Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“İrəvandakı hadisələr Sarkisyanın ssenarisidir“


"Ermənistan iqtidarı Rusiyanı fikrindən daşındırmaq üçün xalqı küçələrə töküb"


Beynəlxalq münasibətlər üzrə gənc ekspert Ceyhun Əhmədli son günlər Türkiyə və Ermənistanda baş verən hadisələri şərh edib:

-Türkiyədə baş verən hərbçi çevriliş cəhdində xarici ünsürlərin rolu ola bilərmi? Mətbuatda bu hadisələrdə ABŞ-ın adı tez-tez çəkilir. Səncə, Türkiyədə hakimiyyəti devirmək istəyən qüvvələrin arxasından hansı dövlət dura bilər?

-Nəinki Türkiyədə, əgər cüzi araşdırma aparsaq, görərik ki, dünyada baş verən dövlət çevrilişlərinin demək olar ki, böyük əksəriyyətinin arxasında müəyyən güclər dayanır. Türkiyədə baş verən olayların arxasında da xarici ünsürlərin dayandığı istisna deyil. Təbii ki, bu məqamda sual yaranır, hansı xarici qüvvə Türkiyə daxilində çevriş etməkdə maraqlı ola bilər? Türkiyəli bəzi siyasi ekspertlər bu məsələdə Rusiya, ABŞAvropa ölkələrinin adlarını hallandırırlar. Lakin mən ABŞ amilinin üzərində dayanmaq istəyərdim. Bildiyimiz kimi, Türkiyə islamlaşmaq yolu tutub və bu yol Türkiyəni islam dünyasında lider dövlət statusuna gətirə bilər. Türkiyə əhalisinin tamamının sünnilərdən ibarət olduğunu nəzərə alsaq, gələcəkdə güclü Səudiyyə-Türkiyə ittifaqının yaranması ehtimalı ortaya çıxır. İslam aləmində iki böyük dövlətin bir ittifaqda birləşməsi təbii ki, ABŞ-ın müəyyən etdiyi strateji xəttə zərərdir. Digərə tərəfdən son dövrlər Rusiya ilə Türkiyə arasında müşahidə olunan yaxınlaşma və Türkiyənin Avropadan uzaqlaşması ABŞ-ı heç bir halda qane edə bilməz. Təbii ki, bu yaxınlaşmanın fonunda Türkiyə NATO-dan uzaqlaşma meyillərini açıq-aşkar hiss elətdirir. İncirlik hərbi bazasının İŞİD-ə qarşı mübarizə aparmaq üçün Rusiya hərbçiləri ilə birgə istifadə olunması ABŞ-ı xeyli qıcıqlandırmışdı. Bütün bunları nəzərə alsaq, ABŞ-ın Türkiyədə dövlət çevrilişi etməkdə maraqlı olduğunu deyə bilərik.

Hazırda Fətullah Gülənin ABŞ-da sığınacaq alması, ABŞ-ın onu öz ərazisində barındırması şübhələrin məhz ABŞ-ın üzərində cəmləşməsinə şərait yaradır. Hazırda da onun ekstradisiyası gündəmdədir. Ərdoğanla Obama telefon danışığı zamanı Gülənin təhvil verilməsi müzakirə olundu. Lakin mən Fətullah Gülənin yaxın vaxtlarda Türkiyəyə ekstradisiya olunacağına inanmıram. Tərəflərin sərgilədiyi mövqe bunu deməyə əsas verir. Gərək Türkiyə gətirdiyi dəlilləri elə əsaslandırsın ki, bu ABŞ-ın tərəfdar çıxdığı demokratiya standartlarından, insan hüquqları çərçivəsindən kənara çıxmasın. Bildiyimiz kimi, Türkiyədə ölüm cəzasının yenidən qanunvericilə daxil edilməsi ilə bağlı müzakirələr gedir. Fikrimcə, əgər qanunvericiliyə belə bir müddəanın daxil edilməsi müzakirə edilirsə, ABŞ Güləni Türkiyəyə təhvil verməyəcək.

-Belə məlumatlar dolaşır ki, Türkiyədəki hadisələr digər region ölkələrinə də yayılıb. Məsələn, Ermənistanda hələ də silahlı qarşıdurmalar davam edir. Yaxın vaxtlarda Ermənistandakı olayların dövlət çevrilişi ilə nəticələnəcəyi nə dərəcədə realdır?

-Mən Ermənistanda gedən siyasi prosesləri qətiyyən dövlət çevrilişi kimi dəyərləndirmirəm. Fikrimcə, bu ölkədə baş verən son hadisələr Sarkisyanın əvvəlcədən qurmuş olduğu ssenarinin tərkib hissəsidir və Sarkisyan bununla da müəyyən mənada öz məqsədlərinə nail olmaq istəyir. Hazırda Ermənistandakı iqtidar göstərməyə çalışır ki, cəmiyyət Qarabağ danışıqlarından narahatdır. Bilindiyi kimi, aprel əməliyyatlarından sonra Rusiyanın Qarabağla bağlı Ermənistan üzərinə təzyiqi artıb və Rusiya bir növ Ermənistanı kompromisə cəlb etmək istəyir. Ermənistan iqtidarı Rusiyanı bu fikrindən daşındırmaq üçün xalqı küçələrə töküb. 

pia.az



Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar