Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“İnterpol” xətti ilə axtarışda olan şəxsə prokuror cəza istədi


Dələduzluqda təqsirləndirilən sahibkara cəza istənilib


Bakı Ağır Cinayətlər Məhkəməsində vergi ödəməkdən yayınmaqda və dələduzluqda təqsirləndirilən Nəsib Həsənovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib. Prokuror N.Həsənovun 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmə iclasında Vergilər Nazirliyinin nümayəndəsi də iştirak edib. Nümayəndə mülki iddianın təmin edilməsini, vergi borcunun təqsirləndirilən şəxsdən tutularaq ödənilməsini tələb edib.

Təqsirləndirilən şəxsin vəkili isə müdafiə çıxışı üçün vaxt istəyib.

Qeyd edək ki, N.Həsənov sahibkarlıqla məşğul olub. İttihama əsasən, N.Həsənov vergi ödəməkdən yayınmada təqsirli bilinir. Onun Vergilər Nazirliyinə 27 min manat vergi borcu olub. N.Həsənov istintaqdan yayındığı üçün Azərbaycan hüquq-mühafizə orqanları biznesmeni axtarışa verib.

Bu barədə "İnterpol"un saytında da məlumat yerləşdirilib.

Məlumatda qeyd olunub ki, 57 yaşlı N.Həsənov Cinayət Məcəlləsinin 213-cü (vergidən yayınma) maddəsi ilə təqsirləndirilir. O, Azərbaycanı tərk etdiyi üçün barəsində dövlətlərarası axtarış elan olunub və saxlanılması üçün İnterpola müraciət edilib.

Daha sonra N.Həsənov Azərbaycan ərazisində saxlanılaraq, barəsində həbs qətimkan tədbiri seçilib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ən çox oxunanalar