Əli Abbasov: "Məqsəd özəl provayderlər arasında sağlam rəqabət yaratmaqdır"
Azərbaycanda kommersiya internet provayderlərinin faəliyyətinin məhdudlaşdırılması məsələsi gündəmdə deyil.
Bunu jurnalistlərə açıqlamasında rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov deyib: "Əksinə, internetin daha keyfiyyətli və sürətli şəkildə abunəçiyə çatdırılması üçün Rabitə və Yüksək Texnologiyalar Nazirliyi müvafiq iş aparır".
Nazir qeyd edib ki, əsas məqsəd özəl provayderlər arasında sağlam rəqabət mühitinin yaradılmasıdır: "Düzdür, bu gün ölkənin ikinci ən böyük şəhəri - Gəncəyə genişzolqalı internetin verilməsi 55% dövlət, 45% isə özəl provayedrlər tərəfindən həyata keçirilir.
Lakin gələcəkdə "Aztelekom" İB kimi digər provayderlərin də xidmətlərinin genişləndirilməsini qarşımıza məqsəd qoymuşuq". (report.az)
pia.az