Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“İndi də məmurların “saxladıqları” qadınlar özbaşınalıq edir” - Deputat

"Məmurların özləri ilə bərabər, qohumlarının "saxladıqları" qadınların özbaşınalığı Azərbaycanda geniş yayılan anormal haldır”


Bunu millət vəkili Fazil Mustafa söyləyib.

O vurğulayıb ki, bu hərəkətlər qudurğanlıq və görməmişlik simptomlarının ortaya çıxardığı məqamlardır:

"Belə davranan insanların böyük əksəriyyəti sanki özlərinin yaxın adamlarına, qeyri-qanuni "saxladıqları" qadınlara kredit kartı veriblər ki, istənilən özbaşınalığı edə bilərlər. Bu hala ölkədə qanunun aliliyini təmin etməklə son qoymaq mümkündür. Hər hansı şəxs məmurun yaxınıdırsa, bu o demək deyil ki, onlar sadə insanlara sayğısızlıq etməlidirlər. Burada cəmiyyətin özü və medianın üzərinə böyük məsuliyyət düşür. Həmin məqamların dərhal ifşa olunması, açıq şəkildə insanlara çatdırılması vacibdir. Bu, qudurğanlığın yeni formasıdır. Konkret olaraq məmurun adı çəkilməlidir. Onsuz da, həmin məmurların özləri millətin üzərinə yük idi, indi isə onların saxladığı qadınlar, yaxın qohumları peyda olub. Cəmiyyətin bu vəziyyətə müqavimətindən çox şey asılıdır”.

Məmur qohumlarının özbaşınalıqlarının daha çox mediaya sızdığını diqqətə çatdıran deputat belə məqamların dərhal işıqlandırılmasının tərəfdarıdır:

"Polisə tabe olmayan, avtoşluq edən, vəzifəsini yerinə yetirən şəxsləri himayədarları ilə hədələyən insanlara ən yaxşı cavab ictimai qınaqdır. Yetərincə qınaq olsa, çoxları belə addımların fəsadlarını düşünər. Belə özbaşınalıqlara görə, kiminsə işdən çıxarılması, vəzifədən uzaqlaşdırılması ənənəsi bizdə yoxdur. Buna arxayın olanlar daha çox belə özbaşınalığa yol verir. Halbuki cəmiyyətin medianın qınağı yerində olsa, mənfi məqamlar azalar”.

Qeyd edək ki, son illərdə sosial şəbəkələrdə və mətbuatda məmur övladlarının, onların qohumlarının və xüsusilə sevgililərinin özbaşınalığı haqqında tənqidlər səsləndirilir. Bu şəxslərin mənfi münasibəti, özbaşına və tərbiyəsiz rəftarı ilə qarşılaşan sadə vətəndaşlar sosial şəbəkə hesablarında üzləşdikləri mənzərəni paylaşırlar."Sherg.az”

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

İcra başçısı keçirdiyi tenderdə oğlunu qalib elan etdi    

Ukrayna Prezidenti Rusiya ilə danışıqlara hazır olduğunu bildirib

Prezident İlham Əliyev Şirvan suvarma kanalının təməlini qoyub    

Avtomobilinizi sığorta edərkən diqqətli olun – Ən çox şikayət olunan şirkətlər

Səudiyyə Ərəbistanının İranın İsrailə hücumlarının qarşısının alınmasında iştirakı təkzib edilib - Yenilənib

Aktyor Azər Baxşəliyev: “Böyrək problemim var, donor tapılsa...” - Video

Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən baş redaktor və müxbir həbs edilib

İlkin Süleymanovun məhkəməsi dayandırıldı: Hakim dəyişdirilir

Tbilisidə aksiyaçıların bir qismi dağılışmağa başlayıb - Yenilənib

Ən çox oxunanalar