Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“İran-ABŞ yaxınlaşması Azərbaycandan təsirsiz ötüşməyəcək”



Bazar günü Tehranın nüvə proqramı ilə bağlı keçiriləcək “Altılıq” ölkələri XİN rəhbərləri səviyyəsində görüşdən qabaq ABŞ və İran xarici işlər nazirləri uzun müzakirələr aparıblar


Xəbər verildiyi kimi, yanvarın 14-də İsveçrənin Cenevrə şəhərində İranın nüvə proqramı ilə bağlı ABŞİran nümayəndələri arasında növbəti görüş keçirilib. Görüşdə İran tərəfdən xarici işlər naziri Cavad Zərifin, ABŞ tərəfdən isə dövlət katibi Con Kerrinin rəhbərlik etdiyi nümayəndə heyətləri iştirak edib.

Qeyd edək ki, İranın nüvə məsələsi ilə bağlı yekun razılaşmanın imzalanması noyabra planlaşdırılsa da, həmin vaxt reallaşan iki mühüm görüş nəticəsiz bitmişdi. Yanvarın 18-də isə “altılıq” ölkələrinin təmsilçiləri ilə İran heyəti arasında ümumi toplantı gözlənilir. Ümumiyyətlə, 2013-cü ilə qədər ABŞ-İran münasibətləri gərginliklə xarakterizə edilirdi. 2013-cü ildən sonra isə Qərblə İran arasında açıq şəkildə danışıqlar gedir.

Azərbaycan hakimiyyəti İran haqda Azərbaycana təzyiq edən ölkə obrazı yaradıb. Ancaq Qərb İranla yaxınlaşdıqdan sonra isə bu arqument kəsərsiz hala gəlir. İranın həm ərazi baxımdan böyük olması, həm də neft ehtiyatlarının zənginliyi Azərbaycanın Qərb üçün əhəmiyyətliyini azaldır. Maraqlıdır, İranın ABŞ-la yaxınlaşması Azərbaycana, onun Qərb üçün önəminə hansı təsirləri göstərəcək?

Milli təhlükəsizlik nazirinin keçmiş birinci müavini Sülhəddin Əkbər İranla ABŞ-ın yaxınlaşmasının Azərbaycana müsbət təsiri olacağını dedi: “Qərbin, yəni Avropa Birliyinin münasibətlərinin gərgin olduğu, sanksiyaların tətbiq olduğu bir zamanda İranla ABŞ-ın yaxınlaşması İranın qonşusu olan bütün ölkələrə, o cümlədən Azərbaycana təsir edəcək. Bu təsir həm siyasi-diplomatik sahədə, həm də iqtisadi, enerji, maliyyə sahələrində olacaq.

Sanksiyaların tətbiqi ilə bağlı problemlər ortadan çıxır və dolayısı ilə Azərbaycanla ABŞAvropa Birliyi arasında münasibətlərdə gərginlik yaranır. Bu baxımdan əgər İranla nüvə məsələsi ətrafında hər hansı razılaşma olsa, şübhəsiz ki, bu, İran-Azərbaycan münasibətlərinin inkişafı üçün əlverişli zəmin yaradacaq. Bu zəmin xüsusən də ticarət və iqtisadi sahədə özünü göstərəcək. Eyni zamanda siyasi-diplomatik sahədə gərginliklər, həmçinin də bizi narahat edən hərbi müdaxilə ehtimalı da ortadan qalxacaq. Çünki ABŞ-İran münasibətlərinin kəskinləşməsi Azərbaycana da təsir edirdi.

Bir misal: xatırlayırsınızsa, İranla Azərbaycan arasında sanksiyalar rejiminin tətbiqi ilə bağlı zaman-zaman gərginliklər yaşanırdı. Sonra Azərbaycan üzərindən guya İrana qarşı kəşfiyyat aparılması ilə bağlı İsrail tərəfindən gərginliklər yarandı. O zamanlar bu tipli məsələlər ortadan qalxacaq və qarşılıqlı etimad olmasa da, normallaşma prosesi gedəcək. Çünki qarşılıqlı etimad və etibarın yaranması daha uzun bir prosesdi və burada daha dərin əlaqələrə ehtiyac var”. (musavat.com)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Sumqayıtda xəstəxananın həyətində aşkarlanan körpə meyiti ilə bağlı araşdırma aparılır - Yenilənib  

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Ən çox oxunanalar