Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“İranın bu bəyanatları yaxşı heç nə vəd etmir”


“Unutmaq lazım deyil ki, Türkiyə NATO-nun üzvüdür və heç vaxt İranla eyni məsələlərin həllində iştirak etməyəcək”


Bunu Axar.az-a açıqlamasında politoloq Arzu Nağıyev deyib. 

Ekspert bildirib ki, Türkiyə və İran arasında isti münasibətlər olmayıb və bundan sonra da olmayacaq:

İran Suriya məsələsində Rusiya ilə yaxınlaşmaqla Ankara-Moskva koalisiyasına qoşulmağa çalışdı, hətta Hizbullah və İran elitası da Suriya prosesinə qoşuldu. İran nəyin bahasına olursa-olsun, Suriyada şiələrin hakimiyyətdə qalmasına çalışır. Eyni zamanda, İranı narahat edən əsas məsəllərdən biri Türkiyə və İsrailin yaxınlaşmasıdır. Unutmaq lazım deyil ki, Türkiyə NATO-unun üzvüdür və heç vaxt İranla eyni məsələlərin həllində iştirak etməyəcək. Bununla yanaşı, İranın ərəb dünyasında iki düşməni varsa, bunlardan biri Səudiyyə, digəri Qətərdir. Hər iki ölkə Türkiyə ilə çox yaxın münasibətləri ilə seçilən dövlətlərdir. Məhz buna görə heç vaxt Tehran və Ankara arasında normal münasibətdən söhbət gedə bilməz. Üstəlik, ortada kürd kartı var. Nə qədər inkar etsələr də, PKK-nın əsas qolları İran ərazisindədir.

Bütün bu amillər, eyni zamanda, Trampın İranla bağlı son bəyanatı regionda proseslərin hansı məcraya yönələcəyindən xəbər verir. İran müsəlman dünyasının lideri olmağa çalışsa da, Səudiyyə və digər ərəb ölkələri buna imkan verməyəcək. İranın Amerikanın məhv olması, İsrailin yer üzündən silinməsi kimi təhlükəli bəyanatlarla çıxış etməsi yaxşı heç nə vəd etmir”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Ən çox oxunanalar