Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“İqtidar ABŞ və Rusiya ilə anlaşıb” iddialarına rəylər


“Azərbaycanın Qərbə yaxınlaşmasında Rusiyanın rolu var”


Amerika-Azərbaycan münasibətlərində əməkdaşlığın canlanması prosesi başlayıb, “Turan” agentliyinin direktoru Mehman Əliyev belə hesab edir. 

O, “Turan”ın “Çətin Sual” proqramına müsahibəsində deyib ki, Amerika-Azərbaycan münasibətlərinə dair vəziyyəti şərh edərkən deyib ki, tənqidlər və təzyiqlər demək olar daha çox 2015-2016-cı illərdə müşahidə olunub.


Azərbaycanda 2016-cı il iyulun 12-də referendum elan ediləndən sonra Azərbaycan hakimiyyətinə qarşı demək olar ki, heç bir təzyiq olmayıb: “Nəzərə almaq lazımdır ki, ötən il Amerikada prezident seçkilərində Tramp qələbə çalıb. Bununla da Azərbaycan-Amerika münasibətində yeni bir dövr başlayır. Gərginlik daha çox prezident Obamanın dövrünə düşür. Ondan sonrakı dövrdə münasibətlərdə bir staqnasiya (durğunluq) var idi. 2-3 aydır ki, artıq aktivləşmə prosesi başlayıb. Görünür ki, dialoq prosesi gedir. Hesab edirəm ki, İstanbulda İlham Əliyevin dövlət katibi Tillersonla görüşü həmin dialoqun nəticəsi idi. Yəni ondan öncə məsələlər müzakirə olunub, tərəflər bir araya gəlib və bu görüş baş tutub. Həmin görüşdə demokratiya, islahatlar, insan haqları məsələləri də müzakirə olunub. Hesab edirəm ki, bu, Amerika-Azərbaycan münasibətlərində ən mühüm bir gündəlikdir. Azərbaycan 12 istiqamət üzrə ”Yol xəritəsi" hazırlayıb və öz həllini gözləyir. İnsan haqları, açıq hökumət və başqa sahələrdə yeni sənədlər hazırlanır. Avropa İttifaqı ilə yeni sazişin hazırlanması prosesi gedir. Struktur islahatları gündəmdədir. Biz görürük ki, iki tərəfin əməkdaşlığı var və Amerikanın əsas məqsədi Azərbaycanda və başqa regionlarda təkamül yolla, sülh yolu ilə demokratiyaya keçidin təmin olunmasıdır. Bu proses baş verir və tərəflər məsələdə yekdil bir mövqedədirlər".


M.Əliyev ABŞRusiyanın regionda açıq şəkildə toqquşmasının görünmədiyini də bildirib: “Hamburqda Trampla Putin arasındakı görüşün nəticələri iki tərəfdən, əsasən də ruslar tərəfindən daha optimistik, daha müsbət qiymətləndirilib. Bu, onu göstərir ki, tərəflər arasında geniş spektr məsələlər ətrafında vahid bir mövqe var. Qeyd olundu ki, yalnız Şimali Koreya üzrə bir araya gələ bilməyiblər. Bu, onu göstərir ki, qalan bütün məsələlər üzrə razılaşıblar, o cümlədən Cənubi Qafqazın adı səslənməsə də, daha çox Ukrayna və Suriya məsələsini vurğuladılar. Amma Tillersonla İlham Əliyevin görüşü onu göstərir ki, Hamburqda hansısa bir danışıq olub və bu danışığın nəticəsində İstanbul görüşü olub. Ermənistan tərəfi bəyan edib ki, bu ilin noyabrında Brüsseldə Avropa İttifaqının ”Şərq Tərəfdaşlığı" proqramı çərçivəsində Avropa İttifaqı ilə yeni bir sazişin imzalanmasına hazırlaşır. Qeyd edirlər ki, artıq Rusiya buna xeyir-dua verib. Bu, onu göstərir ki, Rusiya, o cümlədən Azərbaycanın da Avropa İttifaqı ilə yeni sazişin imzalanmasına etiraz etmir. Bu, yeni bir vəziyyətdir, yeni bir dövrdür. Burada tərəflərin mövqeləri daha da yaxınlaşır. Əslində bu, Azərbaycanın milli maraqlarına uyğundur".

Politoloq Elşən Mustafayev isə hesab edir ki, ABŞ-la Rusiyanın Azərbaycan siyasətində uzlaşma və ya razılaşma olduğu barədə, sadəcə, görüntü var. Əslində isə vəziyyət fərqlidir. E.Mustafayev “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, əslində son zamanlar Azərbaycanın ABŞ-la və Avropa İttifaqı ilə münasibətlərində yaxınlaşmanın baş verməsində Rusiya ilə Azərbaycan hakimiyyəti arasında soyuqluğun yaşanması, Moskvadan Azərbaycana təzyiqlərin artması da rol oynayır.

Rusiya Azərbaycanı müxtəlif istiqamətlərdə sıxdıqca, Ermənistana dəstəyi artırdıqca Azərbaycan Qərblə yaxınlaşır: “Bu gün ABŞ-la Azərbaycan arasında münasibətlər həmişə bəlli çərçivənin içərisində artan və azalan xətt üzrə gedib. Hazırda həmin münasibətlər artan xətt üzrədir. Bunda Rusiya amilinin təsiri var. Qərblə yaxınlaşmada Rusiya ilə hər hansı razılaşmadan söhbət gedə bilməz. Əksinə, bu münasibətlərdən Rusiya həmişə qıcıqlanıb. Məlumdur ki, son zamanlar Kremllə rəsmi Bakı arasında münasibətlərdə hiss olunacaq qədər soyuqluq yaranıb. Bu soyuqluq Rusiyanın Azərbaycan əleyhinə atdığı bir sıra addımlarla özünü daha qabarıq göstərmişdi. Məhz bu ərəfədə ABŞ-la münasibətlərin dinamikasında artım hiss olunmağa başladı. Rusiya bu münasibətlərin artmasında Avropa İttifaqı ilə əlaqələrin genişlənməsində heç vaxt maraqlı olmayıb, inanmıram ki, bundan sonra da maraqlı olsun. Yaxud bu məsələ ilə bağlı Rusiyanın razılaşmasına, neytral qalmasına da inanmaq olmaz”.

Ekspertin sözlərinə görə, Cənubu Qafqazda, xüsusilə Azərbaycanda Qərbin mövcudluğunu, aktivliyini Rusiya heç vaxt qəbul etməyib. Odur ki, ABŞ-la, Avropa İttifaqı ilə münasibətlər daha da artan xətt üzrə gedərsə, Moskva bunu bütün imkanları ilə dayandırmağa cəhd edəcək. Burada Dağlıq Qarabağla bağlı şirnikləndirici vədlərdən tutmuş, təhdidlərə qədər hər şey ola bilər. Belə halın baş verməsi birinci dəfə deyil. Amma əvvəlki təcrübələrdən yararlanaraq prosesi Azərbaycanın maraqları çərçivəsində davam elətdirmək mümkündür. Belə hallarda təhdidlərin də bir nəticəsi olmayacaq. (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar