Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“İndiki partiya rəhbərliyinin nümayəndələri ağızlarına gələni danışır“


“Müsavat partiyasında narazılıqlar indi başlamayıb. Təfriqəçilik, bölücülük və ziddiyyətlərin kökü xeyli əvvələ gedib çıxır. İstefamın ilkin səbəbi əslində bunlarla bağlı idi”


PİA.AZ xəbər verir ki, bunu Azvision.az-a açıqlamasında Müsavat partiyasından istefa verən tanınmış həkim Adil Qeybulla deyib.

Bundan öncə də partiyadan istefa verən A.Qeybulla ikinci gedişinə görə Müsavat rəhbərliyini ittiham edib: “İlk dəfə istefamı cəmiyyət də, partiya yoldaşlarım da normal qarşılamadı və mən partiyaya qayıtmaq məcburiyyətində qaldım. Bəlkə də düzgün başa düşülməyə bilər, amma indi düşünürəm ki, mən onda düz qərar qəbul etmişdim. Çünki belə mənəvi mühitdə qalıb fəaliyyət göstərmək mümkün deyil. İndi də bəzi saytlara indiki partiya rəhbərliyinin nümayəndələri ağızlarına gələni danışır. 

Nemət Kərimli adlı biri var, o kosmik fiqur haradan peyda olub? Deyir ki, guya mən 3 dəfə istefa vermişəm. Tamamilə absurd şeylər danışır. Bu cür ləyaqətsiz adamlar partiyada söz sahibidirlər. Onların yaratdığı mənəvi mühit partiyanı belə vəziyyətə gətirib çıxardı. Zaman gələcək ki, hər kəs tarix qarşısında məsuliyyətini dərk edəcək”. 

Partiyanın sonrakı taleyindən söz açan A.Qeybulla bildirib ki, baş verən olaylar Müsavatı idarə edənlərin intellektual səviyyəsini ortaya qoyur: “İndi qaragüruh oturub, partiyanı idarə etsin. Milli Azadlıq hərəkatının nümayəndəsini, partiyanı quran şəxslərdən biri olan Vurğun Əyyubu xaric edirlər. Bu, absurd bir şeydir. Bütün bunlar həmin adamların həm intellektual, həm mədəni, həm də insanlıq səviyyəsini göstərən addımlardır”. 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

İcra başçısının müavinləri vəzifədən getdilər - Foto

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

Şöbə rəisi dövlətin ayırdığı pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb: Cinayət işi

Yerli icra hakimiyyətlərinə yeni səlahiyyət verilib

Zatulin: "Bizim sülhməramlıların orada nə işi var?”

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

“TikTok”da məşhurlaşan Adəmin atası həbs olundu

Ana və iki azyaşlı övladını qətlə yetirən keçmiş məktəb direktoru barədə son qərar verildi    

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

Ən çox oxunanalar