Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“İran Ermənistana qucaq açır, şübhəli siyasət aparır”



”Ermənistan uzunmüddətli fasilədən sonra İranla əlaqələrin onun üçün həyati zəruriliyini başa düşdü və yenidən İrana üz tutdu. İran isə Ermənistanın baş naziri Abramyanı yüksək səviyyədə qəbul etdi”


 Bu ölkənin vitse-prezidenti Eshaq Cahangiri Abramyan üçün rəsmi qarşılama mərasimi də təşkil etdi. Belə mərasimlər prezidentlər üçün təşkil olunur

Bunu  Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

Politoloqun sözlərinə görə, digər tərəfdən də O.Abramyanın İsfahandakı erməni kilsəsinin tədbirində iştirakına şərait yaradılıb: “Avropa İttifaqının xarici siyasət məsələləri üzrə ali müşaviri Ketrin Eşton İrana səfəri zamanı İsfahandakı erməni yeparxiyasına baş çəkmişdi. Bu, İrandakı ermənilərin Qərbin diqqət mərkəzində olduğunun sübutu idi. Onu da deyim ki, İraqda, Livanda və digər müsəlman dövlətlərində erməni icmaları, xüsusilə kilsə başçıları Qərbin xüsusi xidmət orqanlarının əməkdaşlarıdır.

Abramyan İranda olarkən maraqlı mövqe ifadə etdi. Birincisi, o, Qarabağ probleminin tənzimlənməsində Ermənistanın ATƏT-in Minsk Qrupunun vasitəçiliyinə sadiqliyini təsdiqlədi və İran prezidenti Həsən Ruhaninin üzünə İranın Qarabağ tənzimlənməsindəki vasitəçilik təklifini yenidən rədd etdi. İkincisi, Ermənistanın baş naziri İrandan investisiya gözlədiyi halda Gömrük İttifaqı ilə əlaqələrini yalnız Gürcüstan vasitəsilə quracağını bildirdi. Bununla da o, İranın regiondakı rolunu kiçiltdi. Rəsmi Tehran isə heç nə olmamış kimi Ermənistanla iqtisadi, kommunikasiya, enerji və kənd təsərrüfatı sahəsində əlaqələri gücləndirəcəyini vəd verdi”.

M.Əhmədoğlu hesab edir ki, bütün bu baş verənlərdən sonra İran tərəfinin Ermənistanla münasibətlərə xüsusi emosionallıq qatması Azərbaycanda diqqətdən kənarda qala bilməz: “Yəqin Bakıda da görürlər ki, İranın özü Azərbaycana qarşı şübhəli siyasət aparır, həm də şiə müsəlman Azərbaycan torpaqlarını işğal etmiş Ermənistanı gücləndirir.

Görəsən, İsrailin hər hansı rəsmisi Azərbaycanda bu səviyyədə qarşılansaydı, Tehranın buna münasibəti necə olardı? İsrailin Azərbaycanda səfirliyi olsa da Azərbaycan İsraildə səfirlik açmır. Amma İranın Ermənistanda və Ermənistanın İranda səfirlikləri tam gücü ilə fəaliyyət göstərir. İsrail Fələstini işğal etdiyinə görə İran onu düşmən elan edib, amma İranın özü kimi müsəlman ölkəsi olan Azərbaycanın ərazilərini işğal etmiş Ermənistana qucaq açır.

İranın mediası da hər əlinə fürsət düşdükçə Azərbaycana qarşı əsassız iddialar irəli sürür. Elə bu yaxınlarda iddia olundu ki, guya İsrailin Naxçıvanda casus bazası var və o bazadan pilotsuz təyyarə uçub Natanzdakı nüvə obyektlərini məhv etmək istəyirmiş, Natanza az qalmış İran hərbçiləri bu təyyarəni vurublar.

Açıq yalan və şərdir. Əvvəla, vurulmuş pilotsuz təyyarə bu günədək İran mətbuatında nümayiş olunmayıb. İkincisi, özünü hərbi cəhətdən güclü hesab edən İran İsrailin casus təyyarəsinin onun ərazisi üzərində 600-700 km məsafəni qeydə alınmadan uçuş keçirməsinin səbəblərini izah etməyib. Üçüncüsü, ilkin yayılan məlumatda vurulan təyyarənin uçuş resursunun 800 km olduğu göstərilmişdi. Naxçıvandan Natanza birbaşa hava məsafəsi 860 km-dir. Dördüncüsü, Azərbaycanda bu qədər məsafəni qət edən pilotsuz təyyarənin olub-olmaması sual altındadır.

İran Qarabağ məsələsində onun vasitəçiliyini qəbul edən Azərbaycanın əleyhinə gedir. Rəsmi Tehran onun Qarabağ tənzimləməsinə vasitəçiliyini rədd edən və bunu dəfələrlə təhqirli şəkildə nümayiş etdirən Ermənistana isə yardım edib və edir.

İranın və ABŞ-ın Ermənistana yardımı eyni miqdardadır. Müstəqil Ermənistan ABŞ-dan 2,2 milyard, İrandan isə 2 milyard dollar yardım alıb. Bundan başqa, İran Ermənistanla birgə nəqliyyat, enerji və digər layihələr həyata keçirir ki, bundan da qazanan yalnız Ermənistandır. Çünki Ermənistanda bu layihələri maliyyələşdirməyə vəsait yoxdur. Deməli, maliyyə yükünün bütün ağırlığı İranın üzərinə düşür”.

Politoloq bildirir ki, Mahmud Əhmədnejadın prezidentliyi dövründə İran hökuməti Ermənistanla münasibətlərə xüsusi önəm verirdi: “Hətta bir dəfə Sərkisyanın İrana səfər etməsi üçün Ermənistana 60 milyon dollar hədiyyə verildi. Əhmədnejad İranErmənistanı eyni mədəniyyətin daşıyıcısı hesab edirdi. Görünür, prezident Ruhani də Ermənistanla əlaqələrə xüsusi önəm verməyə başlayıb.

Aydındır ki, Ermənistandan fərqli olaraq İran Azərbaycanla əməkdaşlıqdan yalnız qazana bilər. Bu ilin aprelində prezident İlham Əliyevin İrana səfərindən sonra iki ölkə arasında müşahidə olunan istiləşmə bu əməkdaşlığın daha da inkişaf edəcəyini deməyə əsas verirdi. Ancaq son hadisələr Azərbaycanı İranla münasibətləri yenidən nəzərdən keçirməyə məcbur edə bilər. Bu halda Ruhaninin itirdiyi Əhmədnejadın itirdiyindən qat-qat çox olacaq”.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar