Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“İran İsrail üçün çox böyük təhlükədir”



Qabil Hüseynli: “ABŞ və İran arasında sözügedən saziş o qədər də qorxulu deyil”


Bu sözləri Axar.az-a açıqlamasında politoloq Qabil Hüseynli İranABŞ arasında nüvə sazişinin əldə olunma ehtimalını şərh edərkən deyib. O, bildirib ki, İsrail bu sazişdən sonra İranın nüvə silahı yaratmağa ruhlanacağından narahatdır:
 
“Çünki indiki halda belə nüvə silahına malik olmayan İran İsrail üçün çox böyük təhlükədir. ABŞ İranla münasibətləri yumşaltsa və sanksiyaların bir qismini aradan götürməyə qərar versə, onda İran nüvə silahını yaratmağa cürətlənəcək. Bu, İsrail üçün son dərəcə qorxulu nəticələr yarada bilər. İsrail öz təhlükəsizliyi baxımından İranın sürətlə silahlanmasından xeyli dərəcədə çəkinir. Burada kimin səhv və ya düz olduğunu birmənalı olaraq iddia etmək çətindir. Ancaq hər halda Obamanın dediyi kimi İsrail baş nazirinin söykədikləri ciddi səslənmir və əsaslı arqumentlərə söykənmir. 

O, İranın  nüvə silahı yaratmasına heç vaxt imkan verməyəcəklərini bildirib. Buna görə də İsrailin indi ABŞ-İran arasındakı yaxınlaşmanı pozmaq cəhdi yersizdir. İranın qonşu ölkə kimi dinc elmi-iqtisadi inkişafına dəstək versək də, ancaq onun militarist-nüvə silahına yiyələnmək xətti heç vaxt rəğbətlə qarşılana bilməz. ABŞ İranla müqavilə imzalamaq istəyirsə, çox güman ki, İranın nüvə silahına malik olacağı təqdirdə bunun regiona ola biləcək mümkün təsirlərini və İsrailin təhlükəsizliyini nəzərə alıb. Buna görə də indidən İranın üzərinə yüklənmirlər, sadəcə olaraq, bu ölkə ilə münasibətləri qaydaya salmaq istəyirlər”.
 
Xatırladaq ki, İran və Altılıq ölkələri arasında nüvə danışıqları davam etdirilir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 18 məsələ var

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Ən çox oxunanalar