Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“İnsan haqları üzrə işçi qrupu fəaliyyətini davam etdirəcək“


İşçi qrupu Avropa Şurasının qərarı ilə bağlı bəyanat hazırlayıb


Azərbaycanda yaradılmış, qeyri-hökumət təşkilatları, dövlət nümayəndələri, parlament üzvlərindən ibarət olan işçi qrupu fəaliyyət göstərir, əminəm ki, bundan sonra da göstərəcək”.
 
Bunu APA-ya açıqlamasında Azərbaycanın AŞPA yanında nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Avropa Şurasının baş katibi Tyorbörn Yaqlandın Azərbaycanda insan haqları üzrə fəaliyyət göstərən işçi qrupunda onun nümayəndəsinin iştirak etməyəcəyi ilə bağlı bəyanatına münasibət bildirərkən deyib.
 
Millət vəkili əlavə edib ki, mətbuatda AŞ-nin Azərbaycanla əlaqələrini kəsməsi barədə məlumatlar dərc edilir, lakin bu fikilər həqiqəti əks etdirmir: “Sadəcə, bu işçi qrupunun işində Avropa Şurası baş katibinin nümayəndəsi də iştirak edirdi və biz çox təəssüflənirik ki, cənab Yaqland belə bir bəyanat verərək nümayəndəsinin işçi qrupunda iştirakının qarşısını aldı. Bununla, Avropa Şurası özünə böyük bir zərbə vurdu. Ona görə ki, bu işçi qrupunu biz Avropa Şurası üçün yaratmamışıq. Bu bizim təşəbbüsümüzdür. İşçi qrupu Azərbaycanda insan haqları ilə bağlı məsələləri araşdırıb həll etmək istiqamətində xeyli iş görüb. Qısa müddətdə QHT-lər tərəfindən narahatçılıqla qarşılanan 16 nəfər həbsdən azad olunub, bir nəfərin cəza müddəti xeyli azaldılıb. Xeyli şəxsin hüquqlarının təmin olunması ilə bağlı məsələlərinin artıq həll olunması istiqamətində işlər gedirdi və gedir”.
 
S. Seyidov bu bəyanatın arxasında hansı anti-Azərbaycan qüvvələrinin dayandığının Azərbaycana məlum olduğunu deyib: “Biz bu anti-Azərbaycan qüvvələrinin təzyiqi ilə bu gün də rastlaşırıq. O cümlədən də bu bəyanat məhz həmin anti-Azərbaycan qüvvələrinin təsiri altında verilib. Bu, isterik vəziyyətdə olan erməni lobbisinin təsiridir. O cümlədən müstəqil Azərbaycanın beynəlxalq təşkilatlarda fəaliyyəti, Azərbaycanın bu gün söz sahibinə çevrilməsi xüsusi qüvvələri narahat edir və onlar Avropa Şurasında belə bir bəyanatın verilməsinə təkan veriblər. Bununla, onlar işçi qrupuna deyil, Avropa Şurasının nüfuzuna zərbə vurdular. Biz insan haqları ilə bağlı məşğul olmuşuq, oluruq və gələcəkdə də olacağıq. Avropa Şurası baş katibinin nümayəndəsi işçi qrupunun işində iştirakdan imtina edirsə, etsin. Lakin bu o demək deyil ki, işçi qrupunun fəaliyyəti dayandırılacaq. İşçi qrupunun həmsədri kimi deyirəm, işçi qrupu fəaliyyətini davam etdirəcək. İşçi qrupu Azərbaycanda demokratikləşmə proseslərinin, insan haqları ilə bağlı məsələlərin həlli istiqamətində fəaliyyətini davam edəcək. QHT nümayəndələri, millət vəkilləri, dövlət rəsmiləri işçi qrupunda işlərini davam etdirməkdə israrlıdırlar".
 
S. Seyidov işçi qrupunun artıq məsələ ilə bağlı bəyanat verdiyini deyib. Onun sözlərinə görə, bütün qrup üzvlərinin imzaladığı bəyanat AŞ-ya göndəriləcək.
 
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Ən çox oxunanalar