Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“İrana hücum etməyə icazə verilməyəcək“


Heç bir gücə Azərbaycan torpaqlarından istifadə edərək qonşu ölkələrə hücum etməyə icazə verilməyəcək.


Bunu Azərbaycan müdafiə naziri, general-polkovnik Zakir Həsənov bu gün Tehranda iranlı həmkarı Hüseyn Dehqanla birgə keçirdiyi mətbuat konfransında Azərbaycanda İsrail hərbi bazalarının yerləşdirilməsinə dair sualı cavablandırarkən deyib.
 
İranın Mehr xəbər agentliyinin verdiyi məlumata görə, Z.Həsənov bildirib ki, Azərbaycanın ərazisindən qonşu ölkələri heç bir təhlükə gözləmir: "Biz buna icazə verməyəcəyik. Bu, Azərbaycanın rəsmi siyasətidir. Biz həmişə beynəlxalq və regional qurumlarda ölkəmizin bu rəsmi siyasətini aşkar bəyan etmişik".
 
Z.Həsənov deyib ki, Azərbaycan Konstitusiyasında göstərilib ki, Azərbaycan ərazisində üçüncü ölkənin hərbi bazası yerləşdirilə bilməz.

Nazir İrana səfərini səmimi və yüksək səviyyədə səfər kimi dəyərləndirib. Onun sözlərinə görə, Azərbaycanİranın müştərək bağlılıqları var və bu iki ölkə arasında həmişə dostluq və qardaşlıq münasibəti olub: "Səfər zamanı İranın müdafiə naziri, Silahlı Qüvvələrin Baş Qərargah rəisi və Prezidentin birinci müavini ilə görüşlərimiz oldu və hərbi sahədə əməkdaşlıqlar üçün müzakirələr apardıq. Regional və beynəlxalq məsələləri də müzakirə etdik. Bu məsələlərdə eyni fikirdə idik" ("Trend").


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Sumqayıtda xəstəxananın həyətində aşkarlanan körpə meyiti ilə bağlı araşdırma aparılır - Yenilənib  

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Ən çox oxunanalar