üçün yaxşı imkanlar var” - Prezident


“Xorvatiya prezidentinin ölkəmizə səfəri böyük əhəmiyyət kəsb edir. Bir az əvvəl bizim ikitərəfli, regional və təhlükəsizlik məsələlərlə bağlı geniş fikir mübadiləsi aparmaq imkanımız oldu. Gördüyünüz kimi mövqelərimiz üst-üstə düşür”


APA-nın məlumatına görə, bunu bu gün Azərbaycan prezidenti İlham Əliyevin Xorvatiya prezidenti Kolinda Qrabar-Kitaroviç ilə geniş tərkibli görüşündə deyib. 

Dövlət başçısı bildirib ki, ikitərəfli əməkdaşlığı inkişaf etdirmək lazımdır: “İndi bunun üçün yaxşı imkanlar var. Bizim müxtəlif sahələrdə yaxın siyasi əlaqələrimiz var. Xorvatiya prezidentinin səfəri bunu bir daha nümayiş etdirir. Sabah biznes dairələrinin çox maraqlı toplantısı keçiriləcək. Biz ticarət mübadiləsinin səviyyəsini və investisiyaların necə artıra biləcəyimizə və digər imkanlara nəzər salmalıyıq”.
 
Prezident İlham Əliyev bildirib ki, enerji sahəsində əməkdaşlıq böyük əhəmiyyət kəsb edir: “Biz qrafik üzrə icra olunan Cənub Qaz Dəhlizində tərəfdaşıq. Bizim çox geniş gündəliyimiz var. Xorvatiyanın mühüm rol oynadığı Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlıq var. Bütün bu sahələrdə daha çox irəliləyiş görmək istəyirik. Düşünürəm ki, ölkələrimiz bir çox sahədə yaxın tərəfdaşlıq əlaqələri qurub. Biz xüsusən, ticarət, iqtisadi inkişaf, şirkətlər arasında əlaqələr sahəsində daha nələr edə biləcəyimizə nəzər salmalıyıq. Çünki siyasi əlaqələr çox yaxşıdır və bu səfərdən sonra daha da yaxşı olacaq. Mən əminəm ki, səfər çox uğurlu keçəcək və dostluq əlaqələrimizin inkişafında daha mühüm bir addım olacaq”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar