Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“İnşaatçılar“ stansiyasının II vestibülü açılır


Sabah saat 06:00-dan etibarən «İnşaatçılar» stansiyasının təmirə bağlanmış ikinci vestibülü yenidən sərnişinlərin istifadəsinə veriləcək


Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, bu ill yanvar ayının 18-dən burada 30 illik istismar müddətini başa vurmuş "ET-5" tipli üç eskalatorun sökülməsinə və onların müasir analoqları ilə əvəzlənməsinə başlanılmışdı. Stansiyada sökülmüş avadanlığın əvəzinə, Almaniyanın "Thyssen Krupp" şirkətinin "Tugela FT 945" tipli iki eskalatoru quraşdırılıb. Stansiya platformasına enən sərnişinlər isə yeni inşa olunmuş daş pilləkəndən istifadə edəcəklər.

Məlumat üçün bildirək ki, eskalatorlar təhlükəsizlik və sərnişin rahatlığı tələblərinə uyğun olaraq, növbə ilə yalnız qalxmaya işlədiləcəklər. Onlar müasir standartlara uyğun olaraq, 0,65 m/saniyə sürətlə hərəkət etməklə, ən müasir idarəetmə sistemləri ilə təchiz olunublar.

Yeni eskalatorların quraşdırıldığı müddətdə sərnişinlərin giriş-çıxışı üçün bağlı olan ikinci vestibülün mərmər-qranit örtüyü dəyişdirilib, xidməti otaqlarda müvafiq təmir işləri yerinə yetirilib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Azərbaycanda 42 yaşlı prokuror qəfil vəfat etdi

Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

Ən çox oxunanalar